Könlümüzün Birincisi...
26.08.2022 [16:57]
Hər yaşında nə arzulayır?
Təqvimin bəzi günləri xüsusi əhəmiyyət daşıyır. Hər bir gün öz önəmini hər il bir daha xatırladır. Son illər ərzində Azərbaycan təqvimində tarixi önəm daşıyan hadisələrin sayı əhəmiyyətli dərəcədə artıb. Özü də həmin tarixlərin mənəvi dəyəri bütün Azərbaycan xalqı üçün müqəddəsləşib. Vətən müharibəsinin hər günü, hər saatı, saniyəsi bütün Azərbaycan xalqının ağlında, qəlbindədir. Nə böyük fəxrlə baxırıq artıq tarixlərə! Şuşanın azad edilməsi, Vətən müharibəsindən qalib dövlət olaraq çıxmağımız, torpaqlarımızın işğaldan azad edildiyi tarixlər öz əhəmiyyətini sonsuzadək saxlayacaq...
Təqvimin xüsusi əhəmiyyətli günlərindən biri, bəlkə də ən şirini doğum günü tarixidir. Kiçik yaşlarımızda doğum günü bizlər üçün daha xüsusi idi. Sanki hər yaşımızda özümüzü yenidən dünyaya gəlirmiş kimi hiss edirdik, hər yaşımızda həyata yenidən başlayırdıq. Amma ötüb keçən sadəcə zaman və dəyişən isə təkcə yaşımızdakı rəqəmlərdir. Olduğu kimi qalan insanlar hər zaman heyranlıq oyadıb məndə. Mövqeyi, fəaliyyəti, fikir və ideyaları ilə fərqlənən insanlar hər zaman xatırlanacaq insanlardır.
Bütün bu xoş günlərə bərabər olaraq dünyada elə insanlar var ki, onların bioqrafiyası hər zaman xatırlanır və xatırlanmalıdır da. Bu günün - 26 avqustun xüsusi önəmi Birinci Vitse Prezidentimiz Mehriban xanım Əliyevanın doğum gününün olmasıdır...
İllərin Mehriban xanımın aurasından heç nəyi dəyişmədiyi açıq aşkardır. Biz gənclərin gözündə o hər zaman gözəl və xoşdur. Hər zaman heyranlıqla izləyəciyimiz bir insandır. Onun doğum gününün xüsusi əhəmiyyəti var mənim üçün. Çünki hər bir kəs öz ad günündə bir arzu tutur, yeni yaşdan uğur diləyir və həmin diləyin gerçəkləşdirilməsinə çalışır...
Mehriban xanımın nailiyyətlərinin də bu istəklərdən doğduğuna şübhə yoxdur. Onun istədikləri və etdikləri göz qarşısındadır. Cəmiyyətimiz üçün gördükləri işlər öz fərqliliyi ilə seçilir. Mehriban xanımı fərqləndirən 2 əsas məqam var:
Birinci məqam - O təkcə birinci xanım olaraq xeyriyyə işləri görməklə kifayətlənmir, ən önəmli anların ən mühüm iştirakçısı olur. Mehriban xanım işğaldan azad edilmiş torpaqlarımıza Lidermizlə birlikdə gedərək bizim könlümüzün birincisinə çevrilir. Bütün səmimiyyəti ilə işğaldan əzəli torpaqlarımızla bağlı ilk görüntüləri o təqdim edir. İndiki gənclik müasir imkanlardan istifadə etməyi çox sevir və biz gənclərə o imkanlardan istifadə edərək paylaşımları təqdim etməsi onu bizə daha da yaxın edir.
İkinci məqam - Daha önəmlidir və şəxsən mənim üçün böyük əhəmiyyət daşıyır. Bir sual var ağlımda. Mehriban xanım yeni yaşında nə arzulayıb? Bu, əslində ritorik bir sualdır. Cavablanması onun sehrini poza bilər. Çünki mən onun nə arzuladığını təxmin edirəm. Onunla bağlı bir örnək mənim bu fikrə gəlməyimə səbəb olub. ”Ən böyük arzum Cıdır düzündə Muğam dinləməkdir”- deyirdi bizim Mehriban xanım... O, arzusunu təkcə özünə yox bütün azərbaycanlılara yaşatdı.. İndi düşünürəm, ən böyük arzusunun xalqımızın arzusu ilə üst-üstə düşən, bu diləyin şəxsi üçün deyil, Azərbaycan dövləti üçün olan bir insanın hər yeni yaşında nə arzuladığını təxmin etmək o qədərdə çətin deyil. Görünür, Mehriban xanımın arzuları sadəcə gerçəkləşmək üçündür. İnanıram və əminəm ki, bu yeni yaşındakı arzusu da Azərbaycan xalqının gələcəyi ilə bağlıdır...
Biz şanslı bir Azərbaycan gəncliyinin nümayəndəsiyik. Mehriban xanımı tanımaq bizim üçün bir şansdır. Onun bizim ölkəmizi təmsil etməsi, mühüm tədbirlərdə bizim dövlətin adından danışması bizim üçün qürurvericidir. Hər bir beynəlxalq tədbirdə çıxışı zamanı Azərbaycanın taleyüklü məsələlərinə toxunur.
Mehriban xanım böyük vətənpərvərdir. O, vətənpərvərlik hissi ilə davranır və bizim də vətənpərvər ruhda böyüməyimizə örnək olur. Xalqın gələcəyinə bundan daha böyük bir xeyirxahlıq ola bilməz. Mehriban xanımın iştirak etdiyi bütün tədbirlərdə kreativ yanaşma hiss olunur. Müxtəlif beynəlxalq tədbirlərin təşkilatçılğında modernizmi görməmək mümkün deyil. Klassikamıza sevgi və qayğı ilə yanaşı modern üslubu tətbiq etmək yaşından asılı olmayaraq hər birimizi heyrətləndirir...
Biz onunla qürur duyuruq, fəxr edirik, inanırıq. Azərbaycan tarixində onun kimi bir insanın olması həqiqətən böyük bir şansdır. Tərəddüd etmədən onun söylədiyi hər sözə inanmamaq olmaz, çünki o sözlərin gerçəkləşdiyinin milyonlarla şahidi var.
Mehriban xanımı bizim üçün dəyərli edən daha bir məqam isə Liderimizin ən birinci dəstəkçisinin məhz o olmasıdır. Mənəvi dəyərlər bizim üçün daha qiymətli olur. Liderimizin hər zaman, hər an yanında olduğunu bilmək bizi daha da sevindirir. Çünki ailə kiçik bir dövlətdir, deyirlər. Ailə kiçik dövlətdirsə, dövlət də böyük bir ailədir. Onların bir-birlərinə dəstək olması dövlətin idarə olunmasında da həmin dəstəyi əks etdirir.
Nə qədər vaxt keçirsə keçsin, bəzi şeyləri dəyişmək mümkün deyil. Hələ ki adını tarixə yaza bilmisənsə, heç mümkün deyil. Tarix səni unutmadısa, heç kim unutmayacaq. Mehriban xanım da tarixin o önəmli insanlarından biridir.
Bu yeni yaşında da yenə Azərbaycan dövlətinin gələcəyini düşünəcək olan Mehriban xanıma bizim arzumuz hər zaman belə gözəl, kübar və səmimi olaraq qalmasıdır. Atam Mehriban xanım haqqında mənim ağlımda qalan çox gözəl bir izah verib. ”Birincilik heç vaxt onun iddiası olmayıb, gördüyü işlər onu o yerə aparır”. Bir cümlə bir insanı ancaq bu qədər tamamlaya bilər.
O, bizim könlümüzün birincisidir. Hər zamanda “BİZİM MEHRİBAN” olaraq qalacaq!
Səadət Musayeva
BDU Hüquq Fakültəsinin magistri
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49

