İkinci tura 4 gün qalır...
24.05.2023 [10:51]
Sinan Oğanın seçimi, Prezident Ərdoğanın çıxışı
“Qarabağın azad edilməsi ilə bu qara ləkəni təmizlədik”
Türkiyədə prezident seçkisinin ikinci turu yaxınlaşdıqca siyasi həyəcan daha da artır. Xüsusilə, mayın 22-də ATA İttifaqının prezidentliyə namizədi, birinci turda 5,17 faiz seçici etimadını qazanmış Sinan Oğanın Türkiyədə keçiriləcək prezident seçkilərinin ikinci turunda “Cümhur İttifaqı”ndan prezidentliyə namizədi, hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı dəstəklədiyini açıqlaması seçki marafonuna xüsusi maraq qatıb. Xatırladaq ki, S.Oğan keçirdiyi brifinqdə həm “Cümhur İttifaqı”nın namizədi, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, həm də “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) sədri Kamal Kılıçdaroğlu ilə görüşdüyünü vurğulayıb və hər iki namizədlə görüşün dövlət xadiminə yaraşan tərzdə keçdiyini qeyd edib. “Bu danışıqların nəticəsi olaraq bəyan edirəm ki, biz “Cümhur İttifaqı”nın namizədini dəstəkləyəcəyik. Bizə səs verənləri Ərdoğanı dəstəkləməyə dəvət edirəm” - Sinan Oğan qərarını açıqlayıb.
O deyib ki, “Millət İttifaqı” gələcəyə ümid vəd etmir: “Biz heç kimlə bazarlıq etməmişik. Atatürkçü və millətçi prinsiplər bizə bələdçi oldu. Siyasətimizin əsasını Türkiyənin yaşaması təşkil edir”.
“Bu qüvvələrin birliyi ölkəmizə, millətimizə xeyir verəcək”...
Dövlət başçısı Ərdoğan televiziya efirində çıxışı zamanı Sinan Oğanla ötən həftə görüşdüklərini bildirib. S.Oğana dəstək nümayiş etdirdiyi üçün təşəkkür edən Prezident Ərdoğan qeyd edib ki, ATA Alyansının namizədi “Cümhur İttifaqı”nın terrorla mübarizə, türk dünyası ilə əlaqələr, vətənimizin gələcək taleyi ilə bağlı aydın mövqeyini çox gözəl bilir: “Sinan bəyi narahat edən bəzi məqamlara da aydınlıq gətirdik. İnanıram ki, bu qüvvələrin birliyi ölkəmizə, millətimizə xeyir verəcək. Qaçqınlar məsələsi var ki, onlar da buna diqqət yetirirlər. İndiyədək 450 min qaçqın öz evlərinə qayıdıb. Amma məqsəd daha 1 milyon qaçqının geri qayıtmasıdır. Bu zamanla baş verəcək. Bizim həmfikir olduğumuz ən mühüm məsələlərdən biri də konstitusiyamızın 66-cı maddəsinin dəyişməz müddəalarıdır. Bunlar bizim heç vaxt problem yaşamadığımız məsələlərdir - qırmızı xətlərimizdir”.
Ərdoğan “Millət İttifaqı”nın prezidentliyə namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunu sərt tənqid edib: “Kılıçdaroğlu Türkiyəyə Boraltan körpüsünün utancını yaşatmaq istəyir. Dedilər ki, ruslar bizi öldürməsin, ermənilər bizi öldürməsin, siz öldürün. İndi Qarabağın azad edilməsi ilə bu qara ləkəni təmizlədik. Biz bu məsələdə əvvəldən humanist, islami və vicdanlı mövqe tutmuşuq”.
Qardaşım İlham Əliyevlə görüşlərimiz...
R.T.Ərdoğan çıxışında Türk dövlətləri ilə, xüsusən də Prezident İlham Əliyevlə görüşün türk dünyasına olan həssaslığın ən gözəl nümunəsi adlandırıb: “Digər məsələ Türk Dövlətləri Təşkilatıdır. Türk dövlətləri ilə, xüsusən də qardaşım İlham Əliyevlə görüşlərimiz oldu. Bunlar bizim türk dünyasına qarşı həssaslığımızın ən gözəl nümunələridir”.
Həqiqətən də Türk Dövlətləri Təşkilatının yeni siyasi nizamda mühüm yer tutması Azərbaycan ilə Türkiyənin apardığı olduqca effektiv siyasətin uğurlu nəticələridir. 2021-cü ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatı kimi adlandırılması, quruma daxil olan ölkələrin arasındakı münasibətlərin yaxınlaşmasında yeni mərhələnin əsasını qoymuşdu. Bu proses ötən dövrdə daha da dinamikləşdi. TDT üzvü olan ölkələrin rəhbərlərinin qarşılıqlı səfərləri, imzalanan anlaşmalar, memorandumlar isə dövlətlərarası münasibətlərin strateji müttəfiqlik səviyyəsinə qədəm qoymasını şərtləndirdi. Artıq bütün dünya bir faktı görür və dəyərləndirir - Azərbaycanın və Türkiyənin rəhbərliyi, müəyyənləşdirdiyi yol xəritəsinə əsasən Türk Dövlətləri Təşkilatı üzvü olan ölkələr arasında inteqrasiya daha da güclənməkdədir.
Prezident Ərdoğan sosial şəbəkə hesabındakı paylaşımda da Azərbaycanla bağlı mühüm məsələlərə toxunub. Dövlət başçısı bildirib ki, 30 illik işğaldan sonra biz Can Azərbaycanla birlikdə Qarabağı azadlığına qovuşdurduq. Ərdoğan vurğulayıb ki, Türk Dövlətləri Təşkilatının (TDT) qurulması ilə Ankaranın Türk dövlətləri ilə əlaqələr daha da möhkəmlənib: “Ortaq tarix, dil, inanc və mədəniyyətə sahib olduğumuz ölkələrlə yenidən qucaqlaşdıq. Biz “harada bir vətəndaşımız varsa, oradayıq” prinsipi ilə Rumelidən Qafqaza qədər heç bir qardaşımızı boynu bükük qoymadıq. Türkiyə çərkəzlər, tatarlar, qaqauzlar, türkmənlər, ahıskalılar, özbəklər və uyğurlar da daxil olmaq, tarix boyunca dara düşən hər qardaşına dəstək olub”.
“Ərdoğan qələbəyə bir addım daha yaxınlaşdı”
Qeyd edək ki, Türkiyədə keçiriləcək seçkiləri yaxından izləyən beynəlxalq xəbər agentlikləri və dünya mətbuatı Sinan Oğanın seçkilərin ikinci turunda Prezident Ərdoğanı dəstəkləməklə bağlı qərarına xüsusi diqqət ayırıb. “FransPress” (AFP) xəbər agentliyi “Türkiyə seçkilərinin ikinci turu üçün Ərdoğan üçüncü olmuş namizəd Oğanın dəstəyini qazandı” başlığı ilə xəbər yayıb.
AFP-yə danışan analitiklərin fikrincə, “Cumhur İttifaqı”nın parlamentdə səs çoxluğu əldə etməsi Ərdoğanın ikinci turda yenidən dövlət başçısı seçilmək şansını da artırıb.
“American Associated Press” (AP) xəbər agentliyi isə “Seçkilərdə üçüncü yeri tutan namizəd Ərdoğanı dəstəklədi” başlığı ilə xəbər yayıb.
Amerikanın CNN İnternational telekanalı isə “Üçüncü namizəd Prezident Ərdoğanı dəstəklədi - millətçi namizəd Sinan Oğan mətbuat konfransında Millət Alyansının onu razı sala bilmədiyini vurğuladı” başlağını seçib.
“Ərdoğan seçkinin nəticələrinə təsir edəcək qüvvənin dəstəyini qazandı” başlığı ilə məqalə dərc edən “Politico” jurnalının fikrincə, Sinan Oğanın dəstəyi Türkiyə liderini bazar günü keçiriləcək ikinci tur seçkilərdə qələbəyə bir addım da yaxınlaşdırıb. Yunanıstanın “Kathimerini” qəzeti “Ərdoğan yenidən seçilməyə daha yaxındır” başlığı ilə oxucularının qarşısına çıxıb.
SADİQ
Xəbər lenti
Hamısına baxXəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50

