Radikalların ziyan vurduğu sahibkarlar günahkarların cəzalandırılmasını istəyirlər
06.04.2011 [09:55]
Əlbəttə, bütün demokratik cəmiyyətlərdə sərbəst toplaşmaq hüququ var və bu hüquq vətəndaşlara Konstitusiya ilə verilir. Bu mənada Azərbaycan Konstitusiyasında da insanların bu hüquqları təsbit edilib. Eyni zamanda, Konstitusiyanın müvafiq müddəalarına uyğun olaraq parlament tərəfindən “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanun qəbul edilib. Məhz sərbəst toplaşmaq məsələsi bu qanunun tələbləri əsasında reallaşdırıla bilər. Amma ölkəmizdə müxalifət partiyaları dəfələrlə sözügedən qanunu açıq-aşkar pozublar. Aprelin 2-də baş verən hadisə isə bu qanunsuzluğun davamı idi.
Xatırladaq ki, Azərbaycanda ilk dəfə “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanun 1998-ci ildə qəbul edilib. ölkəmizin Avropa Şurasına qəbul olunmasından sonra isə qanunların Avropa standartlarına uyğunlaşdırılması yönündə addımlar atılıb və 2008-ci ilin may ayında həmin sənədə ciddi dəyişiklər edilib. Onu da qeyd edək ki, dəyişikliklər məhz Avropa Şurasının Venesiya Komissiyası ilə birgə hazırlanıb və qurum bu sənədə müsbət rəy verib, sənədin beynəlxalq standartlara uyğun olduğu vurğulanıb. O zaman Venesiya Komissiyası katibliyinin nümayəndəsi Sergey Kuznetsov da mətbuata açıqlamasında dəyişikliklərin tamamilə müsbət olduğunu bildirmişdi. Bununla belə, bu hadisə həmin qanunun təkmilləşdirilməsi istiqamətində son addım olmadı. Azərbaycan parlamenti ötən il bu sənədə növbəti dəyişikliklər etdi ki, bu da vətəndaşların siyasi azadlıqlardan istifadə etmək hüququnun daha yüksək səviyyədə təmin olunması baxımından əhəmiyyətli hadisədir.
Bütün bunlara rəğmən, ölkəmizdə bəzi müxalifət partiyalarının sərbəst toplaşmaq azadlığını qanundan kənar şəkildə reallaşdırmaq istəyi hələ də görünməkdədir. Amma nəzərə alınmalıdır ki, hər bir dövlət öz qanunları ilə idarə olunur. Bu mənada Azərbaycan dövləti də sivil və demokratik qanunlar əsasında idarə olunur və inkişaf edir. Biz hüquqi dövlətdə yaşayırıq və hüquqi dövlətin ən vacib məsələsi qanunun aliliyi prinsipidir. Belə cəmiyyətdə hüquqsuzluq, cəzasızlıq, qanunsuzluq mühiti yolverilməzdir. Ona görə də, hansısa qüvvə qanunları pozmaqla öz məqsədlərinə çatmaq istəyirsə, belə halların qarşısı dövlət tərəfindən qətiyyətlə alınır. ümumiyyətlə, insan hüquq və azadlıqların təmin olunması dövlətimiz üçün prioritet məsələdir. Azərbaycan Konstitusiyasında olan müddəalar bu hüquqları təmin edir. Bununla belə, radikal müxalifətin öz məqsədlərini reallaşdırmaq üçün başqalarının hüquqlarını pozmaq, qanunsuzluq etmək cəhdləri də yolverilməzdir.
Radikal müxalifət təmsilçiləri tez-tez istinad etdikləri Qərb dövlətlərində olan vəziyyəti də xatırlamalıdırlar. Yəqin ki, onlar inkişaf etmiş Avropa dövlətlərində, İngiltərədə, Fransada, Yunanıstanda və başqa ölkələrdə qanunsuz aksiyaların qarşısının hansı üsullarla alındığı KİV vasitəsilə izləyiblər. Onlara bu da məlumdur ki, Avropada belə aksiyaların qarşısı su şırnağı, gözyaşardıcı qaz, rezin güllə ilə, həmçinin, itlər vasitəsilə alınır. Yəni, həmin ölkələrdə Sərbəst toplaşmaq azadlığı ilə bağlı qanunu pozanlar cəzalandırılır.
Ona görə də, vətəndaşlar toplaşıb hansısa fikri, ideyanı gerçəkləşdirmək üçün bir araya gəlmək istəyirsə, bu, qanun çərçivəsində reallaşmalıdır. Qanuna əsasən kütləvi aksiyalar keçirmək üçün müvafiq icra hakimiyyəti ilə razılaşmaq lazımdır. Azərbaycanda isə müvafiq icra hakimiyyəti orqanı mitinqlər keçirmək üçün yerlər ayırıb. Əks halda, bundan kənar hərəkətlər etmək doğru deyil. Kütləvi aksiya keçirmək istəyənlər həmin yerlərdən birini seçib orada istədiyi fikirləri, şüarları səsləndirə bilərlər. Bununla bağlı heç bir məhdudiyyət yoxdur.
Amma, görünür, ölkəmizdə AXCP, Müsavat kimi partiyalar sərbəst toplaşmaq azadlığını başqa cür dərk edirlər. Onların təsəvvüründə sərbəst toplaşmaq insanların obyektlərini dağıtmaq, avtomobilləri sıradan çıxarmaq, sərnişinləri zorla marşrut avtobuslarından düşürüb öz mitinqlərinə qoşulmağa məcbur etməkdir. Aprelin 2-də baş verən hadisələr bunu bir daha təsdiqlədi.
Yeri gəlmişkən, onu da bildirək ki, ötən gün müxaliflər tərəfindən ciddi ziyan vurulmuş ticarət obyektlərində olduq və vəziyyətlə maraqlandıq. Səməd Vurğun küçəsində yerləşən kompüter mağazasının sahibi Əmiraslan Əliyev bildirdi ki, müxalifətin qanunsuz aksiyası zamanı obyektə basqın edilib və aksiya iştirakçıları nəinki, mağazanın şüşədən olan qapısını, hətta, satışda olan bir neçə kompüteri də sıradan çıxarıblar: “Əlbəttə ki, biz bu hadisəni pisləyirik. özlərini demokrat adlandıranların bu hərəkəti, əslində, barbarlıqdır. İnanırıq ki, məsələ obyektiv araşdırılacaq və bizə dəymiş ziyan ödəniləcək”.
Qeyd edək ki, hadisə zamanı bir valyutadəyişmə məntəqəsinin də qapıları sındırılıb. Məntəqənin işçisi Eldar Qasımov deyir ki, hüquq-mühafizə orqanları vəziyyətlə maraqlanıblar: “Onlara hadisə ilə bağlı məlumat vermişik. Hazırda araşdırma aparılır. Bizə deyilib ki, dəymiş ziyan ödəniləcək. Yaxşı olardı ki, bu hadisəni törədənlər əməllərinə görə cavab versinlər”.
Digər bir kompüter mağazasının nümayəndəsi Zaur Qasımov da müxaliflərin bu hərəkətini ən azı mədəniyyətsizlik kimi qiymətləndirir: “Onların bu hərəkətini kobudluq, xuliqanlıq, mədəniyyətsizlik kimi qiymətləndirmək olar. Vəziyyətlə bağlı müvafiq orqanlar maraqlanıblar və gözləyirik ki, bu hadisəni törədən şəxslər öz cəzalarını alacaqlar”.
Göründüyü kimi, “İctimai Palata” deyilən qurumun fəaliyyəti bundan ibarətdir. Amma onlar unutmamalıdırlar ki, demokratik cəmiyyətlərdə bu cür qanunsuzluq etmək yolverilməzdir. Əks halda, məhz, qanun əsasında cəzalanacaqlar.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

