Çindən nicat uman İran
16.02.2023 [10:54]
Havada qalan 400 milyardlıq saziş
İran prezidenti İbrahim Rəisi fevralın 14-də ölkəsinin Mərkəzi Bankının rəhbəri, ticarət, iqtisadiyyat və neft nazirlərinin də daxil olduğu nümayəndə heyətinin müşayiəti ilə Çinə üçgünlük səfərə gedib. Rəisi Pekində çinli həmkarı Si Cinpin ilə “bir sıra mühüm məsələlər barədə” danışıqlar apararaq birgə əməkdaşlıq haqqında sənədlər imzalayıb.
İranın Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, İran və Çin rəsmiləri arasında müzakirələr 2021-ci ildə imzalanmış 25 illik strateji razılaşma əsasında aparılıb. Xatırladaq ki, Tehran və Pekin arasında 400 milyard dollarlıq müqavilə 2021-ci il martın 27-də Tehranda imzalanmışdı. İran rəsmiləri bu sazişi “iki ölkə arasında əməkdaşlıq üçün ortaq yolu və uzunmüddətli üfüqləri göstərən yol xəritəsi” adlandırırdı. Tehran hökumətinin məlumatına görə, İran-Çin iqtisadi və ticarət əlaqələri ötən il 43% artıb. Çin İranın həm çoxillik ixrac məkanı, həm də ikinci idxal mənbəyi olub.
Tehran hökumətinin ticarət dövriyyəsinin artımı haqda yaydığı xəbərlərə baxmayaraq, İran mediasında 2022-ci ilin ortalarından etibarən ölkədə ümumi ticarət həcminin azalması barədə məlumatlar dərc edilir.
“Səndən sənə şikayətim var” və ya siyasət molla işi deyil
İranın keçmiş prezidenti Məhəmməd Hatəminin hakimiyyəti dövründə Çində dörd il səfir vəzifəsində çalışmış Məhəmmədhüseyn Malik molla hakimiyyətini sərt tənqid edib. Diplomat bildirib ki, Tehranın Pekinlə bağladığı və az qala əsrin müqaviləsi kimi təqdim etmək istədiyi 25 illik Hərtərəfli Strateji Tərəfdaşlıq sazişi heç bir dəyəri olmayan, üstəlik, hər hansı müddəası praktiki olaraq reallaşmayan əhəmiyyətsiz bir sənəddir.
İran-Çin münasibətləri Çin lideri Si Cinpinin dekabr ayında Səudiyyə Ərəbistanına səfərinə görə daha da gərginləşmişdi. Həmin görüşdə tərəflər “İranın nüvə proqramının dinc xarakter daşımasını təmin etmək üçün əməkdaşlığın gücləndirilməsinin zəruriliyi haqqında” razılığa gəlmiş və Tehranı Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığa çağırmışdılar. Çin və Səudiyyənin İrana xitab etdikləri razılaşmada “nüvə silahının yayılmasını dəstəkləməmək”, “mehriban qonşuluq siyasəti və dövlətlərin daxili işlərinə qarışmamaq” kimi prinsiplər öz əksini tapmışdı.
Bundan başqa, Çin və Körfəz Əməkdaşlıq Şurasının birgə bəyanatında Birləşmiş Ərəb Əmirliklərinin üç adası olan Böyük Tunbe, Kiçik Tunbe və Əbu Musa ilə bağlı “mübahisənin həll edilməsi” tələbi də qoyulmuşdu. İrana qarşı yönələn bu tələb rəsmi Tehranı xüsusilə qəzəbləndirmişdi.
O zaman Tehran məsələyə belə bir absurd reaksiya vermişdi: “İran İslam Respublikası heç bir ölkənin ərazi bütövlüyünü pozmağa icazə verməyəcək”. Aydın məsələdir ki, Tehran rejimi bu sözləri Pekinə ünvanlamışdı. İran ictimaiyyəti isə hakim rejimi zəif siyasət yürütməkdə suçlayır, müttəfiq Çinin onlara deyil, BƏƏ-yə tərəfdar çıxmasını mollaların səriştəsiz xarici siyasəti ilə əlaqələndirirdi.
Pərdəarxası məqamlar
Bütün bunlara görə düşünmək olardı ki, Rəisinin Çinə indiki səfəri, ümumilikdə, ökələr arasındakı soyuq münasibətləri yumşaltmaq, 25 illik sazişdə nəzərdə tutulan 400 milyardlıq ticarət dövriyyəsini işə salmaq məqsədi güdür. Lakin məsələ təkcə bundan ibarət deyil. Unutmaq olmaz ki, hər iki ölkə Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı mövqeyi üzündən Qərb dövlətlərinin təzyiqi altındadır. Rusiya işğal faktına görə beynəlxalq səviyyədə daha da təcrid olunduqdan sonra İran Rusiyanın azsaylı müttəfiqlərindən biri kimi qalmaqda davam edir. Çin isə strateji müttəfiqi Rusiyaya diplomatik dəstək verməklə yanaşı, özünü həm də neytral ölkə kimi göstərməyə çalışır. Bütün sadalanan məqamlar bu və ya digər səviyyədə təcrid və təzyiqlərlə üzləşən hər üç dövləti Qərbə qarşı birləşməyə sövq edir.
Digər versiyaya görə, İranın Çinlə yaxınlaşmaq cəhdini modern texnologiya və son model silahlardan kənarda qalmış Rusiyanın sifarişi və arzusu da saymaq olar. Kremlin göstərişi ilə oturub-duran İran hakimiyyətinin Moskvadan müvafiq əmrlər alması və Çinlə gizli sövdələşmədə vasitəçi rolunda çıxış etməsi tamamilə mümkündür.
Xatırladaq ki, Rəisi və Si Cinpin sonuncu dəfə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Özbəkistanda keçirilən sammiti çərçivəsində Çinin dəstəyi ilə İranın alyansa üzv olduğu zaman görüşmüşdülər. İran uranla oynamağa davam edir
İranın dövlət mediası isə nəzərləri əsas məqamlardan yayındırmaqla məşğuldur. Rəsmi qəzetlərin dərc etdiyi məlumata görə, Rəisinin üç günlük səfəri 25 illik strateji razılaşmanı qüvvəyə mindirəcək mexanizmləri tam işə salaraq yekunlaşdırmağı nəzərdə tutur. “İran və Çin arasında indiyədək kağız üzərində qalan sazişin həyata keçirilməsi üçün hazır mexanizmlərimiz var. Bu səfər zamanı həmin sazişdən irəli gələn məsələlərin reallaşdırılması müzakirə olunub”, - deyə Tehran XİN-dən bildirilib.
Bəzi ekspertlərin fikrincə, İran prezidentinin Pekinə səfəri Beynəlxalq Atom Enerjisi Agentliyi ilə danışıqlar aparmaq məqsədi güdür, yəni, Tehran bu məsələdə Çinin vasitəçiliyindən istifadə etmək niyyətindədir.
Xalqdan reaksiya: “Rəisi ölkəni satır”
İran ictimaiyyəti isə öz növbəsində İbrahim Rəisinin bu səfərini tənqid atəşinə tutub. Bloggerlər, ictimai fəallar, sadə vətəndaşlar sosial media hesablarında prezidentin Çinə səfərindən narazılıqlarını ifadə etməkdədirlər. İran vətəndaşları Çin Xalq Respublikası ilə 25 illik əməkdaşlıq sazişinə və Rusiya Federasiyası ilə təklif olunan 20 illik müqaviləyə etirazlarını bu şəkildə ifadə ediblər: “Tehran rejimi ölkəni Çin və Rusiyaya satır”.
Çinin seçimi: İran, yoxsa körfəz ölkələri?
Aydındır ki, Tehranın nüvə proqramı ilə bağlı ABŞ və Avropa ilə apardığı danışıqlar nəticəsiz qalıb. Üstəlik, ABŞ-ın qoyduğu sanksiyaların hələ də qüvvədə qalması səbəbindən İranın öz iqtisadi layihələrini daha çox Asiya ölkələrinə, xüsusilə də Çinə etibar etməkdən başqa çıxış yolu qalmır. Diqqətçəkən məqam burasıdır ki, Pekin indiyədək müttəfiqi sayılan İrana qarşı ABŞ-ın tətbiq etdiyi sanksiyalara heç vaxt etiraz etməyib. Üstəlik, Çin İranla arası sərin olan körfəz ölkələri və İsraillə sıx əlaqə saxlayır.
Görünən budur ki, beynəlxalq aləmdən təcrid olunan molla rejimi Çinin timsalında özünə yoldaş, müttəfiq axtarışına çıxıb. Çin, Rusiya, Ermənistan kimi dövlətlərlə strateji əlaqələri genişləndirmək niyyətində olan Tehran rejimi regionda nüfuz sahibi olan Azərbaycan və Türkiyə faktorunu hələ ki, görməzliyə vurmaq mövqeyi tutur.
Çinli həmkarı ilə danışıqlarında Rəisi Güney Azərbaycan və Uyğur türkləri ilə bağlı nüanslara da toxunmamış deyil. Güman ki, o bu məsələdə də İranın Çinlə uzlaşan maraqlarından bəhs edib.
Bütün hallarda Tehran hakimiyyətinin təlaş içində olması, yaxın qonşularına güvənməməsi, Uzaq Şərqdən siyasi həmdəm axtarması molla rejiminin nə qədər gərgin və başını itirmiş vəziyyətdə olduğunu göstərir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

