/ / Ölkə vətəndaşları ictimai-siyasi sabitliyin pozulmasına gətirib çıxara biləcək hər hansı aksiyanı qətiyyətlə rədd edirlər
Ölkə vətəndaşları ictimai-siyasi sabitliyin pozulmasına gətirib çıxara biləcək hər hansı aksiyanı qətiyyətlə rədd edirlər
12.04.2011 [10:09]
“Hesab edirəm ki, ölkəmizdə akkreditə olunmuş səfirliklərin həm mandatı, həm də qarşısında duran vəzifələri, ilk növbədə, öz dövlətlərini Azərbaycanda təmsil etməkdən ibarətdir. Amma Azərbaycandakı bəzi diplomatik korpusların nümayəndələrinin müxalifət partiyaları ilə görüşünün qapalı keçirilməsi və görüşün mövzusu haqqında ictimaiyyətə məlumat verilməməsi, ən yumşaq şəkildə desək, qəribə görünür”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov deyib.
Əli Əhmədov bildirib ki, beynəlxalq təşkilatların, səfirliklərin nümayəndələri ictimaiyyətdən gizlin söhbətlərin aparılmasına meyilli olmamalıdırlar. Onun fikrincə, belə hadisələr, gizli şəkildə görüşlərin keçirilməsi, ola bilsin ki, onların niyyətlərində normal olmayan məqamlardan xəbər verir: “Mən bilmirəm, nəzərdə tutulan növbəti mitinqi müxalifət, yoxsa ora toplaşanların hamısı bir yerdə təyin edib. Amma, yəqin ki, görüşdə həmin mitinq planları müzakirə edilib”.
YAP Sədrinin müavini vurğulayıb ki, Azərbaycan dövləti, hökuməti və cəmiyyəti ölkəmizdə baş verən bütün hadisələrin məsuliyyətini daşıyırlar. Onun sözlərinə görə, ictimai-siyasi sabitliyin qorunması Azərbaycan hökumətinin başlıca vəzifəsidir. “çünki ictimai-siyasi sabitlik, əmin-amanlıq, dinclik hər bir Azərbaycan vətəndaşının faydalandığı reallıqlardır. Əgər Azərbaycandan kənarda olan ölkələrdə baş verən hadisələri göz önünə gətirsək, sabitliyin, dincliyin, əmin-amanlığın insanlar üçün nə qədər böyük sərvət, dəyər olduğunu aydın şəkildə təsəvvür edərik. Xalqımızın yaratdığı hökumət və hakimiyyət bu sabitliyi qorumağa borcludur. Xalq öz hökumətini ona görə yaradıb ki, onun normal yaşaması üçün səmərəli mühit formalaşdırsın. Bu mühiti də hökumətimiz təmin edib. Hökumətimiz indiyə qədər sabitliyi qoruyub və bundan sonra da qorumaq niyyətindədir. çünki siyasi mövqeyindən və düşüncə tərzindən asılı olmayaraq, bu sabitlikdən və əmin-amanlıqdan hər kəs faydalanır”, - deyə Əli Əhmədov qeyd edib.
Əli Əhmədov bildirib ki, martın 12-də və aprelin 2-də göstərilən mitinq cəhdləri bir çox vacib reallıqları ortaya qoydu. Bu reallıq da ondan ibarətdir ki, Azərbaycan vətəndaşları ictimai-siyasi sabitliyin pozulmasına gətirib çıxara biləcək hər hansı aksiyanı qətiyyətlə rədd edirlər. Onun fikrincə, bir neçə yüz insanın müxtəlif üsullarla küçələrə çıxarılması müxalifətin ictimai dəstəyinin nə dərəcədə zəif olduğundan xəbər verir: “Ona görə də, Azərbaycan müxalifətinin radikal qanadı ölkə vətəndaşlarının onları dəstəkləmədiyini aydın şəkildə gördükdə kənar qüvvələrə istinad etməyə başlayır. Həm martın 12-də, həm də aprelin 2-də keçirilən mitinq cəhdi zamanı həmin ərazidə çoxlu sayda ayrı-ayrı səfirliklərin nümayəndələrini müşahidə etmək olardı. Bir neçə gün əvvəl bir sıra ölkələrin səfirliyinin nümayəndələrinin “İctimai Palata” deyilən qurumun rəhbərliyi ilə görüşməsi, onların tədbirində iştirak etməsi də ondan xəbər verir ki, bu mitinq cəhdlərində bulunanlar təkcə bir sıra müxalifət partiyaları deyil, eyni zamanda, ayrı-ayrı ölkələrin səfirlikləri və nümayəndəlikləridir. Müxalifət partiyaları bu faktı gizlətmək belə istəmir, bununla da, açıq etiraf edirlər ki, keçirdikləri tədbirlər Azərbaycandan kənar ayrı-ayrı qüvvələr tərəfindən istiqamətləndirilir, yəqin ki, həm də maliyyələşdirilir. Güman edirəm ki, müxalifətin həmin radikal qanadının aprelin 16-na təyin etdiyi mitinqin vaxtını aprelin 17-nə dəyişdirilməsi də bu sifarişi verənlərin mitinqin vaxtı ilə bağlı mövqelərindəki dəyişikliklə əlaqədardır. Mitinqin vaxtının nə üçün dəyişdirilməsinin cavabını yəqin ki, mitinq cəhdlərindən sonra biləcəyik”.
YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycanda akkreditə olunmuş ayrı-ayrı dövlətlərin səfirlikləri mandatlarında nəzərdə tutulmayan işlərlə məşğul olmamalıdırlar. Onun sözlərinə görə, Azərbaycanda mitinq və bu kimi digər tədbirlər kənar qüvvələrin yox, ölkəmizin daxili məsələsidir. “Ayrı-ayrı dövlətlərin səfirliklərini mən kənar qüvvələr hesab edirəm. Həmin kənar qüvvələrin ölkənin daxilində mitinqlərin, kütləvi aksiyaların keçirilməsi kimi çox ciddi bir məsələyə müdaxilə etməsi tamamilə yersiz sayılır. Hesab edirəm ki, Azərbaycan xalqı bu cəhdlərdə bulunan ayrı-ayrı ölkələrin səfirliklərinin nümayəndələrindən çox kəskin şəkildə belə hərəkətlərə son qoymağı tələb etməlidir”, - deyə Əli Əhmədov vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Siyasət
14 İyul 17:27
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24

