Heydər Əliyevin təşəbbüsü ilə...
24.02.2023 [09:56]
29 il əvvəl Parlament Xocalı soyqırımını tanıdı
“Bu gün mən Milli Məclisə təklif verdim...”
Milli Məclisin 24 fevral 1994-cü il 791 №-li qərarı:
1. 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da; “Xocalı soyqırımı günü” elan olunsun və bu barədə beynəlxalq təşkilatlara məlumat verilsin.
2. Xocalı hadisələri barəsində həqiqətin dünya xalqlarına çatdırılması və “Xocalı soyqırımı günü”nün beynəlxalq miqyasda keçirilməsi üçün dünya azərbaycanlılarına müraciət edilsin.
Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə gətirildiyi gündən daxili sabitliyin təmin olunması, siyasi, iqtisadi tənəzzülün qarşısının alınması istiqamətində böyük işlərə imza atmağa başladı. Onun çoxşaxəli hərbi və siyasi uğurlarının nəticəsi kimi 1994-cü ildə atəşkəsə nail olundu. Beləliklə, Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsinə tamam başqa bir rakursdan baxıldı. Xocalı soyqırımı Azərbaycanın ictimai-siyasi fikir tarixində əsas yerlərdən birini tutmalı, bundan sonra dövlətin həm daxili, həm də xarici siyasətində Xocalı soyqırımı, onun obyektiv şəkildə bəyan olunması, tanınması ön plana keçməli, bu yolda əməli addımlar atılmalı idi. Təəssüf ki, Azərbaycanın başının daxili işlərə qarışdığı, yenicə irəliləyişə doğru addımladığı bir vaxtda xaricdəki imkanlarından istifadə edən ermənilər dünya birliyinə Xocalı soyqırımı haqqında təhrif olunmuş məlumatlar çatdırmağa çalışmış və buna müəyyən mənada müvəffəq olmuşdular.
Ümummilli lider Xocalı soyqırımının tanınmasının əsas səbəbkarı, təşəbbüskarı olub. Hələ Prezident səlahiyyətlərini həyata keçirərkən Ali Sovetin Sədri Heydər Əliyev erməni təcavüzünün qarşısının alınması məqsədilə təcili tədbirlər görülməsi üçün BMT Təhlükəsizlik Şurasının dərhal çağırılması xahişilə Təhlükəsizlik Şurasının sədrinə 26 iyul 1993-cü il tarixli yazılı müraciət etmişdi. Nəhayət, Heydər ıƏliyevin təşəbbüsü öz nəticəsini verdi. 1994-cü il 24 fevralda Milli Məclisin qərarı ilə hər il fevralın 26-sı “Xocalı soyqırımı günü” kimi yad olunmağa başladı və bu barədə beynəlxalq təşkilatlara məlumat verildi. Bu məsələ ilə əlaqədar parlamentin xüsusi bəyanat və müraciətləri qəbul edildi, beynəlxalq təşkilatlardan, dünya ölkələrinin parlamentlərindən və hökumətlərindən Xocalı soyqırımının tanınması və pislənməsi, gələcəkdə bu cür cinayətlərin cəzasız qalmasının qarşısını almaqdan ötrü təsirli beynəlxalq hüquq mexanizmlərinin yaradılması işinin tezliklə başa çatdırılması xahiş edildi.
Həmin gün Milli Məclis bütün dünya azərbaycanlılarına müraciət də ünvanlayıb. Bu müraciət ilə ümumi Vətənimiz Azərbaycana bağlı olan hər bir soydaşımız, yurddaşımız və həmvətənimiz fevralın 26-nı “Xocalı soyqırımı günü” kimi keçirməyə çağrılıb. Müraciətdə bildirilib ki, bütün dünya azərbaycanlıları onun bu çağırışına qoşulacaq, ermənilərin törətdiyi təcavüzkar işğalçılıq müharibəsində xalqımızın başına gətirilən müsibətləri yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırmaq üçün imkanını əsirgəməyəcək və bununla da Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda mübarizəmizə qoşulacaqlar.
Beləliklə, Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilmiş oldu. Eləcə də, Ümummilli Liderin təşəbbüsü ilə əsrin bu böyük faciəsi dövlət tərəfindən öz qiymətini aldı. Bir il sonra - 1995-ci il 24 fevralda Milli Məclisin dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciəti oldu.
Xocalı soyqırımına siyasi qiymətin verilməsi göründüyü kimi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu haqda öz fikrini Heydər Əliyev belə ifadə etmişdi: “...1994-cü il 26 fevral ərəfəsində mən Milli Məclisə təklif verdim. Milli Məclis qərar qəbul etdi və Xocalı soyqırımı Xocalı faciəsi günü elan olundu. Bu gün bizim tariximizdə, bizim təqvimimizdə matəm günüdür, hüzn günüdür. Bunu biz qanunla qəbul etdik....”.
Günel ABBASOVA
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

