YAP Sədrinin müavini ÇKP-nin Uhan şəhər komitəsinin katibi ilə görüşüb
31.05.2023 [21:39]
Çin Xalq Respublikasında (ÇXR) səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti mayın 31-də Çin Kommunist Partiyası (ÇKP) Uhan şəhər komitəsinin katibi Quo Yuançian ilə görüşüb.
YAP nümayəndə heyətini salamlayan Quo Yuançian Azərbaycan ilə Çin arasında əməkdaşlığın önəmini vurğulayaraq fəal siyasi dialoq şəraitində iqtisadi-ticari, mədəni-humanitar və digər sahələrdə əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən bəhs edib. Azərbaycanın Şərq ilə Qərbi qovuşduran müasir ölkə kimi öz inkişaf modeli ilə fərqləndiyini söyləyən katib Çinin ölkəmizlə münasibətlərin inkişafına böyük önəm verdiyini diqqətə çatdırıb.
Quo Yuançian Uhanın Azərbaycan şəhərləri ilə əməkdaşlığının təmin olunmasının, xüsusilə də mədəniyyət və turizm sahələrində səmərəli işbirliyinin formalaşdırılmasının önəmli olduğunu deyib. O, ÇKP ilə YAP arasında təmasların sıxlaşdırılmasının qarşılıqlı maraqlara əsaslandığını bildirib.
Qonaqpərvərliyə görə nümayəndə heyəti adından minnətdarlığını bildirən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan ilə Çinin bir-birinin maraqlarına hörmət edən dost ölkələr olduğunu söyləyib. YAP Sədrinin müavini bildirib ki, iki ölkə arasında bir çox sahədə səmərəli əməkdaşlıq əlaqələri formalaşdırılıb. Tahir Budaqov Azərbaycan və Çinin iqtisadi əlaqələrində istifadə olunmamış böyük potensialin olduğunu bildirib. O, xüsusilə nəqliyyat-logistika sahəsində işbirliyinin dərinləşdirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb. Azərbaycanın Çinlə "Bir kəmər, bir yol" layihəsi çərçivəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edən YAP Mərkəzi Aparatının rəhbəri Prezident İlham Əliyevin təşəbbüsü olan Zəngəzur dəhlizi layihəsinin gerçəkləşməsi nəticəsində bir çox dövlətlərin mənafəyinə xidmət edən yeni qlobal işbirliyi platformasının formalaşacağını bildirib.
Azərbaycanın regionlarının dinamik inkişafa və geniş potensiala malik olduğunu qeyd edən YAP Sədrinin müavini ölkəmizin qardaşlaşmış şəhərlər təcrübəsinə malik olduğunu, mədəniyyət, turizm, ticarət sahələrində faydalı ve perspektivli layihələrin reallaşdırıldığını bildirib.
Bu gün yüksələn xətt üzrə inkişaf edən Azərbaycan-Çin münasibətlərində partiyalararası əlaqələrin mühüm rol oynadığını diqqətə çatdıran Tahir Budaqov qarşılıqlı səfərlərin həm təcrübə mübadiləsi, həm də sistemli əməkdaşlıq üçün önəmli olduğunu vurğulayıb.
Daha sonra partiyalar arasında əməkdaşlığın perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda qarşılıqlı olaraq hədiyyələr təqdim edilib.
Həmin gün nümayəndə heyətinin Uhan şəhəri ilə tanışlığı olub. Məlumat verilib ki, Hubey vilayətinin və Mərkəzi Çinin ən böyük şəhəri olan Uhan önəmli nəqliyyat-ticarət, iqtisadi, texnoloji, maliyyə, mədəni, elm və təhsil mərkəzlərindəndir. Bundan başqa, Donhu Milli Parkı ilə tanışlıq zamanı ziyarətçilərə ətraf mühitin qorunması istiqamətində yeni texnologiyalar tətbiq etməklə görülən işlər, həyata keçirilən layihələr barədə geniş məlumat verilib.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

