Tahir Budaqov: Azərbaycan postkonflikt dövründə məqsədyönlü quruculuq siyasəti həyata keçirir
03.11.2022 [20:00]
Azərbaycanın 30 ilə yaxın işğal altında qalmış əzəli torpaqları Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən azad olundu. Möhtəşəm Qələbə danışıqlar masasında deyil, məhz döyüş meydanında əldə edildi. Bu, yalnız tarixi ədalətin deyil, eyni zamanda, milli qürurun bərpasıdır. Azərbaycan qalib ölkə kimi bütün regionda yeni geostrateji reallıq yaratdı.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov söyləyib.
Tahir Budaqov bildirib ki, bu gün Azərbaycan bölgədə bütün dövlətlər üçün faydalı və önəmli təşəbbüslərlə çıxış edir. Azərbaycanın postkonflikt dövründə məqsədyönlü quruculuq siyasəti həyata keçirdiyini, işğaldan azad olunmuş ərazilərdə nəhəng infrastruktur layihələrini reallaşdırdığını vurğulayan YAP Sədrinin müavini ölkəmizin təşəbbüslərinin bölgədə sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət etdiyini söyləyib. Tahir Budaqov Zəngəzur dəhlizinin açılmasının təkcə Azərbaycanın deyil, Çindən Avropaya qədər bütün ölkələrin maraqlarını əks etdirdiyini bildirib.
Bu il Yeni Azərbaycan Partiyasının 30 illik yubileyinin qeyd olunduğunu deyən YAP Sədrinin müavini diqqətə çatdırıb ki, bununla bağlı geniş Tədbirlər Planı təsdiq olunub və uğurla icra edilir.
“Bütün rayon və şəhər təşkilatları tərəfindən yerlərdə yubiley tədbirləri reallaşdırılır. Eyni zamanda, gənclər arasında müxtəlif idman yarışları və intellektual oyunlar keçirilir. Noyabrın 5-də Azərbaycan Texniki Universitetinin idman zalında minifutbol üzrə turnirin finalı olacaq. Bu turnirə ölkə üzrə 72 komanda qatılmışdı. Seçmə mərhələlərdən sonra üç komanda finala çıxıb. Eyni zamanda, noyabrın 6-da Gülüstan sarayında “Nə? Harada? Nə zaman?” intellektual oyununun finalı olacaq. Bölgələrdə keçirilən seçmə mərhələdən sonra qalib gəlmiş 21 komanda birinci, ikinci və üçüncü yer uğrunda yarışacaqlar. Bilik yarışmasında iştirak edən gənclər ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində müstəsna yeri və rolu, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti və Yeni Azərbaycan Partiyasının 30 illik zəngin və şərəfli inkişaf tarixi ilə bağlı sualları cavablandırırlar. Bundan başqa, gələn həftə gənclər arasında şahmat turnirinin, həmçinin sərbəst və yunan-Roma güləşi üzrə üç çəki dərəcəsində respublika birinciliyinin finalı keçiriləcək. Eyni zamanda, jurnalistlər arasında fərdi yazı müsabiqəsi elan olunub və yazıların qiymətləndirilməsi prosesi aparılır”.
Tahir Budaqov Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi ərəfəsində beynəlxalq konfransın keçirilməsinin də nəzərdə tutulduğunu bildirib. O qeyd edib ki, həm yekun yubiley tədbirində, həm də regionda sülh və təhlükəsizlikdə siyasi partiyaların rolu mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək məqsədilə ölkəmizə bir sıra dövlətlərdən qonaqlar təşrif buyuracaqlar.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

