Azərbaycanın media təmsilçilərinin Şimali Kiprə səfəri məhsuldar keçir
14.11.2010 [09:32]
Azərbaycan media nümayəndələrinin Şimali Kipr Türk Cumhuriyyətinə səfəri davam edir. Azərbaycan Mətbuat Şurasının Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı “Beynəlxalq media təcrübəsinin öyrənilməsi və tətbiqi” layihəsi çərçivəsində baş tutan səfərin növbəti günündə Azərbaycan nümayəndə heyətinin üzvləri Kıbrıs Beynəlxalq Universitetində və Doğu Akdeniz Universitetində olublar.
Burada jurnalistika fakultələrinin tədris proqramı ilə tanışlıq aparılıb, təhsil müəssisələrində çalışan azərbaycanlı müəllim heyəti, habelə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib. Azərbaycanın media təmsilçiləri təqribən 200 nəfərin qatıldığı görüşdə tələbələri maraqlandıran sualları cavablandırıblar. Daha sonra ölkəmizin nümayəndə heyətinin üzvləri ŞKTC-nin Sivil Savunma Bakanlığında güc qurumları ilə KİV-in qarşılıqlı əməkdaşlığı barədə müzakirələrdə iştirak ediblər.
Qeyd edək ki, noyabrın 10-dan 16-dək davam edəcək səfərdən başlıca məqsəd ŞKTC-dəki KİV-lərin iş təcrübəsi ilə yaxından tanış olmaqdan ibarətdir. Azərbaycan nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, MŞ sədrinin müavini Müşfiq Ələsgərli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Azərbaycan” qəzetinin baş redaktor müavini Zeynal Zeynalov, “Olaylar” İnformasiya Agentliyinin baş direktoru Yunus Oğuz, “Trend” İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov, “Ekspress” qəzetinin təsisçisi Müşfiq Səfiyev, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Paritet” qəzetinin baş redaktoru Cəmaləddin Quliyev, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev və “Oxu məni” qəzetinin baş redaktoru Emin Axundov daxildir. Media təmsilçilərimiz səfərin ilk günündə ŞKTC-nin qurucu prezidenti Rauf Denktaşla görüşüb, Şimali Kiprin nüfuzlu media qurumlarında - “Kipr” qəzetində, eyni adlı televiziyada (KTV), həmçinin ŞKTC-nin turizm nazirliyində və “Yakın Doğu” Universitetində olublar.
Nümayəndə heyətinin səfəri davam edir.
Xəbər lenti
Hamısına baxSosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35

