Dərman kod adlı “ağ ölüm” ticarəti...
02.03.2023 [11:23]
Din pərdəsi altında gizlənən molla rejimi əsas “zəhər stansiyası”dır
1979-cu ildə İranda molla rejiminin hakimiyyətə gəlişinin ardından bütün sahələrə nəzarət vahid əldə birləşdirildi. Pəhləvilərin Qərblə münasibətlərinin üzərindən “xətt” çəkdiklərini elan edən molla rejimi yeni idarəçilikdə Qərbin nüfuz etdiyi, hətta qərbli şirkətlərlə əməkdaşlıq olunan bütün sahələrdən imtina olunacağını bəyan etdi. Üzdə bunu “İslam” amili ilə əlaqələndirən rejim nümayəndələri nədənsə bəzi məsələlərdə “unutqanlıqlara” yol verirdilər. Məsələn, İranın ən böyük silahlı qüvvəsi olan SEPAH-ın ölkədə bütün sahələrə nüfuz etməsi artıq demək olar ki, qanuniləşdirilirdi. Maraqlıdır ki, sadəcə, qoşun hissəsi kimi assosiasiya olunan SEPAH, başqa adla İran İslam İnqilabı Keşikçiləri Korpusu həm də ölkənin ən böyük bank sistemini əlində saxlayacaqdı. Məhz bunun nəticəsi imiş ki, son illərdə “milyardlarla dollarlıq iş imperiyası”na çevrilən SEPAH İran Milli Neft Şirkəti və İmam Rıza Fondundan sonra İranın üçüncü ən varlı təşkilatı sayılırdı. Amma bu bankın da xarici ölkələrlə pul silinməsi əməliyyatı apardığı haqda yüzlərlə məlumatlar dolaşır...
Bu üzdə olanlar idi - başqa sözlə, mollaların Pəhləvi dövlətinin bütün iqtisadi münasibətlərini “refreş” etmək arzusundan qaynaqlanırdı. Eyni zamanda, şah hökumətinin dövlət gəlirlərinin kölgədə saxlanan hissənin də nəzarətə keçirilməsinə şərait yaradırdı. Amma... Bəzi sahələrdəki “əlaqələr” nəinki saxlanıldı, hətta daha yüksək səviyyədə inkişaf etdirildi. Bu, sahə sonradan İran üçün spesifik bir sahə kimi xarakterizə olundu - İranı dünyada “şöhrətləndirən” nəsnələrdən birinə çevrildi... Bu narkoticarət idi.
Opiatların təxminən 35-40 faizi İrandan paylanır...
Aparılan araşdırmalar onu göstərir ki, molla rejiminin hakimiyyətdə olduğu 44 il ərzində narkoticarət İranın əsas “ixrac potensialı” səbətində aktiv təmsilçiliyə malik olub və olmaqda da davam edir. Din pərdəsi altında gizlənən rejim dünyanı ağ ölümlə zəhərləyən əsas stansiyalardan sayılır. Bunu rəqəmlər də təsdiqləyir. Qlobal narkotrafikin şah damarı sayılan marşurutun ən mühüm ünvanlarından biri olan İran uzun illərdir ki, narkotrafikin şaxələndirilməsi prosesini də öz üzərinə götürüb. Başqa sözlə, artıq narkotacirlər məhz bu ünvandan “dağıtım məntəqəsi” kimi istifadə edirlər. Əfqanıstandan başlayaraq Cənub-Şərqi Avropayadək, oradan isə Qərbi Avropaya uzanan bu xətt üzərində əsas keçid nöqtəsi İran hesab edilir. Bu, müxtəlif beynəlxalq təşkilatların apardığı təhlillər, eləcə də marşrut üzərində yerləşən ölkələrin aidiyyatı orqanlarının araşdırmaları nəticəsində gəlinən nəticədir. Həmçinin İran İslam Respublikasının müvafiq orqanlarının açıqladığı rəsmi statistik məlumatlar da bunu təsdiqləyir.
Məsələn, Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətlər Bürosunun (United Nations Office on Drugs and Crime) ən son 2018-ci ildə yayımladığı illik hesabatına əsasən, Əfqanıstanda istehsal olunan bütün növ opiatların təxminən 35-40%-ı İran üzərindən keçirilərək dünyanın müxtəlif məntəqələrinə çatdırılır. Bundan başqa adı çəkilən qurumun hazırladığı digər hesabatda isə, İranda dövlət orqanları tərəfindən ələ keçirilən narkotik vasitələrin 40%-ə yaxınının ölkə daxilində qaldığı vurğulanır. Nəticədə İranın narkomanları və SEPAH qruplaşması rejimi gəlirlə təmin edərək ona daxili siyasi stabillik vermiş olur.
Tehranın narkotikdən qazancı illik 50 milyardı ötür...
Beynəlxalq hesabatlara görə İran narkotik ticarətini bir neçə əsas koridor üzərindən aparır: Əfqanıstandan gətirilən narkotik İranın Zahidan və Xorasan şəhərlərində toplanılır. Buradan isə İrandakı 75 minə yaxın narkotacir vasitəsilə dünyanın müxtəlif ölkələrinə daşınır. Narkokuryerlər bu koridorlarla daşınılan narkotikdən il ərzində 5 milyard dollardan artıq qazanc əldə edirlər. İranın bu trafikdən qazandığı məbləğ isə 50 milyard dollardır. Həmin koridorlar təxminən belə qruplaşdırılır:
- İran-İraq-Suriya-Livan-Cənubi Avropa;
- İran-Ermənistan-Şərqi Avropa;
- İran- İraq-Avropa;
Ermənistanın Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlaması daha böyük ölçüdə İranın “işinə yarayıb”. Belə ki, bu ərazilərdən ümumiyyətlə, istifadə etməyən separatçılar və Ermənistan dövləti də İranın narkoticarətindən bəhrələnirmiş. Həmin ərazilər nəzarətdə olmadığı üçün həm tranzit, həm də narkoplantasiyalar kimi İran üçün gərəkli idi. Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı qələbə ilə İranın bu işini də “əngəllədi”. Məhz İkinci Qarabağ savaşından sonra İranın Azərbaycana olan laqeyd münasibətinin kin və nifrətlə əvəz olunması da buna söykənir. Cənub sərhədlərimizin bərpa olunmasını həzm edə bilməyən İranın Azərbaycana olan “qəzəbinin” artması böyük narkoticarət tranzitinin və plantasiyasının əldən çıxmasından qaynaqlanırdı.
“Dərman komuflyajı”, yoxsa sintetik narkotikə keçid...
Maraqlıdır ki, İran son illərdə bu ixrac biznesini də əksər hallarda “dərman alveri” adı ilə komuflyaj etməyə çalışıb. Bunun isə bir neçə səbəbi var:
- İran artıq sintetik narkotiklərin yayılmasına üstünlük verir;
- Dərman adı altında, ən əsası isə “humanitar” kodla göndərilən yüklərə nəzarət daha loyal şəkildə həyata keçirilir.
Bəli, İran artıq ənənəvi narkotikdən yeni narkotikə keçidi təmin edib - qiymətlərinin aşağı olması səbəbi ilə dünyada sürətlə yayılan sintetik tərkibli narkotikin, yəni, “metamfetamin”-in əsas paylanma mərkəzinə çevrilib. 2019-cu ildə İran İslam Respublikasının hakimiyyət orqanları ölkənin metamfetamin bazarının böyük hissəsinin əfqan qaçaqmalçıları tərəfindən ələ keçirildiyini və İran ərazisindən digər bazarlara çıxmaq üçün tranzit olaraq istifadə edildiyini bildirmişdi. Nəticədə İran xarici bazarlara daşınması üçün mühüm metamfetamin mərkəzi hesab olunur. Azərbaycanda da son illərdə istifadəsi sürətlə yayılan bu sintetik narkotik vasitə ilk dəfə məhz İranlı narkotacirlər vasitəsi ilə ölkəyə ayaq açdı. Bu vasitələrin əksər hallarda dərman adı altında ölkəyə gətirilməsinə çalışılırdı. Bunun üçün həm hava, həm də quru yollarından istifadə etməyə çalışanlar isə Azərbaycanın müvafiq strukturlarının keçirdikləri əməliyyatlarla ifşa edilib. Aşkar edilən dərman preparatları arasında Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin 3-cü siyahısına aid “Alprozolam”, “Oxazepam”, “Clonezepam”, “Alprokim” adlı dərmanvasitələrinin də olduğu müəyyənləşdirilib. Eyni zamanda, bu “dərmanlar” arasında Hindistan və İran istehsalı olan “Veltram-200”, “Alltram-200”, “Tramagelzik”, “Metadone-20”, “Metadone-40” markalı “konvolüt” tipli dərman preparatları da üstünlük təşkil edir.
Metadon İrana daha çox pul qazandırır...
Qeyd edək ki, metadon opioid analjezik qrupunun bir hissəsi olan olduqca güclü bir sintetik dərmandır. Əsas məqsəd şiddətli ağrı sindromunun aradan qaldırılması və heroin asılılığının əvəzedici müalicəsidir. “Dərman” ampulalarda, tabletlərdə, şərbətdə və dərmanlarda həll şəklində mövcuddur. Rusiyada bu dərman dövriyyədən çıxarılıb və güclü narkotik dərmanları siyahısına daxil edilib. Bununla birlikdə, bəzi Avropa ölkələrində, reabilitasiya dövründə narkotik aludəçilərinin müalicəsi üçün narkotik asılılığı sahəsində geniş istifadə olunur. Amma İranın bu “dərman”a üstünlük verməsinin əsas səbəbi isə dərmana bağlılığın heroin və ya kokain istifadəsindən yaranan asılılıqdan bir neçə dəfə güclü olmasıdır. Metadon bağımlılığının müalicəsi digər dərmanlara nisbətən daha çətindir və çox vaxt aparır. Beləliklə də, İran asan şəkildə aludəçisinə çevirdiyi metadon xəstələrini davamlı gəlir mənbəyinə çevirir. Eyni zamanda, metadon istehsalı üçün texnologiya, heroin istehsalı ilə müqayisədə daha sadələşdirilmiş və eyni zamanda, çox ucuzdur. Buna görə daha çox insan metadon bağımlılığından əziyyət çəkəcək ki, İranın əsas məqsədi də budur...
“Dərman əməliyyatı” - xəstəxanalarda yaradılan casus şəbəkələri
Ötən sayımızda dərc olunan materialda da bildirmişdik ki, İran həm də qaranlıq dərman biznesindən özünə casus şəbəkəsi formalaşdırmağa çalışır. Başqa sözlə, Tehran bu kimi vasitələrlə bir sıra ölkələrdən müalicəyə gələn insanları əməkdaşlığa cəlb edir, ondan öz maraqları üçün istifadə edir. Təəssüf ki, İranın dərman biznesinin qurbanları arasında ölkəmizdən oraya gedənlər də tapılıb. Ötən ilin noyabrında İran İslam Respublikası xüsusi xidmət orqanları nümayəndələrinin Azərbaycana qarşı həyata keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması, yaradılmış casus şəbəkəsinin ifşa olunması istiqamətində DTX tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində casus şəbəkəsi ifşa edilib. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı məlumatda bir hissə diqqəti cəlb edir: “Başqa bir araşdırma ilə müəyyən edilib ki, Rəsulov Elnur Akif oğlu 2018-ci ildə müalicə məqsədilə İranda olarkən orada özünü “Meyse” və “Doktor” adları altında təqdim edən bu ölkənin xüsusi xidmət orqanı nümayəndələri ilə məxfi əməkdaşlıq barədə sövdələşib. Elnur Rəsulov əvvəlcə bilavasitə, daha sonra məxfi əməkdaşlığa cəlb etdiyi qohumu Rəsulov Arif Əmrah oğlu ilə birlikdə müxtəlif məbləğlərdə ödəniş qarşılığında verilən tapşırıqları icra edərək Bakı şəhəri Qaradağ rayonunda neft və qaz boru kəmərlərinin keçdiyi ərazilərin, hava limanlarında saxlanılan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinə aid pilotsuz uçuş aparatlarının, tankların və müxtəlif hərbi avadanlıqların olduğu ərazinin, Bakı şəhərində “Texnofest” Aviasiya, Kosmik və Texnologiya festivalında nümayiş etdirilmiş texnikaların, Bakıda, həmçinin Salyan və Füzuli rayonlarında yerləşən strateji və hərbi obyektlərin, zenit-raket komplekslərinin, eləcə də digər radar-nəzarət qurğularının fotoşəkillərini və videoçəkilişlərini vatsap ani mesajlaşma sistemi vasitəsilə xüsusi xidmət orqanının nümayəndəsinə göndərib”.
Bu fakt İranın “dərman” komuflyajı altında apardığı naqis siyasətin növbəti isbatıdır.
MƏNSUR
Xəbər lenti
Hamısına baxAnalitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51

