Azərbaycan Prezidentindən Soçi nidası: Qarabağ münaqişəsi artıq tarixdə qalıb!
01.11.2022 [10:13]
Burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur
Oktyabrın 31-də Azərbaycan Prezidenti İlham Əliyev Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşündə bildirdi ki, Qarabağ münaqişəsi artıq tarixdə qalıb.
Münaqişənin iki il bundan əvvəl həll edildiyini xatırladan dövlətimizin başçısı bu baxımdan görüşdə praktiki olaraq müzakirə edilməli məsələnin olmadığını vurğulayıb. Əslində, bu fikri bildirməklə Prezident İlham Əliyev “Qarabağ Azərbaycandır və nida” ifadəsindən sonra növbəti bir nida işarəsi qoymuş oldu. Yəni görüşdə səsləndirilən həmin fikir postmünaqişə dövrünün yeni mərhələsinin başlandığını özündə ifadə edir. Eyni zamanda bu fikir Xankəndi şəhərində mitinq təşkil edənlərə və onların havadarlarına tutarlı cavab oldu. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, bundan sonrakı mərhələdə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində praktiki addımlar atılmalıdır.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, indiki sülhyaratma prosesində keçirilən görüşlərdə, verilən bəyanatlarda Qarabağa dair fikirlər yer almayıb. Çünki artıq Azərbaycan Prezidenti statusun ünvanını göstərib. Eləcə də dövlətimizin başçısı yeni iqtisadi rayonların yaradılması ilə bağlı olaraq artıq ölkəmizdə “Dağlıq Qarabağ” inzibati ərazi vahidinin olmadığını bəyan etmişdi. Onun sözlərinə görə, Prezident İlham Əliyev “Qarabağ xalqı” ifadəsini işlədənlərə cavab olaraq deyib ki, belə bir xalq yoxdur, orada yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır. “Yəni müharibədən sonra irəliyə doğru xeyli məsafə qət etmişik. Hətta Ermənistanın siyasi rəhbərliyi də Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edir, çünki bütün dünya Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb. Eləcə də, bir müddət öncə Rusiya Prezidenti Vladimir Putin də bildirib ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir və dünya bunu belə qəbul edir. Belə olan təqdirdə, bəzi fitnəkar, öz geosiyasi maraqlarını güdən dövlətlərin Qarabağla bağlı planlarını qabartmağa çalışmaları, separatçıları təlimatlandırmaları, Ermənistandan adamları yığıb Xankəndinə mitinqə aparmaları qəbuledilməzdir. İddia edirlər ki, həmin mitinqdə 25-30 min erməni olub. Ancaq təxminən iki ay öncə separatçıların başçısı Arayik Arutunyan Ağdərədə olarkən etiraf etmişdi ki, Qarabağda 18 min əhali yaşayır. Sonradan o verilən təlimata uyğun olaraq bu rəqəmi 25 minlə əvəzləyib. Hətta Qarabağda 25 min erməni yaşasa belə, onların hamısının həmin mitinqdə iştirak etməsi mümkün deyil. Ona görə də, aydın görünür ki, bu mitinq kənardan təşkil olunub”-deyən Q.Hüseynli hesab edir ki, regionda sülhün təmin olunmasına maraqlı olan dairələr “Dağlıq Qarabağ” ifadəsini işlətməməlidir.
Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin rusiyalı həmkarı ilə görüşdə dediyi fikirlər çox əsaslıdır: “Cənab Prezident haqlı olaraq bəri başdan görüşün gündəliyini müəyyən edən dairələrə bildirdi ki, müzakirə edəcəyimiz məsələ sülhyaratma məsələsi olmalıdır. Ona görə də, Ermənistanla münasibətlərin normallaşdırılması prosesi diqqət mərkəzində olmalıdır. Qarabağ ətrafında hansısa söhbətlər aparmaq cəhdi isə Azərbaycan tərəfindən məqbul hesab edilməyəcək”.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06

