Almaz Həşimovanın 70 illik yubileyi münasibətilə görüş keçirilib
02.06.2023 [18:41]
İyunun 2-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında partiyanın Füzuli rayon təşkilatının sədri Almaz Həşimovanın 70 illik yubileyi münasibətilə görüş keçirilib.
Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov yubilyarı doğum günü münasibətilə təbrik edib, partiyadakı səmərəli fəaliyyətinə görə təşəkkür edib.
YAP Sədrinin müavini bildirib ki, uzun illər rəhbər vəzifələrdə çalışan Almaz Həşimova səmərəli və məqsədyönlü fəaliyyət göstərib, Azərbaycanın ictimai-siyasi həyatında həmişə fəal mövqeyi ilə seçilib.
Tahir Budaqov qeyd edib ki, Almaz Həşimova 2011-ci ildən partiyanın Füzuli rayon təşkilatına rəhbərlik edib: “Bu dövr ərzində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün səy və bacarığınızı əsirgəməyibsiniz. Sizin əməyiniz və xidmətləriniz hər zaman yüksək qiymətləndirilib. Partiyamızın 30 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmağınız bunun bariz nümunəsidir”.
Görüşdə YAP Mərkəzi Aparatının rəhbəri onu da diqqətə çatdırıb ki, Almaz Həşimova təqaüd yaşına çatması ilə əlaqədar YAP Füzuli rayon təşkilatının sədri vəzifəsindən azad olunması ilə bağlı ərizə ilə müraciət edib.
Yubilyarı doğum günü münasibətilə təbrik edən YAP Mərkəzi Aparatı rəhbərinin müavini Əhliman Tağıyev və Mərkəzi Aparatın Siyasi təhlil, proqnozlaşdırma və seçkilərlə əlaqədar iş şöbəsi müdirinin müavini Asif İmaməliyev Almaz Həşimovanı hər zaman prinsipial, möhkəm əqidəli və dəyişməz mövqeyi olan vətəndaş kimi xarakterizə ediblər.
Göstərilən diqqətə və ünvanına söylənilən xoş sözlərə görə təşəkkürünü bildirən Almaz Həşimova Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının üzvü olmaqdan qürur duyduğunu bildirib. O, Prezident, partiyamızın Sədri cənab İlham Əliyevin liderliyi ilə ölkəmizin, o cümlədən Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində böyük nailiyyətlər qazandığını vurğulayaraq daim Heydər Əliyev ideyalarına sadiq qalacağını, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyəcəyini bildirib.
YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov A.Həşimovaya möhkəm cansağlığı və işlərində uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

