Azərbaycanın əbədi qürur mənbəyi
07.11.2022 [17:48]
Mübariz ABDULLAYEV
Xalqımız böyük sevinc içindədir-8 noyabr Zəfər Gününü qeyd edirik. Qərinələr ötəcək, ancaq bu günün önəmi bizim üçün heç vaxt azalmayacaq. Xalqımız Zəfər Gününü həmişə böyük sevinc və qürur hissi ilə bayram edəcək.
Tarixi ədalətsizliyə son qoyan Zəfər
Xalqımız zaman-zaman müxtəlif sınaqlarla üzləşib. Tarixin ayrı-ayrı mərhələlərində yadellilərin, qəsbkarların hücumları və məkrli planları ilə üzləşmişik. İtkilər, faciələr yaşamışıq. Ən böyük zərbələrə isə bədnam qonşularımızdan məruz qalmışıq. XX əsrdə İrəvan da daxil olmaqla, tarixi Azərbaycan torpaqlarında Ermənistan dövləti qurulub və bu saxta dövlətin əraziləri yenə də respublikamızdan heç bir tarixi-hüquqi əsaslar olmadan alınan yeni-yeni yaşayış məntəqələri, o cümlədən də Qərbi Zəngəzur hesabına daha da genişləndirilib. Ermənistan ötən əsrin sonlarında Azərbaycana qarşı yeni ərazi iddialarını gündəmə gətirdi və havadarlarının köməyi ilə ərazilərimizin 20 faizinin işğalına nail oldu. Bu işğal düz üç onilliyi əhatə etdi. Hətta beynəlxalq təşkilatların, güc mərkəzlərinin heç bir qınağı ilə üzləşməyən Ermənistanın yüksək səviyyəli rəsmilərinin iştahaları o qədər artmışdı ki, onlar “yeni ərazilər uğrunda yeni müharibə” iddiaları səsləndirməkdən belə çəkinmirdilər. 44 günlük müharibədə Azərbaycan şanlı Zəfər qazandı və ərazi bütövlüyünü təmin etməyə nail oldu. Əgər biz son 200 ildə daim torpaq itkilərinin acısını yaşamaq məcburiyyətində qalmışdıqsa, Vətən müharibəsində uğursuzluqlar seriyasına son qoyuldu. Zamanında işğal altına düşən torpaqlar geri qaytarılmaqla tarixi ədalət bərpa olundu.
Şanlı Zəfərə gedən yol
Azərbaycan Böyük Qələbəyədək uzun və çətin bir yol keçdi. Havadarlarının köməyinə arxalanan Ermənistan işğalçılıq siyasətini düz üç onillik ərzində davam etdirdi. Biz dünyada beynəlxalq təşkilatlar və güc mərkəzləri qismində çıxış edən ölkələr tərəfindən münaqişələrin həllinə fərqli yanaşmalar müşahidə edirik. Bəzi hallarda ölkələr arasındakı ziddiyyətlər çox operativ qaydada aradan qaldırılır, təcəvüzkar dövlətlər dərhal və sərt şəkildə cəzalandırılırlar. Digər hallarda isə işğalçılara qarşı cəza mexanizmləri işə salınmır. Azərbaycanın ərazilərini zor gücünə zəbt edən Ermənistana münasibət də belə oldu. Bu ölkə düz otuz il hər hansı bir beynəlxalq qınaqla, təzyiqlə, sanksiyalarla üzləşmədi. Keçmiş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsdilə yaradılan ATƏT-in Minsk qrupunun həmsədrlərinin rolu bir növ regiona turist səfərlərinə gəlməkdən və işğalçı ilə təcavüzə məruz qalan tərəf arasında bərabərlik işarəsi qoymaqdan uzağa getmədi. Keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüquq işləmədi. Beləliklə də, Azərbaycan ərazi bütövlüyünü öz gücünə bərpa etmək məcburiyyətində qaldı. Tarixi Zəfərlə respublikamız həm də pozulmuş beynəlxalq hüququn bərpasını təmin etdi.
Xalqımız, Müzəffər Ordumuz 44 günlük müharibədə əldə olunan şanlı Qələbəyə addım-addım, bir neçə mərhələdən keçərək yaxınlaşdı. 2016-cı ilin Aprel döyüşləri həm mənəvi, həm də strateji nöqteyi-nəzərdən bizim çox böyük qələbəmiz idi. Aprel döyüşlərində düşmənin yaratdığı “məğlubedilməz ordu” mifi tar-mar oldu. Həmin döyüşlər nəticəsində azad etdiyimiz yüksəkliklər İkinci Qarabağ müharibəsində Ordumuzun uğurlu əməliyyatlar həyata keçirməsi üçün əlverişli imkanlar yaratdı. Aprel döyüşlərindən iki il sonra Naxçıvanda “Günnüt” əməliyyatı keçirildi, strateji yüksəkliklər nəzarətə götürüldü. Ermənistan ordumuzun bu lokal uğurlarından dərs almadı və ərazilərimizi işğal altında saxlamaqda davam etdi.
Sonrakı mərhələdə cərəyan edən proseslər, o cümlədən 2020-ci ilin yayında Ermənistanın dövlət sərhədinin Tovuz istiqamətində növbəti təxribatlara əl atması göstərirdi ki, düşmən ölkə təzə müharibəyə başlamaq və yeni ərazilər ələ keçirmək istəyir. Nəhayət, 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsinin başlaması zərurətə çevrildi. Düşmən cəzalandırılmalı idi və Azərbaycan Ordusu bunu layiqincə etdi. Silahlı Qüvvələrimiz Vətən müharibəsində misilsiz şücaətlər göstərərək 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında geri qaytardı. Alınmaz qala sayılan Şuşanın, Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Hadrutun, Xocavəndin geri qaytarılması uğrunda gedən döyüşlərdə igid əsgər və zabitlərimiz misilsiz qəhrəmanlıqlar göstərdilər. Düşmən ordusu cəmi 44 gün ərzində bütün döyüş qabiliyyətini itirdi və noyabrın 10-da onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Həmin sənəddə qalib Azərbaycanın diktəsi ilə yer alan müddəalara əsasən düşmən ölkə üzərinə bir sıra öhdəliklər götürdü və Ağdam, Kəlbəcər, Laçın rayonlarını döyüşsüz respublikamıza təhvil verdi. Beləliklə də, keçmiş Dağlıq Qarabağ münaqişəsi hərbi-siyasi yolla həllini tapdı.
Böyük Qələbənin əsas memarı
Vurğuladığımız kimi, Azərbaycan ərazi bütövlüyünü beynəlxalq birlikdən kömək almadan sırf öz gücünə təmin etdi. Bu qələbənin əsas memarı isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. O, qətiyyətli səylər göstərərək keçmiş Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın gündəliyinin mərkəzində saxladı. Yenə də Minsk qrupundan, xaricdəki ayrı-ayrı güc mərkəzlərindən təzyiqlər göstərilir, Azərbaycandan güzəştlər istənilirdi. Prezident İlham Əliyev isə belə təzyiqlər qarşısında əsla geri çəkilmədi və ölkənin milli maraqlarını bütün müstəvilərdə özünəməxsus diplomatik məharətlə müdafiə etdi.
Prezident İlham Əliyev xalqına üz tutaraq bildirirdi ki, ölkənin ərazi bütövlüyü istənilən yolla təmin olunacaq. Olundu da. Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi 19 il ərzində elə məqsədyönlü siyasət apardı ki, ölkəmizin düşmən dövlət üzərində mütləq üstünlüyü təmin olundu. Dövlət başçımız bir tərəfdən sülh danışıqlarında fəallıq göstərirdi. Bu, xalqımızın xoş məramının, ölkəmizin sülhə verdiyi önəmin ifadəsi idi. Müharibə qan-qada, dağıntılar demək idi. AzərbaycanPrezidenti bunu əsla istəmirdi və çalışırdı ki, münaqişənin həllinə danışıqlar yolu il nail olunsun.
Digər tərəfdən isə Prezident İlham Əliyev ölkənin iqtisadiyyatının gücləndirilməsi, maliyyə imkanlarının artırılması qayğısına qalırdı. O əsaslandırırdı ki, güclü iqtisadiyyat yaradılmadan ordunu müasirləşdirmək, lazım gəldikdə ölkənin ərazi bütövlüyünü öz gücünə təmin etmək mümkün olmayacaq. Məhz möhkəm, yüksək rəqabətqabiliyyətli iqtisadiyyat qurmaqla Azərbaycan nisbətən qısa zaman kəsiyində güclü ordu formalaşdırmağa nail oldu. Bunun nəticəsidir ki, 44 gün ərzində Silahlı Qüvvələrimiz bütün döyüş əməliyyatlarını uğurla tamamladılar və daim irəli getdilər.
Vətən müharibəsində igid hərbiçilərimizin qəhrəmanlığı onların yüksək vətənpərvərliyinin ifadəsi idi. Bu vətənpərvərlik hissini gənclərə Prezident İlham Əliyev özünün şəxsi nümunəsi ilə aşılamışdı. Müharibənin əsas ağırlığı dövlət başçısının dediyi kimi, məhz Onun Azərbaycana rəhbərlik etdiyi dövrdə yetişən gənclərin üzərinə düşmüşdü və gənclərimiz öz missiyalarını şərəflə yerinə yetirdilər.
Digər bir vacib məqam Prezident İlham Əliyevin informasiya cəbhəsində apardığı ardıcıl mübarizə ilə bağlıdır. Ermənilərin bütün dünyada güclü təbliğat mexanizmi qurduqlarını hər kəs yaxşı bilir. Bu təbliğat ruporu gecə gündüz işləyərək dünyanı erməni yalanlarına inandırmağa çalışırdı. Prezident İlham Əliyev beynəlxalq tədbirlərdə etdiyi məntiqli, faktlara əsaslanan çıxışları ilə, nüfuzlu transmilli KİV-ə verdiyi çoxsaylı müsahibələri ilə sözün əsil mənasında informasiya cəbhəsini yarmağa nail oldu. Onun təqdimatında beynəlxalq ictimaiyyət keçmiş Dağlıq Qarabağ münaqişəsi barədə əsl həqiqətləri öyrəndi və bu amil 44 günlük müharibə zamanı Azərbaycana güclü siyasi-mənəvi dəstək qazandırdı. Bütün bunlara istinad edərək deyə bilərik ki, 44 günlük müharibədə Ordumuzun qələbəsi mümkün, labüd idi və bu da baş verdi.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

