/ / "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın hazırlanması ilə bağlı Dövlət Komissiyasının ilk iclası keçirilib
"2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın hazırlanması ilə bağlı Dövlət Komissiyasının ilk iclası keçirilib
15.07.2011 [13:26]
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 11 iyul tarixli Sərəncamına əsasən yaradılmış “2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın hazırlanması ilə bağlı Dövlət Komissiyasının ilk iclası keçirilib.
AzərTAc xəbər verir ki, iclası giriş sözü ilə açan Komissiyanın sədri, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev dövlət başçısının Sərəncamından irəli gələn əsas məqsəd və hədəflərdən bəhs edib. Təhsilin bütün sektorlarında - məktəbəqədər təhsil, ümumi orta məktəb təhsili, ilk və orta peşə-ixtisas təhsili, ali təhsil və onun bütün pillələrində əsaslı islahatların zəruriliyini vurğulayan sədr bildirib ki, qarşıya qoyulan məqsədlərə çatmaq üçün bir neçə mərhələdən ibarət bu iş ilk növbədə düzgün qurulmalıdır. O, eyni zamanda, təhsilin yerli və beynəlxalq ekspertlər tərəfindən aparılan monitorinqinin nəticələrindən dolğun istifadə, beynəlxalq təcrübədən yararlanma və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə cavab verən kadrların hazırlanması məsələlərinə toxunub.
Komissiya sədrinin təklifi ilə Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun rəhbərliyi altında əlaqədar dövlət qurumlarının təmsilçilərinin və tanınmış ekspertlərin daxil olacağı işçi qrupu yaradılıb.
İclasda çıxış edən Komissiya üzvləri ölkədə təhsilin inkişafı üzrə Milli Strategiyanın hazırlanmasına dair qərarı yüksək qiymətləndiriblər və ümumən təhsilin inkişafı, habelə Komissiyanın işi ilə bağlı fikirlərini söyləyiblər. YUNİSEF, Dünya Bankı və digər beynəlxalq təşkilatların köməyi ilə Azərbaycanda məktəbəqədər təhsil və ümumi orta məktəb təhsili sektorlarında başa çatan pilot layihələr barədə məlumat verilib, Milli Strategiyanın hazırlanmasında xarici ölkələrin təcrübəsindən bəhrələnməyin, Azərbaycan təhsilinin vəziyyətinə bələd olan beynəlxalq ekspertlərin bu işə cəlb edilməsinin faydalı olacağı vurğulanıb.
İclasda Azərbaycan təhsilində müasir menecment və maliyyələşmə mexanizmlərinin və innovasiyaların tətbiqinin, Milli Strategiyada elm, təhsil və praktikanın vəhdət şəklində öz əksini tapmasının, sənəd hazırlanarkən orta məktəb məzunlarının uzunmüddətli monitorinqinin nəticələrindən istifadə olunmasının vacibliyi barədə fikirlər səslənib.
İclasa yekun vuran Komissiyanın sədri Ramiz Mehdiyev işçi qrupu qarşısında dayanan məqsədlərə nail olmaq üçün təşkilati və informasiya təminatı ilə bağlı çoxsaylı problemlərin həlli məsələlərinə toxunub.
Komissiyanın iclaslarının hər həftə keçirilməsi qərara alınıb.
Xəbər lenti
Hamısına baxSiyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45

