Dövlət başçısı istehsalçı və idxalçı şirkətlərə növbəti dəfə xəbərdarlıq etdi
21.04.2011 [10:19]
Hökumət süni qiymət artımına və inhisarçılığa qarşı aparılan effektiv mübarizə tədbirlərini daha da gücləndirmək niyyətindədir. Prezident İlham Əliyevin qiymətlərin süni şəkildə artırılmasının qarşısının alınması ilə bağlı müvafiq orqanlara verdiyi tapşırıqlara uyğun olaraq bu sahədə davamlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Aidiyyəti orqanlar daxili bazarda qiymətlərin sabit qalması üçün zəruri olan addımları atmağı başlıca vəzifə hesab edir. İstehlak bazarına nəzarətin gücləndirilməsi, azad rəqabətin təmin edilməsi, liberal bazar prinsiplərinin qorunması müvafiq orqanlar qarşısında duran başlıca vəzifələrdir. Eyni zamanda, azad sahibkarlığın, liberal ticarətin inkişaf etdirilməsi aparılan məqsədyönlü siyasətin əsas hədəflərini təşkil edir.
Prezident İlham Əliyev istehlak qiymətlərinə nəzarətin davam etdirilməsinin mühüm səmərə verdiyini bildirib və bu istiqamətdə davamlı olaraq monitorinqlərin aparılmasının vacib məsələ olduğunu bəyan edib. Dövlət başçısı Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bildirib ki, bütün səlahiyyətli orqanlar bundan sonra da bu məsələlərlə ciddi şəkildə məşğul olmalıdır: “İnhisarçılığa qarşı mübarizəni daha da gücləndirməliyik. Həm idxalda, həm də ki, daxili istehsalda inhisarçılığa qarşı mübarizə daha da güclü aparılmalıdır. Bəzi hallarda inhisarçılıq deyəndə daha çox idxalla bağlı olan məsələlər yada düşür. Ancaq son hadisələr, xüsusilə, Novruz bayramı ərəfəsində müşahidə olunan mənzərə onu göstərir ki, daxildə istehsal olunan malların qiymətlərinin süni şəkildə qaldırılması halları baş vermişdir. Biz dərhal operativ şəkildə lazımi tədbirləri gördük. Süni şəkildə artırılan qiymətlərin tənzimlənməsi üçün lazımi addımları atdıq. Ancaq həm idxalla, həm də daxili istehsalla bağlı inhisarçılığa yol verilməməlidir”.
Qeyd edək ki, mart ayının əvvəllərindən başlayaraq bir sıra işbazlar yerli istehsal məhsullarının qiymətlərini bahalaşdırmışdılar. Onlar bayram günləri ilə bağlı bu əməllərini genişləndirməyə də cəhd göstərirdilər. Prezident İlham Əliyev qiymət artımları ilə bağlı sərt mövqeyini ortaya qoyduqdan sonra inhisarçılar öz əməllərindən geri çəkildilər və əksər məhsulların qiymətlərində ucuzlaşma baş verdi. Qiymətləri əsassız şəkildə artıran işbazların bəzilərinin dövlət başçısının tapşırığından sonra cəzalandırılması və onlar barəsində qanunamüvafiq şəkildə ölçülərin götürülməsi istehlak bazarında nizam-intizamın yaranmasına səbəb olub.
ötən ay ərzində aparılan araşdırmaların nəticələri göstərdi ki, süni qiymət artımı həm yerli istehsal, həm də idxal məhsullarında müşahidə olunub. Xüsusilə də, mart ayında yerli istehsal məhsullarının xeyli bahalaşması açıq-aşkar bunun əsassız qiymət artımı olduğunu göstərdi. Qeyd edək ki, hazırda respublikamızda kənd təsərrüfatı məhsullarının böyük əksəriyyəti yerli istehsalı hesabına təmin olunur və bu faktor özü təsdiq edir ki, qida mallarının bahalaşmasına iqtisadi əsas yoxdur. Bu tendensiya açıq-aşkar yerli istehsal müəssisəsinin haqsız rəqabətlə məşğul olduğunu və vəziyyətdən istifadə edərək daha çox qazanc əldə etmək niyyətlərinin təzahürü sayıla bilər. Bununla yanaşı, idxalla məşğul olan şirkətlərin də əsassız qiymət artımlarına yol verdiyi halda daxili bazarda bahalaşma baş verir. Bazarda ədalətli rəqabət mühiti qorunduğu və süni inhisarçılıq meyilləri olmadığı halda qiymətlərin artması mümkün deyil.
Prezident İlham Əliyev növbəti dəfə istehsalçı və idxalçı şirkətlərə xəbərdarlıq edərək inhisarçılığa yol verməmələrini tapşırıb: “Azərbaycanın bazarı demək olar ki, kifayət qədər məhduddur. Əgər hansısa bir böyük istehsalçı yaranırsa, biz istəyirik, maraqlıyıq ki, həm orta və kiçik sahibkarlıq artsın, həm böyük şirkətlərimiz olsun və onlar da güclənsin, dövlət tərəfindən verilən dəstək, siyasi, iqtisadi dəstək artıq böyük şirkətlərin yaranmasına xidmət göstərir, ancaq, eyni zamanda, böyük şirkət istər-istəməz inhisarçıya çevrilir, bəzi hallarda öz maraqlarının təmin olunması üçün qəbuledilməz addımlar atır. Belə olan halda inhisarçılığa qarşı mübarizə həm idxalda, həm daxili istehsalda daha da güclü olmalıdır və elə etməliyik ki, xoşagəlməz hallara yol verilməsin”.
Göründüyü kimi, istehlak bazarında süni inhisarçılıq meyilləri aradan qaldırıldığı halda qiymətlərin ucuz olması labüddür. Hökumətin məqsədi də bundan ibarətdir ki, bazarda azad rəqabət olsun, ədalətli qiymət siyasəti təmin edilsin. Belə olduğu halda azad bazar münasibətləri daha da güclənəcək və bundan hər bir vətəndaş mühüm fayda görmüş olacaq.
Xəbər lenti
Hamısına baxGündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

