Vergi ekspertlərinin 7-ci illik Avrasiya seminarı başa çatıb
04.06.2011 [09:14]
Dünən Bakıda Beynəlxalq Vergi və İnvestisiya Mərkəzinin (İTİC) Vergi ekspertlərinin 7-ci illik Avrasiya seminarı öz işini davam etdirib. Seminar iştirakçıları öncə Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində “bir pəncərə” sisteminin fəaliyyəti ilə yaxından tanış olublar. Qonaqlara sistemin iş prinsipləri izah olunub. Qeyd edilib ki, onun tətbiqində hökumətin əldə etdiyi nailiyyətlər bir çox MDB ölkələri üçün oxşar qanunverici və institusional çərçivənin yaradılması üçün bir nümunə olub. “Bir pəncərə” sisteminin tətbiqi Azərbaycanda elektron hökumət layihəsinin başlanğıc nöqtəsi olub.
Tədbir öncəsi jurnalistlərə açıqlama verən vergilər nazirinin müavini Sahib Ələkbərov deyib ki, Beynəlxalq Vergi və İnvestisiya Mərkəzinin Vergi ekspertlərinin Bakıda keçirilən 7-ci illik Avrasiya seminarı iqtisadi blokun üzvləri üçün çox mühüm bir hadisədir: “çünki bu kifayət qədər nüfuzlu bir təşkilatdır. Və dünyada iqtisadi sahədə, ümumiyyətlə, vergi sahəsində, vergi inzibatçılığında olan bütün qabaqcıl təcrübəni özündə toplayaraq, yaymağa çalışır. Hesab edirəm ki, tədbir çox maraqlı keçir. Seminarın ilk günü Azərbaycan tərəfindən Maliyyə, İqtisadi İnkişaf və Vergilər nazirliklərinin çox maraqlı təqdimatları oldu. Bu gün də bu təqdimatlar davam edəcək”.
Sahib Ələkbərovun sözlərinə görə, qonaqları Azərbaycan təcrübəsindən ən çox maraqlandıran vergi ödəciyilərinə xidmət göstərilməsi ilə bağlı məsələlərdir: “ölkəmizdə vergi ödəyicilərinə xidmət terminallarının fəaliyyəti onlarda xüsusi maraq doğurdu. İkinci bir məsələ, əlavə dəyər vergisinin ödənilməsi və bu işin təşkili ilə bağlı olan məsələlərdir. Qonaqlar bizdən xahiş etdilər ki, bu məsələ ilə bağlı əlavə bir təqdimat da hazırlayaq. ümumiyyətlə, hesab edirəm ki, bu, həm Azərbaycan tərəfi, həm də tədbirdə iştirak edən bütün tərəflər üçün olduqca maraqlı və faydalı bir seminardır”.
Sonra vergi ekspertlərinin 7-ci illik Avrasiya seminarı öz fəaliyyətini müzakirələrlə davam etdirib. Vergilər nazirinin müavini Sahib Ələkbərov tədbir iştirakçılarını salamlayaraq, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonrakı 20 il ərzində qazandığı uğurlardan danışıb. Nazir müavini, eyni zamanda, vergi sistemində aparılan islahatlar barədə seminar iştirakçılarına məlumat verib. O, qeyd edib ki, son illər sahibkarlığın inkişaf etdirilməsi və biznes mühitinin yaxşılaşdırılması istiqamətində ölkə başçısının göstərişlərinə uyğun olaraq ciddi addımlar atılıb, vergi yükü aşağı salınıb, vergi inzibatçılığının ümumavropa standartlarına uyğunlaşdırılması, vergi orqanlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının son nailiyyətlərindən geniş istifadə olunması istiqamətində diqqətəlayiq nəticələr əldə olunub.
Avropa Vergi Administrasiyaları Təşkilatının icraçı katibi Marek Velinçik də vergi siyasəti ilə bağlı ölkəmizdə həyata keçirilən islahatları yüksək dəyərləndirib: “Seminarın mövzu və məzmunu bizə yaxşı təsir bağışlayıb. Hesab edirik ki, Azərbaycanın vergi administrasiyası müasirdir. Bu sahədə aparılan islahatlar düzgün istiqamətdə gedir. Azərbaycanın vergi administrasiyası regionda ən yaxşılardan biridir və hətta Qərb ölkələrinin Azərbaycanda öyrənə biləcəyi sahələr var”.
Qonaq əlavə edib ki, Azərbaycanın vergi sistemində olan nailiyyətlər heyranedicidir.
Sonra qlobal iqtisadiyyata inteqrasiyanın gömrük tərəfdaşlığı aspektləri, vergi auditi və mübahisələrin həlli istiqamətində görülən işlər, maliyyə mərkəzlərinin yaradılmasının vergi aspektləri mövzusunda təqdimatlar keçirilib.
Seminarda vergi siyasətinə dair müxtəlif məsələlərin, xüsusən investorların dövlətdəki maraqlarının balanslaşdırılması üçün həyata keçirilən vergi siyasəti, vergi auditi, maliyyə sahəsində regional strukturların fəaliyyəti və s. məsələlər ətrafında müzakirələr aparılıb.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31

