Milli Məclis bir sıra beynəlxalq sazişləri təsdiq edib
05.03.2011 [21:46]
Dünən Milli Məclisin (MM) növbəti iclası keçirilib. İclasda millət vəkilləri öncə cari məsələlərlə bağlı çıxışlar ediblər.
YAP Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı ermənilər tərəfindən azərbaycanlılara qarşı 1918-ci ildə törədilmiş 31 mart soyqırımı və 1992-ci ildə fevralın 26-da törədilmiş Xocalı soyqırımı ilə bağlı soyqırım mərkəzinin yaradılmasını təklif edib. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyev ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımla bağlı 1998-ci ildə Fərman, 1999-cu ildə isə həmin məsələ ilə əlaqədar Sərəncam imzalayıb. Millət vəkili deyib ki, həmin Sərəncamda soyqırım mərkəzinin yaradılması nəzərdə tutulur: “Xocalı faciəsinin növbəti ildönümündə həm Azərbaycanda, həm də xaricdə anım mərasimləri keçirildi. Yaxın vaxtlarda isə 31 mart soyqırımının qurbanları yad olunacaq. Bu soyqırımların dünyaya tanıdılması üçün tez bir zamanda soyqırım mərkəzi yaradılmalıdır. Həmin mərkəzdə ermənilərin azərbaycanlıları indiki Ermənistandakı tarixi torpaqlarından deportasiya etməsi barədə məlumatlar, 1937-ci ildə repressiya qurbanı olan tanınmış ziyalılarımız, ictimai xadimlərimiz haqqında məlumatlar, eləcə də, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər əks olunmalıdır. Eyni zamanda, bu məsələləri araşdıracaq araşdırma mərkəzi açılmalıdır. Bu, beynəlxalq aləmin, beynəlxalq təşkilatların bizim faciələrimizi soyqırımı kimi tanımasına əhəmiyyətli töhfə verə bilər”.
M.İbrahimqızı, həmçinin, Azərbaycanın dövlət himninin müəllifi Əhməd Cavadın xatirə muzeyinin yaradılmasını və ya anımı üçün abidəsinin qoyulmasını təklif edib. M.İbrahimqızı deyib ki, istiqlal şairi Ə.Cavadın məzarı mövcud deyil. O, təmsil etdiyi Şəmkir ictimaiyyətinin şairin xatirəsinin əbədiləşdirilməsi təklifi ilə çıxış etdiklərini vurğulayıb.
Millət vəkili Elmira Axundova isə çıxışında ötən iclas zamanı kinoteatrların vəziyyəti ilə bağlı səsləndirdiyi fikirlərin bəzi mətbuat orqanları tərəfindən təhrif olunduğunu deyib. O, eyni zamanda, parlamentin fəaliyyətinin daha geniş işıqlandırılması üçün yeni açılmış “Mədəniyyət” kanalında bir neçə saat yer ayrılmasını təklif edib.
İclasda çıxış edən millət vəkili Zahid Oruc qeyd edib ki, martın 5-də keçiriləcək Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Soçi görüşündə hansısa nəticənin əldə olunacağına dair ölkəmizin ictimaiyyətində ümidlər var: “Baxmayaraq ki, əvvəlki görüşlərdə heç nəyə nail olunmayıb. Amma Azərbaycan bu görüşə güclü mövqe ilə gedir. çünki bu məsələdə güclü dövlət-xalq həmrəyliyi var. Bu ərəfədə Prezidentin Müdafiə Sənayesi Nazirliyinin müəssisələrinin açılışına qatılması da bir rəmzi məna daşıyır”.
Millət vəkili Leyla Abdullayeva çıxışında bildirib ki, 1988-ci ildə baş vermiş Sumqayıt hadisələrinə dair istintaq işinin yenilənməsi ilə bağlı Prezident İlham Əliyevin qərarı şəhər ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Onun fikrincə, yeni araşdırmalar nəticəsində ermənilərin Sumqayıtda törətdikləri təxribatların miqyası öyrəniləcək və bu barədə əsl həqiqətlər dünya ictimaiyyətinə çatdırılacaq.
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə çıxışında ümumi bir soyqırım abidəsinin yaradılmasını təklif edib: “3 ay ərzində üç matəm mərasimi keçirilir. 20 Yanvar, Xocalı soyqırımı və 31 Mart-azərbaycanlıların soyqırımı. Bu məsələyə qlobal şəkildə yanaşmaq lazımdır”.
O bildirib ki, belə bir vahid abidə-muzey xarici qonaqları başımıza gəlmiş ayrı-ayrı faciələr və təcavüz barədə məlumatlandırmağa imkan verəcək. “Ayrı-ayrı hadisələr haqqında müxtəlif abidələrin qoyulması ilə hədəflərimizə çata bilməyəcəyik” - deyə, o, vurğulayıb. Onun sözlərinə görə, bu, ümumiləşdirilməli, beynəlxalq aləm üçün Ermənistanın tarixən Azərbaycana etdiyi təcavüz konkret göstərilməlidir. “Bu, həm də müxtəlif vaxtlarda azərbaycanlıların öz vətənləri uğrunda canlarından keçməsi ilə bağlı ümumiləşmiş abidə ola bilər” - deyə, YAP İcra katibinin müavini vurğulayıb.
S.Novruzov bəzi millət vəkillərinin Qəbələ RLS-i ilə bağlı fikirlərinə də münasibət bildirib. Qəbələ RLS-in icarə müddətinin bitməsinə hələ bir il qaldığını deyən millət vəkili bu müddətdə bağlanacaq hər hansı müqavilənin parlamentdə təsdiq olunacağını vurğulayıb. S.Novruzov bir sıra KİV-ləri ölkədə çaşqınlıq yaratmaqda ittiham edib. “Bu nəşrlər Bakıya qoşun yığılması və ya filan məmurun fəaliyyəti barədə ağlasığımaz yazılar yazırlar. Bütün bunlar cəmiyyəti çaşdırmaq məqsədi güdür” - deyə, o, qeyd edib. Millət vəkili deyib ki, ölkədə hər kəs qanuna tabe olmalıdır, əks halda onlar qanun qarşısında cavab verəcəklər.
İclasda Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT-in Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradova ATƏT PA-nın ötən həftə başa çatmış qış sessiyası haqqında məlumat verib. O bildirib ki, keçirilən görüşlərdə Avstriya parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamənin hazırlanması və qəbulu da müzakirə olunub. B.Muradova sessiyada ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəhbərinin seçilməsi təklifi ilə çıxış etdiklərini də vurğulayıb.
Vitse-spiker Bahar Muradovanın hesabatına münasibət bildirən spiker Oqtay Əsədov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun fəaliyyətini tənqid edib: “Bu təsisatın rəhbəri dəyişsə də, mahiyyəti dəyişməyəcək. Mən seçkilər ərəfəsində Azərbaycana gələn institut rəhbərliyi ilə görüşdə sual etdim ki, siz hazır reseptlə gəlmisiniz, yoxsa normal müşahidə aparacaqsınız? Bildirdilər ki, bizim hazır reseptimiz olmur. Ancaq illərdir görürük ki, bu qurum həmişə hazır reseptlə gəlir”.
Daha sonra iclasda gündəlikdəki məsələlər müzakirə olunub. Belə ki, millət vəkilləri “Cənub Qaz Dəhlizi haqqında” Birgə Bəyannamənin təsdiq edilməsi barədə” qanun layihəsini qəbul ediblər. Eyni zamanda, “TRASEKA multimodal daşınmaların inkişafı haqqında” Saziş, “Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə Bəyannaməsi”, “Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Saziş, “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında diplomatik və xidməti xüsusi pasportlara malik olan şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında” Saziş təsdiq olunub. İclasda bəzi qanunlara əlavə və dəyişikliklər də edilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

