ATƏT DTİHB-nin 7 noyabr parlament seçkiləri ilə bağlı hesabatı qərəzli hazırlanıb
27.01.2011 [11:30]
“ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun 7 noyabr parlament seçkiləri ilə bağlı hesabatı qərəzli hazırlanıb. Əslində, ATƏT-dən başqa cür hesabat da gözləmirdik”. Bunu APA-ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. O bildirib ki, Əfqanıstan və İraq kimi ölkələrdə seçkinin nəticələrini demokratik sayan ATƏT-in Azərbaycanla bağlı tənqidi hesabat hazırlaması ən azı qəribədir: “Həmin ATƏT əhalisinin 90 faizinin yazı-pozu bilməyən, 8 faizinin orta, yalnız 2 faizinin ali təhsili olan Əfqanıstanda keçirilən seçkilərə “azad, ədalətli və demokratik” adı qoyub. Əfqanıstan və demokratiya, təsəvvür edirsinizmi? Tayfalara bölünmüş bir yerdə demokratik seçki keçirildiyini deyirdi ATƏT. İndi həmin ATƏT-dir. Yaxud, İraqda keçirilən seçkilərlə bağlı da, ATƏT və ATƏT-ə himayədarlıq edən ölkələr “seçki azad, ədalətli və demokratik keçdi” dedi. Azərbaycanda qadınların seçki hüququ olanda, Amerikada bu yox idi, bu hüquq 1972-ci ildə verildi onlara. Yaxud, irqi ayrı-seçkilik salaraq, hər kəsin seçkidə iştirakına icazə verilmirdi. Azərbaycan xalqının isə çox gözəl seçki təcrübəsi, ənənəsi var, tam demokratik, azad və ədalətli seçkilər keçirib və keçirir”.
S.Novruzov Azərbaycanda seçki dairələrinin hamısının yeni bina ilə təmin olunduğunu xatırladaraq, DSK-larda daimi iş yerlərinin mövcudluğunu vurğulayıb: “Dünyanın heç bir yerində belə şey yoxdur. Seçki dairələri ən yeni texnologiyalarla təmin edilib. Namizədlərin qeydiyyatdan keçməsi üçün ən münbit şərait yaradılıb. Parlament seçkilərində cəmi 450 imza toplayıb DSK-ya təqdim etməklə, qeydiyyatdan keçmək olar. özü də cəmi iki sənəd tələb olunur. Namizədlərin qeydiyyatının ən rahat forması Azərbaycandadır. Həmçinin, istənilən siyasi partiya asanlıqla seçkiyə qatıla bilər. Azərbaycanda hər bir namizəd üçün pulsuz efir vaxtı və rəsmi qəzetlərdə ödənişsiz təşviqat imkanı yaradıldı. Pullu efir vaxtı üçün isə elə qiymətlər qoyulmuşdu ki, bu, dünya standartlarından 10 dəfə aşağı idi. Bunlar indi daha hansı şərtlər tələb edirlər ki, seçkinin keçirilməsindən razı qalsınlar? Bunların şərti odur ki, “siz çəkilin qırağa, biz müəyyənləşdirdiyimiz adamlar gəlib parlamentdə otursun”. Buna isə seçki demirlər, təyinat deyirlər. O da Azərbaycanda mümkün deyil. çünki Azərbaycan Konstitusiyasında yazılıb ki, hakimiyyətin mənbəyi xalqdır. Xalq da gəlib səsini verdi, istədiyi adamları seçdi. Axı bizim rəqiblərimiz olduqlarını iddia edənlər namizəd irəli sürməyə adam tapmırdılar. “AXCP-Müsavat” blokunun adından elə adamların namizədliyi irəli sürülmüşdü ki, həmin şəxslər Azərbaycanda deyildi, ayrı-ayrı ölkələrdə alver edirdi. Biz seçki vaxtı 10-a qədər belə namizəd olduğunu üzə çıxardıq ki, Rusiyada, İranda, Türkiyədədir. Əslində, biz iqtidar olaraq, onların namizədlərinin daha çox olmasının tərəfdarıyıq. Sadəcə olaraq namizəd tapıb irəli sürə bilmirlərsə, biz buna neyləyə bilərik? Yadımdadır, bir dəfə ATƏT-in keçmiş nümayəndəsi bizdən xahiş etmişdi ki, bələdiyyə seçkilərində partiya kimi iştirak etməyək. Soruşduq niyə? Cavab verdi ki, o biri partiyaların bu cür iştirak etməyə imkanı yoxdur, biz seçkiyə qatılsaq, onlar pis vəziyyətdə qalacaqlar. Onların təklifləri budur”.
Xəbər lenti
Hamısına baxDünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

