BDM Qars şəhərində 31 Mart-Azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbirlər keçirəcək
29.03.2011 [09:12]
Keçirilən tədbirlərdə iştirak edən Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğan bu il keçirilən bayram tədbirlərində ilk dəfə olaraq, çanaqqala döyüşlərində azərbaycanlıların da iştirak etdiyini bildirərək, Bakının adını dəfələrlə hallandırıb və şəhid Azərbaycan türklərini də anıb.
Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğan törənlərdə iştirak edən Azərbaycan nümayəndə heyəti ilə görüşüb. BDM sədri İsmayıl Ağayev Rəcəb Tayib Ərdoğanla görüşdə çanaqqalada şəhid olmuş Azərbaycan türklərinin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı istəklərini bildirərək, abidənin lahiyə planını və nəzərdə tutulmuş digər sənədlər paketini baş nazirə təqdim edib. Həmçinin, iki qardaş ölkə arasındakı münasibətlərin Ulu öndər Heydər Əliyevin “Bir millət iki dövlət” tezisi əsasında inkişaf etdiyini məmnunluqla ifadə edib. Türkiyənin baş naziri BDM-in nümayəndə heyəti ilə söhbətində Azərbaycan şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün gərəkli işlərin görülməsi üçün lazımi dəstəyi verəcəyini və bu istiqamətdə onun bildirdiyi kimi araşdırma aparacağını qeyd edib. Baş nazir Azərbaycan nümayəndə heyəti ilə xatirə rəsmi çəkdirib.
BDM-in nümayəndə heyəti çanaqqala şəhidliyində Azərbaycan türklərinin xatirəsinə qoyulmuş lövhənin qarşısında Türkiyədə təhsil alan azərbaycanlı tələbələr və diasporumuzun nümayəndələri ilə birlikdə anım tədbiri keçirib. BDM sədri İsmayıl Ağayev, BDM-in Avropa nümayəndəliyinin rəhbəri professor Azər Kərimov və BDM-in Rusiya təmsilçiliyinin rəhbəri Ələmdar Nəbiyev TRT kanalı ilə canlı yayında iştirak edərək çanaqqala zəfərinin Türk dünyası tarixindəki rolu və şəhid olmuş Azərbaycan türkləri haqqında çıxış ediblər. Keçirilən tədbirlərdə Azərbaycan diasporunun Türkiyədəki fəalları iştirak edib.
BDM-in nümayəndə heyəti mart ayının 19-20-də İstanbul şəhərində Novruz şənliklərinə qatılıb və buradakı ictimai-siyasi təşkilatlarla görüşlər keçirib.
Qeyd edək ki, Beynəlxalq Diaspor Mərkəzi Milli Qeyri-Hökumət Təşkilatları Forumu ilə birgə Türkiyənin Qars şəhərində 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbirlər həyata keçirəcək. Bu məqsədlə nümayəndə heyəti Qars şəhərinə səfər edəcək. Səfər çərçivəsində Qars valiliyi və bələdiyyəsində bir sıra görüşlər olacaq, Qars universitetində soyqırım qurbanları anılacaq, həmin universitetdə Ulu öndər Heydər Əliyevin xatirəsinə düzəldilmiş “Heydər Əliyev” guşəsi ziyarət ediləcək, həmçinin, Qarsın Koçkoy kənd məzarlığındakı Azərbaycanın qəhrəman oğullarından Soltan bəy Paşabəy oğlunun məzarı ziyarət olunacaq.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31

