Ermənistanın yeni “təklifi” nəyə hesablanıb?
21.10.2022 [10:10]
“Müddətsiz” fəaliyyət ideyasının arxasındakı qaranlıq məqamlar...
İki ilə yaxındır ki, müxtəlif yollarla sülhün imzalanmasına, bölgədə təhlükəsizliyin təmininə mane olan Ermənistan yenidən öz ampluasındadır. Brüssel sülh prosesinin yekunlaşma mərhələsinə qədəm qoyduğu bir zamanda Avropa İttifaqının “mülki missiyası”nı ölkəsinə dəvət edən baş nazir Nikol Paşinyan bununla bir daha əsl simasını göstərmiş oldu - belə ki, missiyanın 2 ay ərzində monitorinq aparması nəzərdə tutulduğu üçün, bu addım sülhün ləngidilməsinə xidmət kimi dəyərləndirilir. Digər tərəfdən, Ermənistanın siyasi rəhbərliyinin digər Avropa təsisatlarının da missiyalarını Ermənistana dəvət etmək niyyəti onu göstərir ki, İrəvan sülhdən boyun qaçırır.
Bunu Ermənistan rəhbərliyinin Aİ missiyasının gələcək fəaliyyəti ilə bağlı “arzuları” da təsdiqləyir. Baş nazir Paşinyan hökumətin iclasında bildirib ki, ehtiyac yarandığı təqdirdə Avropa İttifaqının (Aİ) Ermənistan-Azərbaycan sərhədindəki monitorinq missiyasının müddətinin uzadılması məsələsi müzakirə oluna bilər. Paşinyan əlavə edib ki, monitorinq missiyasının işinin təşkil olunması üçün qrup artıq Ermənistandadır. Onun sözlərinə görə, Aİ monitorinq missiyasının müddətinin uzadılması və ya müddətsiz edilməsi təklifləri səsləndirilir. “Missiyanın müddətinin uzadılması məsələsində özüm də əmin deyiləm, lakin ehtiyac olarsa, bu məsələnin müzakirə olunacağı istisna deyil”, - deyə Paşinyan vurğulayıb.
Göründüyü kimi, Ermənistanın “missiya oyunu”nun əsas hədəfi regiondakı vəziyyəti öz xeyrinə dəyişmək üçün vaxt qazanmaqdır. Onlar bu mülki missiyanın hərbi missiya ilə əvəzlənməsi istiqamətində də xeyli “əziyyət çəkiblər”. Buna nail olmadıqları təqdirdə isə, mülki missiyanın “müddətsiz fəaliyyəti” kimi absurd ideyalar səsləndirirlər. Bəs, proses hansı istiqamətdə inkişaf edə bilər?
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq İlyas Hüseynov bildirib ki, Aİ-nin mülki missiyasının Ermənistan ərazisində yerləşdirilməsi Praqa görüşünün nəticəsinə uyğundur. Politoloqun fikrincə, bu missiyanın fəaliyyət müddəti isə cəmi 2 ayla məhdudlaşır: “Ermənistan bu mülki missiyanın öz ərazisinə gəlməsi ilə əlaqədar razılıq əldə etdikdən sonra ilk növbədə onun say tərkibinin artırılmasına çalışdı. İndiki halda isə missiyanın monitorinq müddətinin uzadılması və ya müddətsiz fəaliyyət göstərməsi ilə bağlı istəklər ifadə edir. Nəzərə almaq lazımdır ki, Azərbaycan tərəfi bu mülki missiyanın işinə cəmi 2 ay ərzində töhfə verməyə çalışacaq. Azərbaycanın niyyəti bundan ibarətdir ki, mülki missiya sərhədlərin müəyyənləşdirilməsində əməli-praktiki fəaliyyətlə yadda qalsın və regionda sülhün möhkəmləndirilməsinə xidmət etsin. Ermənistan isə həmin mülki missiyadan öz məqsədləri üçün istifadə etməyə çalışır. Nikol Paşinyan 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyanatın ardından dəfələrlə müxtəlif güclərin bu regiona yerləşdirilməsinin zəruriliyini vurğulayıb. Onun tərəfindən ATƏT-in və ya BMT-nin missiyalarının regiona gəlməsi ilə bağlı fikirlər ifadə edilirdi. Sonrakı mərhələlərdə isə Fransanın və ABŞ-ın regionda mövcudluğuna eyham vuruldu. Bununla bağlı hətta rəsmi Parisə və Vaşinqtona çağırışlar da edilirdi. Hazırki vəziyyətdə isə Ermənistan Aİ-nin mülki missiyasını özünün təxribatçı planları üçün istifadə etmək niyyəti güdür”.
Politoloqun fikrincə, Daşkəsən istiqamətində Ermənistanın hərəkətlənməsinin müşahidə olunması ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinin məlumatı da xüsusi nəzərə alınmalıdır. Bu hərəkətlənmələr müşahidə missiyasının gəlişinin ardından hərbi təxribatların da törədilə biləcəyini istisna etmir. “Bəlli olduğu kimi Azərbaycan zəfər təqvimini yaşayır. 44 günlük Vətən müharibəsində əldə olunan qələbənin ikinci ildönümünü qeyd edirik. İrəvanın bu zəfər günlərinə xələl gətirmək, sülhü pozmaq, eləcə də təhlükəsizlik seqmentinə zərər vurmaq istiqamətində bəzi planları müşahidə olunmaqdadır. Mülki missiya isə bu planlarda alət kimi istifadə olunur. Ermənistan istəyir ki, Aİ-nin missiyasının bölgədəki mövcudluğundan istifadə edərək Rusiyanın regiondakı maraqlarına zərbə endirilsin. Bu baxımdan da, monitorinqin müddətsizliyi təklifi irəli sürülür. Onlar düşünürlər ki, monitorinq fəaliyyətinin müddətsiz olması Aİ ilə Ermənistan münasibətlərinin yaxınlaşdırılmasına xidmət edəcək. Ermənistan elə bir təəssürat formalaşdırmaq istəyir ki, sanki Aİ ilə bu ölkə arasında çox sıx münasibətlər var və bu amil də Ermənistanın Avropa İttifaqına inteqrasiyasını sürətləndirə bilər. Düşünürəm ki, burada rəsmi İrəvanın irəli sürdüyü istəklər, həm də daxili auditoriyaya yönəlib və Rusiyanın mövqelərinin zəiflədilməsinə hesablanıb. Bölgədə bir paradoksal vəziyyət formalaşır. Türkiyə-Ermənistan, İran-Ermənistan sərhədlərini Rusiya hərbçiləri - Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları qoruyur. Lakin Azərbaycanla sərhədə mülki də olsa Aİ-nin missiyası gəlib. Fikrimcə, Ermənistan tədricən bu missiyanın hərbləşdirilməsinə çalışacaq. Nəzərə alaq ki, daha öncə də Paşinyan bu cür istəklər ifadə edirdi. Onun istəyi bu mülki missiyanı müddətsiz etmək və onun hərbiləşdirilməsini həyata keçirməkdir”, - deyə İ.Hüseynov əlavə edib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17

