İran hadisənin mahiyyətini təhrif etməyə çalışır
29.01.2023 [13:23]
Rəsmi Tehran bu yolla məsuliyyəti üzərindən atmaq, "iz azdırmaq" istəyir…
"İran tərəfinin yaydığı yalan məlumatlar xüsusi xidmət orqanları ilə bağlı olan terrorçunun hədəfdən yayındırılması məqsədi güdür"
Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu ilə bağlı rəsmi Tehranın yaratmağa çalışdığı mənzərə aydın deyil. Belə ki, “Kalaşnikov” avtomatı ilə silahlanan və terror aktını yerinə yetirən İran vətəndaşı Yasin Hüseynzadənin törətdiyi əməl ilə bağlı ilkin versiya "şəxsi zəmin"ə istiqamələndirilib. Hadisədən bir qədər sonra terrorçu saxlanılıb. Maraqlı məqam isə bundan sonra baş verib - terrorçu İran telekanallarına müsahibə verib və məsələnin şəxsi zəmində baş verdiyini "izah edib". Bunu əks etdirən görüntülər də yayılıb.
Görünən budur ki, İran tərəfi məsələni məişət hadisəsi səviyyəsinə endirmək niyyətindədir. Halbuki məsələ siyasidir, terror hadisəsidir. Çünki İranın aylardır ki, davam edən qeyri-konstruktiv davranışları, işğalçı Ermənistanın açıq şəkildə dəstəklənməsi bu terror hadisəsinin məğzini də ortaya qoyur – İran dövləti isə bunun qarşılığında diqqəti yayındırmaq üçün məhz məişət hadisəsini "istinadgah" kimi seçib.
Təbii ki, baş verən hadisə araşdırılmalıdır. Amma ilkin nöqtədən yalan və əsassız istiqamətə yönləndirilən bir "araşdırma" nə Azərbaycan xalqını, ictimaiyyətini, nə də dövlətini razı salmayacaq. Məsələyə beynəlxalq müstəvidə qiymət verilməkdədir – demək olar ki, bütün beynəlxalq təşkilatlar, dünya ölkələri baş verənləri pisləyən bəyanatlar yaymaqdadırldar. Eyni zamanda, Güney azərbaycanlıları buna susmamalidir. İran hakimiyyətinin bu terror aktını düzgün araşdırması üçün bütün vasitələrdən istifadə edilməlidir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib ki, Azərbaycan səfəriliyinə edilən terror hücumuna görə məsuliyyət bilavasitə İranın üzərinə düşür. Azərbaycan cəmiyyəti bu hadisəni qəti şəkildə pisləyir. Millət vəkili deyib ki, İranın ali rəhbərliyi Azərbaycan xalqından üzr istəməlidir: "Vynana Konvensiyasında göstərilir ki, diplomatların və diplomatik korpusların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsuliyyət birbaşa yerləşdiyi ölkənin üzərinə düşür. Vyana Konvensiyasının müddəaları kobud şəkildə pozulub. Hadisə ciddi şəkildə araşdırılmalı və cinayətkar, onun arxasında dayananlar öz cəzasını almalıdır. Azərbaycan dövləti məsələnin obyektiv araşdırılmasını gözləyir. Lakin buna ümid çox azdır. İndiki halda məsələnin məişət zəminində təqdim edilməsi də bunu təsdiqləyir. Eyni zamanda, İran həmişə terrora dəstək verən ölkə kimi tanınır. İranda səfirliklərə, diplomatik nümayəndəliklərə, həmçinin xarici vətəndaşlara qarşı hücumların olması ilə bağlı çoxsaylı faktlar mövcuddur. Ona görə də səfirliyimizə qarşı törədilən terror hadisəsinin obyektiv araşdırılmasına böyük şübhələr var. Yayılan məlmatlardan da görünür ki, hadisəni törədən Yasin Hüseynzadə İran vətəndaşıdır və o, İranın xüsusi xidmət orqanları, xüsusilə də SEPAH-la əlaqəli olan bir şəxsdir".
Millət vəkili vurğulayıb ki, yayılan videogörüntülərdən də görünür ki, İran polisi terror hücumun qarşısını almaq üçün heç bir cəhd göstərməyib və hazırda da hər hansı bir operativ addımların atılması müşahidə olunmur. "İran tərəfi hadisənin məsuliyyətini üzərindən atmaq üçün hadisənin mahiyyətini təhrif etməyə çalışır. Guya ki, bu hadisə məişət zəminində baş verib. İran tərəfi terrorçunun həmin əraziyə uşaqla gəlməsi və s. kimi yalan məlumatlar yayır. Bütün bunlar yalandır və İran xüsusi xidmət orqanları ilə bağlı olan terrorçunun hədəfdən yayındırılması məqsədi güdür. Cinayətkar mütləq öz cəzasını almalıdır”, - deyə S.Hüseynova əlavə edib.
SADIQ
Xəbər lenti
Hamısına baxDünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49

