Beyinlər necə yuyulur?
03.05.2023 [10:15]
Ermənilərdən çox ermənilik edənlər
Mübariz ABDULLAYEV
Kanadada yaşayan azərbaycanlı İlkin Qəmbərin ermənilərin saxtakarlıqla yazdıqları tarixin, uydurduqları yenə də saxta “erməni soyqırımı”nın təbliğatçısı qismində çıxış etməsi ilə bağlı müzakirələr səngimir. İlkin Qəmbər öz komandası ilə birlikdə 18 dəqiqəlik “Ermənistan Krallığı: Roma ilə Parfiya arasında - Qədim tarix” adlı sənədli film lentə alıb. O, həmçinin aprelin 24-də - qondarma “erməni soyqırımı”nın “ildönümündə” sosial şəbəkə hesabında paylaşım edərək yazıb: “Bu gün erməni soyqırımının ildönümüdür. Bir də olmasın”.
Azərbaycanlı müəllifin tarixin dərin qatlarına baş vuraraq orada erməni izləri axtarması və yaxud “soyqırımına” məruz qalan ermənilərin təəssübünü çəkməsi, əlbəttə ki, suallar doğurur. Hər iki halda İlkin Qəmbərin ermənilərin tarixləri barədə uydurduqları yalanların labirintində azdığı, hətta milli kimliyini belə unutduğu ortadadır.
Bəs İlkin Qəmbərin azərbaycanlılara qarşı açıq və yaxud gizli şəkildə düşmənçilik siyasəti aparan, zaman-zaman soydaşlarımızı indiki Ermənistan ərazisindən deportasiyalara məruz qoyan, bir neçə dəfə soyqırımı törədən, yaxın tarixdə Xocalı şəhərini yerlə-yeksan edən ermənilərin “kədərinə” göz yaşları axıtmasıına səbəb nədir? İlkin Qəmbəri ermənilərin miflər üzərində uydurduqları tarixdən və coğrafiyadan ruhlanmasında hansı amillərin təsirləri olub, görəsən?
Geniş müzakirələrə yol açan bu kimi sualların cavabında müxtəlif versiyalar səsləndirilir. İlk günlərdə nəzərlər həm də erməni sevdalısı olan “qəhrəmanın” ailəsinə, xüsusən də onun atasına - uzun illər ərzində ölkəmizdə müxalifət düşərgəsini təmsil etmiş İsa Qəmbərə dikilmişdi. Atanın oğulun hərəkətlərinin və ifadə etdiyi fikirlərin məsuliyyətini bölüşüb-bölüşmədiyi ilə bağlı müzakirələr aparmağa lüzum görmürük. Bu, tamamilə fərdi, identik bir məsələdir. İsa Qəmbərin özü oğlunun çəkdiyi filmə və sosial şəbəkə üzərindən etdiyi “erməni soyqırımı” paylaşımına münasibət bildirib. Oğlu ilə 7-8 ildir görüşmədiyini, üz-üzə danışa bilmədiyini deyən İsa Qəmbər vurğulayıb: “İlkinin 40-a yaxın yaşı var, yetkin insandır. Öz qərarlarına, öz addımlarına görə məsuliyyət daşıyır”.
Əsas sualımıza qayıdırıq: Bəs onda İlkin Qəmbər hansı təsirlər altında yalanlara uyaraq erməni təəssübkeşinə çevrilib? Tarixdə uşaqların və gənclərin beyinlərinin yuyularaq onların manqurtlaşdırılmasına aid çoxlu rəvayətlər yaranıb. Bu metoddan xüsusilə monqol istilaları zamanı istifadə olunub. Bu yerdə məşhur qırğız yazıçısı Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanını da xatırlamaq yerinə düşər. Əsərdə iki cür manqurt təsvir olunur: Biri kimlərinsə qabağında öz mənafeyi üçün keçmişini danan yaltaq məmur, digəri isə düşmən tərəfindən böyük işgəncələrlə yaddaşı silinən əsgər. İlkin Qəmbəri hibrid manqurt tipi kimi səciyyələndirmək mümkündür. Onun beynini yuyan amillərə gəldikdə isə, burada marginal radikal müxalifət düşərgəsində yer alan simaların - Əli Kərimlinin, Cəmil Həsənlinin, Sevinc Osmanqızının, Qənimət Zahidin, Tofiq Yaqublunun, İlqar Məmmədovun və digərlərinin zərərli təbliğatlarının təsirlərini xüsusi olaraq qeyd etmək istərdik. Adları çəkilən similar yeri gəldi, gəlmədi Azərbaycanla Ermənistanın müqayisəsini aparaqraq düşmən dövlətə rəğbətlərini ifadə edirlər. Açıq-aşkar görünür ki, xaricdəki erməni lobbisinə bağlı olan azərbaycanafob dairələrdən maddi təminatlar müqabilində milli maraqlarımıza qarşı tezislər alan bəlli simaların zərərli təbliğatı İlkin kimilərinin beynini asanlıqla yuyur.
Faktlara keçək. Özünü radikal düşərgənin “lideri” adlandıran AXCP sədri Əli Kərimlinin Ermənistan və N.Paşinyan “demokratiyasına”, eləcə də bu ölkənin böyük “bacısı” Fransaya sevgisi bitib tükənməzdir. O vaxtaşırı qüsurlu müqayisələr aparaq belə deyir: “Bizimlə düşmən olan ölkə elə seçkilər keçirir ki, onun nəticələri seçki qutularında müəyyənləşir”. Əli Kərimlinin yalan danışdığı, xaricdəki bəlli dairələrə quyruq buladığı ortadadır. N.Paşinyanın seçkilərdən saxtakarlıqla qalib çıxdığını və hakimiyyətini də polis dəyənəyi ilə qoruduğunu Ermənistan cəmiyyətinin özü etiraf edir. Yayılan videolarda hərbiçilərin əvvəlcədən hazırlanmış bülletenləri qutulara atdıqları aydın görünür. Ə.Kərimliyə xatırlatmaq yerinə düşər ki, onun aludə olduğu N. Paşinyan “qazandığı” seçkilər vasitəsilə qardaşı oğlunun, qaynının, dostlarının, həkiminin, hətta bərbərinin belə parlamentdə yer almasına nail olub. Əgər N.Paşinyan siyasi rəqiblərini həbsə aldırmaqla bir-bir sıradan çıxardırsa, İrəvan küçələrində vətəndaşların etirazlarını canlı olaraq yayımlayan özəl televiziya kanalının bağlanmasına nail olursa, day, bunun harası demokratiyadır, ay Əli Kərimli?
Bir qədər bundan əvvəl radikal düşərgə Ermənistanın baş nazirini hakimiyyətə gətirən Qərb dairələrinin sifarişləri əsasında “Hamımız Paşinyanıq”təbliğatına başlamışdı. Bu üzdəniraq kampaniya çərçivəsində xüsusi canfəşanlığı ilə fərqlənən simalaradan biri də Əli Kərimlinin çiyindaşı Cəmil Həsənli idi. Buqələmun kimi cilddən-cildə girən tarixçi alim yaşına və başına məhəl qoymadan belə yazacaqdı: “Nikol Paşinyan çox təmiz adamdır. Paşinyanın ailəsi də çox təmiz ailədir”. Əslində, bu ifadə C.Həsənliyə məxsus deyil. O, sadəcə plagiatlıq edərək N.Paşinyanın qohumlarından birinin ifadə etdiyi bu sözlərin altından öz imzasını qoyub. N.Paşinyanın və ailəsinin “aydan arı, sudan duru” olmasına gəldikdə isə C.Həsənliyə aşağıdakı zəruri xatırlatmaları etmək istərdik: N.Paşinyanın ailəsinin silah, siqaret, qiymətli daş-qaş alveri ilə məşğul olması haqqında Ermənistan mətbuatında işıqlandırılan faktlar indiyədək hakim ailə tərəfindən təkzib olunmayıb. Sən demə, bu ailə əzəldən qaçaqmalçılıqla məşğul olurmuş. Bir neçə gün bundan əvvəl İrəvanda keçirilən beynəlxalq səviyyəli idman yarışmasının açılış mərasimində Azərbaycan Bayrağı təşkilatçılardan biri tərəfindən yandırıldı. Bu, erməni nihilizminin ifadəsidir. Həmin hadisə fonunda Ermənistan KİV-i məlumat yayıldı ki, bayrağımızı yandıran şəxs İkinci Qarabağ müharibəsi zamanı fərarilik edərək orduda xidmətdən yayınıb. Həmin fərarini öz çətiri altına alan və hərbi xidmətdən yayındıran kim olsa yaxşıdır - N.Paşinyanın həyat yoldaşı Anna Akopyan! Elə Azərbaycan Bayrağının yandırılmasının sifarişinin də ondan gəldiyi iddia olunur. Budur, N.Paşinyanın “təmiz” ailəsinin əsl siması.
Okeanın o tayında “lövbər” salan Sevinc Osmanqızını da əsl erməni sevdalısı kimi təqdim edə bilərik. Daha doğrusu, onun özü özünü belə təqdim edir. Azərbaycanın çörək verib böyütdüyü S.Osmanqızı belə deyir: “Kaş bizim prezidentimiz Paşinyan olardı”. S.Osmanqızı kimin, nəyin nostaljisi ilə yaşadığının fərqindədirmi, görəsən? . N.Paşinyan ölkəsini dalana salan, siyasi iradəsi, diplomatik bacarığı olmayan, auditoriyalar qarşısında tez-tez çaşıb gülüş hədəfinə çevrilən, mövqeyini dəyişən, yalanlar danışan bir “liderdir”. Aldığı təlimatlar və paralar Sevinc Osmanqızının gözünü o qədərmi örtüb ki, o, belə bir avantüristi Azərbaycanın rəhbərliyində görmək istəyir?! O Azərbaycanın ki, öz Müzəffər Liderinin rəhbərliyi ilə cəmi 44 gün ərzində Ermənistanı kapitulyasiyaya məcbur etdi.
Anti-Azərbaycan təbliğatının xorunda həmçinin “Real” partiyasının sədri İlqar Məmmədovun da səslənmələri eşidilir. “Real”ın rəhbəri reallıqdan uzaq müqayisələr apararaq təcavüzkar ölkənin guya demokratik islahatlar həyata keçirməsi sayəsində sosial rifahının bizdən yaxşı olmasını, iqtisadiyyatının daha üstün templərlə inkişaf etməsini isbat etməyə xüsusi canfəşanlıq göstərir. Sözsüz ki, İ.Məmmədovun reallıqdan uzaq bu sərsəm müqayisəsi normal iqtisadi məntiqdən çox uzaqdır. Partiya sədri siyasi qərəzə söykəndiyindən bu cür nataraz fikirlər səsləndirir. Məgər İlqar Məmmədov bilmir ki, Ermənistan iqtisadiyyatı, istehsal-sənaye müəssisələri, maliyyə sektoru tamamilə Rusiyanın və İranın nəzarəti altındadır? Ölkə büdcənin 25-30 faizini xarici kreditlər, ianələr hesabına doldurmaq məcburiyyətində qalır. Bu necə iqtisadi inkişafdır ki, insanlara verilən maaş, pensiya, sosial ödəmələrin az qala yarısı xaricdən alınan borc və ianələrlə təmin edilir? Üstəlik, xarici borc hər il artır. İlqar Məmmədovun həsəd apardığı Ermənistanın borcu dövlət büdcəsindən 4 milyard dollar çoxdur. Üstəlik ilin sonunadək borcun 1,2 milyard dollar artacağı gözlənilir.
Ümumiyyətlə, Azərbaycanla Ermənistan arasında hansısa bir istiqamət üzrə müqayisələrin aparılması anormallıqdır ki, bunu da radikal düşərgədə yer alan sapı özümüzdən olanlar edirlər. Onların bu kimi əməllərinin, sərsəm səslənmələrinin bir adı var: Düşmən dəyirmanına su tökmək, ermənilərdən artıq ermənilik etmək. Çox təəssüf ki, bu zərərli təbliğatla İlkin Qəmbər kimi beyinləri yuyulanlar da tapılır.
Xəbər lenti
Hamısına baxDünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19

