Laçına qayıtdıq...
27.08.2022 [07:02]
Yolumuz Xankəndi, Sərsəng, Ağdərəyədir!
PƏRVİZ
Azərbaycan Ordusu Laçın şəhərinə yerləşib. Bununla bağlı avqustun 26-da Prezident İlham Əliyev tviter səhifəsində paylaşım edib. Paylaşımda deyilir: “Bu gün, avqustun 26-da biz - Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”
Vurğulanmalıdır ki, ölkə başçısı hələ avqustun 12-də Azərbaycan Televiziyasına müsahibəsində həmin ərazilərdə qeyri-qanuni məskunlaşdırılmış ermənilərə avqustun sonuna qədər vaxt verildiyini açıqlamışdı. Bu mənada, əldə olunan bu nailiyyət böyük əhəmiyyət daşıyır. Bu, həm də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutacaq Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü ərəfəsində Azərbaycanın tərəfini gücləndirəcək amillərdən sayılır.
Bu, tarixi hadisədir
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov da Laçın şəhərinin, eləcə də Zabux və Sus kəndlərinin azad edilməsini tarixi və önəmli hadisə adlandırıb. Bu hadisənin önəmi isə bir sıra mühüm amillərlə izah oluna bilər: “Ən mühüm amil ondan ibarətdir ki, hətta 30 il ərzində Azərbaycan ilə Ermənistan arasında ATƏT-in Mrinsk qrupu çərçivəsində davam edən danışıqlarda belə Şərqi Zəngəzur rayonlarından fərqli olaraq Laçın və Kəlbəcərin statusu xüsusi əhəmiyyət daşıyıb. Həmin danışıqlarda hər zaman Qarabağın dağlıq hissəsi ilə birlikdə Laçın məsələsi də sonrakı mərhələlərdə həllini tapacaq məsələ kimi qeyd edilirdi. Hətta bəzi məqamlarda danışıqlar prosesində Laçın məsələsində Azərbaycanın rayon üzərindəki suveren hüququ sual altına salınırdı. Təbii ki, rəsmi Bakı hər zaman bütün bunları rədd edib. Bu gün Ali Baş Komandanın rəhbərliyi ilə Laçının qaytarılması çox strateji əhəmiyyət daşıyır. Həm də o baxımdan ki, biz maksimum əldə edə biləcəyimizi etmişik. Laçın şəhərini və rayonunu tamamilə işğaldan azad edərək hər zaman danışıqlar prosesində bizə təqdim olunanları alt-üst etdik. Bütün dünyaya sübut etmiş olduq ki, Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycan hər bir qarış torpağı uğrunda sona qədər mübarizə aparacaq”.
Politoloqun fikrincə, Laçının azad edilməsi digər bir məsələdə də xüsusi əhəmiyyətə malikdir. O baxımdan ki, avqustun sonunda nəzərdə tutulan liderlərin görüşü zamanı Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın spekulyasiyasına çox ciddi cavab verəcək. “Əgər Zəngəzur dəhliz formasında fəaliyyət göstərməsə, Azərbaycan buna adekvat cavab verəcək. Yəni, bu, Bakıya əsas verəcək ki, köhnə Laçın dəhlizinə alternativ yola əvvəlki status verilməsin. Beləliklə də bu yeni yola tamamilə başqa yanaşma ortaya qoyulsun. Digər tərəfdən məlum hadisədir ki, Laçın şəhərinin və rayonun ümumilikdə azad edilməsindən sonra artıq Xankəndi, Sərsəng, Ağdərə istiqamətlərində də planlarımızı həyata keçirməyə başlayacağıq. Artıq erməni hərbi birləşmələrinin tərk-silah edilməsi ilə bərabər Qarabağın dağlıq hissəsindəki müəyyən məsələlərə də tezliklə aydınlıq gətiriləcək. Ermənistan bunu etməzsə, Azərbaycan avqustun əvvəlində olduğu kimi bu ölkəyə öz gücünü götərəcək. Beləliklə, diplomatik meydanda da istədiyinə nail olacaq”, - deyə Z.Məmmədov əlavə edib.
62 kilometrdən çox yeni
təminat yolları çəkilib
Bu arada, Kəlbəcər və Laçın rayonlarında Azərbaycan Ordusunun bölmələri tərəfindən aparılan dəqiqləşdirmələr nəticəsində nəzarətə götürülən bir sıra strateji əhəmiyyətli hakim yüksəkliklərdə mühəndis təminatı üzrə tapşırıqların icrası davam etdirilir. Müdafiə Nazirliyinin bununla bağlı yaydığı xəbərdə bildirilir ki, Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə bölmələrin fəaliyyətini təmin etmək məqsədilə ümumilikdə 62 kilometrdən çox yeni təminat yolları çəkilib.
Azad edilən ərazi və hakim yüksəkliklərdə mühəndis təminatı üzrə həyata keçirilən zəruri tədbirlər yüksək peşəkarlıqla yerinə yetirilir.
Xəbər lenti
Hamısına baxDünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43

