İranın növbəti təxribatı ifşa olundu
03.11.2022 [10:54]
Faktlar İranın Azərbaycandakı səfirliyini “nişan verir”
Xəbər verildiyi kimi, İran xüsusi xidmət orqanları tərəfindən Azərbaycan vətəndaşlarının gizli şəkildə ölkə hüdudlarından kənarda hərbi təlimlərə cəlb olunması, onların maliyyələşdirilməsi və fəaliyyətlərinin istiqamətləndirilməsi, ölkəmizin dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq istifadə edilməsi məqsədilə şantaj və digər zorakı üsullarla təsir dairəsində saxlanılması halları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kompleks araşdırma tədbirləri həyata keçirilir. Əməliyyat-istintaq tədbirləri ilə müəyyən edilib ki, İran xüsusi xidmət orqanının nəzarəti altında, radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə Azərbaycan Respublikası vətəndaşlarından ibarət gizli yaradılmış qanunsuz silahlı birləşməyə rəhbərlik analoji cinayət əməllərinə görə 2018-ci ildən barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilmiş, hazırda İranda gizlənən İbrahimbəyli Tohid Alim oğlu, Əsədov Rövşən Elçin oğlu, Məmmədov Orxan Kəmran oğlu, Hacıyev Elşad Elçin oğlu (Əkrəm Hacızadə) və digərlərinə həvalə edildiyi müəyyən olunub.
19 nəfər silahlı birləşmələrin hərbi təlimlərində iştirak edib
DTX-nin Mətbuat xidmətinin məlumatına görə, ötən müddət ərzində qanunsuz silahlı birləşmə tərəfindən əsasən əvvəllər müxtəlif cinayətlərə görə məhkumluğu olan, habelə özlərini “Müsəlman Birliyi Hərəkatı” adlandırdıqları təşkilatın üzvü hesab edən şəxslərin sırasından seçilmiş Azərbaycan Respublikası vətəndaşları üçüncü ölkələrin ərazisindən keçirilməklə İranın Tehran şəhərinə, orada mobil telefon və pasportları götürülməklə, əlaqələrinin gizliliyinə və konspirasiya tələblərinə dair təlimatlandırılmaqla, dini ləqəblər verilərək, təqdim olunmuş saxta sənədlərlə hərbi yük təyyarələrində Suriyanın Dəməşq şəhərinə aparılıblar. Onlar Suriya ərazisində müxtəlif odlu silahlardan istifadə qaydaları və döyüş taktikasının öyrədildiyi hərbi təlimlərə cəlb edilib, təlimlərdə iştirak etmiş hər bir şəxsə təqdim olunan qəbzlərə imza etdirməklə müxtəlif məbləğlərdə pul vəsaitləri verilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı qanunsuz silahlı birləşmələrin hərbi təlimlərində iştirakı müəyyən edilən 19 nəfər Azərbaycan Respublikası vətəndaşı istintaqa cəlb olunub, qanunsuz silahlı birləşmə və onun tərəfindən təşkil edilmiş hərbi təlimlər barədə çoxsaylı dəlillər, qanunsuz yollarla Azərbaycana keçirilmiş müasir inkişaf, dünyəvi dövlət ideyalarına qarşı radikal, dini-ekstremist münasibəti təbliğ edən, yayılması Azərbaycanda qadağan edilmiş müxtəlif kitablar, videomateriallar aşkar edilərək götürülüb.
Təxribatçılar İranın Azərbaycandakı səfirliyinə məxsus avtomaşından
yararlanıb
Cinayət işi üzrə əvvəllər məhkum edilmiş Hüseynov İskəndər Hani oğlu, Haqverdiyev Tural Səfər oğlu, Şükürov Eltun Əli oğlu və digərləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrdə iştirak etmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək saxlanılıblar. Eyni zamanda, hazırda İranda məskunlaşmış Ruhulla Axundzadə və digərləri tərəfindən qruplaşma üzvlərinə müxtəlif tapşırıqların verilməsi barədə materiallar da aşkar edilib. Qruplaşma üzvlərini hərbi təlimlərə cəlb edənlərdən biri olan Əsədov Orxan Fərman oğlu üçüncü ölkə ərazisində terror aktına cəhd edərkən həbs olunub.
Araşdırmalar zamanı, həmçinin qeyd olunan hərbi təlimlərə cəlb edilmiş Məmmədov Fəqan Sədrəddin oğlunun daha sonra İranın Azərbaycandakı səfirliyinə məxsus avtomaşınla Azərbaycana çatdırılan, üzərində dini məzmunlu şüarlar yazılmış köynəklərin respublikanın bəzi rayonlarında keçirilməsi planlaşdırılan aksiyaların iştirakçılarına paylanmasını təşkil etməsinə əsaslı şübhələr müəyyən edilib.
Məlum olub ki, qeyd edilən xüsusi xidmət orqanlarının nümayəndələri Ermənistan silahlı birləşmələrinin işğalçı əməllərinə bəraət qazandırmaları ilə əlaqədar aralarında fikir ayrılığı yaranan Azərbaycan Respublikası vətəndaşlarını sonra da təsir dairəsində saxlamaq üçün onları cəlb edildikləri hərbi təlimlərə dair videokadrlarla və digər üsullarla şantaj ediblər.
Qabil Hüseynli: Əsas fiqur İranın Azərbaycandakı səfiridir
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən politoloq Qabil Hüseynli bildirib ki, İranın Azərbaycandakı səfirliyi hər zaman ölkəmizə qarşı təxribat yuvası funksiyasını həyata keçirib. Bu təxribat yuvası hətta 1990-cı illərdə də özünü göstərib: “Bu səfirlik hər zaman Azərbaycan dövlətçiliyinə qarşı müxtəlif qruplaşmaların təşkil edilməsində, onların təbliğati-ideoloji materiallarla təmin olunmasında və istiqamətləndirilməsində böyük rol oynayıb. Son hadisələrdə isə əsas fiqur İranın Azərbaycandakı səfiridir. Səfirliyin maşınlarından biri İrandan Azərbaycana müxtəlif təbliğat materialları, üzərində şüarlar yazılmış maykalar, köynəklər, müxtəlif audio və videomateriallar gətirib. Bunları müəyyən insanlara verərkən DTX tərəfindən ifşa ediliblər. Fikrimcə, bu çox böyük təxribat hadisəsidir. Əldə edilmiş faktlar isə İranın Azərbaycandakı səfirliyinin bu işdə əlinin olduğunu göstərir. Bu səfirliklə bağlı mühüm addımlar atılmalıdır. Aşkarlanmış fakt hətta İranla diplomatik əlaqələrə də yenidən baxmağı ortaya qoyur. Bu təxribat yuvasını tam ifşa edib dünya ictimaiyyətinə tanıtmaq lazımdır. Onlar hətta müəyyən televiziya və radio verilişləri vasitəsilə də Azərbaycana qarşı təxribatlar törədir, təbliğat aparırlar. Biz bu məsələlərə də baxmalıyıq. İran bizə açıq kartlarla bütün istiqamətlərdən hücum edir. Biz də lazımi cavabı verməliyik”.
İranın bu kimi təxribatçı hərəkətlərinin səbəblərinə gəldikdə isə, politoloqun fikrincə, onlar Azərbaycandakı dünyəvi, demokratik dövlət quruluşuna qarşı təbliğat aparırlar. “Onlar bu dövləti devirmək, yerində dini-teokratik dövlət quruluşu yaratmaq, sonra da özlərinə birləşdirmək istəyirlər. Sürətlə inkişaf edən, dünyada böyük nüfuz qazanan Azərbaycandan qorxurlar. Hesab edirlər ki, şimalda bu cür müstəqil, dünyada böyük imic qazanan Azərbaycan dövləti cənubdakı 40 milyondan çox azərbaycanlı üçün ruhlandırıcı nümunədir, İrandakı azərbaycanlıların müstəqil dövlət qurmaq uğrunda mübarizəsinə stimul verən vasitədir. Ona görə də Azərbaycan dövlətini sıradan çıxarmağa çalışırlar ki, bunu da bacara bilməzlər. Bu yolda Ermənistana da yardım göstərirlər, bizimlə ədavəti olan digər dövlətlərlə də əlaqələr qururlar. Məsələn, Ermənistanın baş naziri Nikol Paşinyanın Soçi görüşündən birbaşa Tehrana getməsi və görüşlər barədə İran rəhbərliyini məlumatlandırması onu göstərir ki, İran Ermənistandan bizə qarşı bir vasitə kimi istifadə etməyə çalışır. Ermənilər isə öz məkri ilə İranı bizə qarşı qızışdırmağa, münasibətləri daha da çox korlamağa çalışırlar”, - deyə Q.Hüseynli əlavə edib.
Pərviz
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

