Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Sülh hədəfdə...

Sülh hədəfdə...

28.06.2023 [18:17]

ABŞ danışıqları ilə paralel baş verən təxtibatlar...

Sülhməramlıların “niyyəti", ermənipərəst dairələrin "zehniyyəti"

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesində yeni və mühüm irəliləyişlər nəzərə çarpmaqdadır. Belə ki, iyunun 27-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibi Antoni Blinken arasındakı görüşdə Azərbaycan-Ermənistan sülh prosesi, Azərbaycan ilə Ermənistan arasında Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqların perspektivləri müzakirə edilib. İkitərəfli görüşdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dövlət katibi ilə üçtərəfli görüşü keçirilib. Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqların növbəti raundunun iyunun 29-na qədər davam etməsi nəzərdə tutulub.

Okeanın o tərəfində masa arxasında münasibətlərin normallaşması ilə bağlı müzakirələrin aparıldığı, mühüm detalların müəyyənləşdirildiyi bir zamanda "sülh yenidən atəşə tutulur". Maraqlıdır  və təəssüfləndirici haldır ki, artıq bir müddətdir danışıqlar prosesi ilə paralel qeyri-müəyyən bir "ənənə" müşahidə edilir – mövqelərin uzlaşdırılması müzakirə predmeti olan kimi Azərbaycan mövqeləri atəşə tutulur, separatçı rejim  aktivləşir və ya "aktivləşdirilir". Bu dəfə də "ənənə" pozulmadı və  elə iyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutuldu. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb. Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Sülh prosesinə təzyiq...

Təbii ki, baş verən hadisələr – danışıqlar və silahlı təxribat arasında bağlılıq olmaya bilməz. Baş vermiş hadisənin Vaşinqton görüşü ərəfəsində Qarabağdakı qanunsuz hərbi birləşmələr tərəfindən məqsədyönlü şəkldə törədilmiş təxribat olması açıq şəkildə ortadadır. Bu, birmənalı şəkildə sülh prosesi istiqamətində ABŞ-ın dəstəyi ilə aparılan danışıqlara kölgə salmaq və neqativ abu-hava yaratmaqdır. Vaşinqtonun qısa zamanda sülhə nail olunması üçün göstərdiyi səylər də göz önündədir. Ötən ayın əvvəlində Vaşinqtonun moderatorluğu ilə XİN rəhbərləri arasında 4 günlük müzakirə raundu baş tutmuşdu. Bu görüş mayın 14-də reallaşan və mühüm müsbət impluslarla yadda qaldığı bildirilən Aİ Şirası Prezidenti Şarl Mişelin təşəbbüsü ilə baş tutmuş müzakirələr üçün mühüm hazırlıq olmuşdu. Məhz həmin görüşdən sonra mətbuata açıqlamasında Şarl Mişel bəzi məsələlərlə bağlı mövqelər arasında uzlaşmaların olduğunu vurğulamışdı. Indiki halda isə yayılan informasiyalar mühüm irəliləyişlərlə bağlı ümid yaradıb – bu mənada baş verən hərbi terrorun əsl hədəfinin danışıqlar masası olması faktı ortadadır…  

Cavab gecikmədi...

Qeyd edək ki, Azərbaycan əsgərinin yaralanmasına cavab gecikməyib. “Qisas" əməliyyatı nəticəsində ilkin məlumata görə, qanunsuz hərbi birləşmələrin 5 üzvü məhv edilib. Hətta yayılan bəzi məlumatlara görə, qanunsz hərbi birləşmələr tərəfindən yeni təxribatlara hazıqlıqlar gedir və belə olarsa, sərt və adekvat cavab olacaq, qanunsuz birləşmələrin hərbi infrastrukturu  məhv ediləcək.

Təbii ki, erməni silahlılarının, daha doğrusu separtçı tör-töküntülərin həyata keçirməyə çalışdıqları bu kimi hərbi təxribatların səbəbləri və məqsədi bəllidir:

- Bu hərbi təxribatların kökündə qeyd edildiyi kimi, siyasi məqsədlər dayanır;

- Bu kimi təxribatlarla separatçı rejim sülhə mane olmaq istəyir.

- Azərbaycanın hərbi gücünə yaxından bələd olan separatçı rejim anlayır ki, bununla nəyəsə nail ola bilməyəcək – sadəcə diqqəti cəlb etmək və ermənipərəst bəzi dövlətlərə və ya güclərə "mesaj"  vermək niyyətindədir.

Azərbaycanın verdiyi dərslər...

Azərbaycanın mövqeyi isə hər zaman qətidir. Bundan əvvəlki dövrlərdə də ermənilərin əl atdıqları bütün hərbi təxribatlar fiasko ilə nəticələnmişdi. Müzəffər Azərbaycan Ordusu bütün hallarda xalqının və dövlətinin dəmir iradəsini qorumaq əzmini nümayiş etdirmişdi. “Qisas" əməliyyatına qədər ermənilər dəfələrlə bu kimi cəhdlərdən suyu süzülə-süzülə "qayıdıb" – 2022-ci ildə baş vermiş “Fərrux” əməliyyatı, “Qisas” əməliyyatı, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədindəki hadisələr - bütün bunlar isə Ermənistan üçün dərs olmalı idi.  Azərbaycan dövləti düşməni yerinə oturdur. Prezident İlham Əliyevin də hər zaman bildirdiyi kimi əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər.

"Sülh məramı" yoxsa...

Qanunsuz hərbi birləşmələri təxribata rusiyalı sülhməramlıların təşviq etməsi isə  istisna olunmur -  çünki bu qüvvələr sülhməramlıların tam nəzarətində fəaliyyət göstərirlər. Maraqlıdır ki, Rusiya kontingenti bəzi hallarda Azərbaycan ərazisində yerləşdiyini tez-tez "unudur". Əslində buna unutqanlıq kimi də baxmaq olmaz. Bu unutqanlığın arxasında qaranlıq məqamlar yatır. Məsələn, hələ ötən il Rusiya tərəfi bir neçə dəfə Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adlarını uydurma erməni toponimləri ilə qeyd etmişdi. Bu faktlarla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyi (MN) Rusiya tərəfinə  dəfələrlə xəbərdarlıq etdi.

Eyni zamanda, üçtərəfli razılaşmaya əsasən artıq iki ildən çoxdur Azərbaycan ərazisində yerləşdirilmiş kontingentin "çətiri" altında olan erməni silahlı birləşmələri Azərbaycan torpaqlarını tərk etməyiblər. Bu azmış kimi, erməni silahlıları sülhməramlıların "çiyni üzərindən" Azərbaycana qarşı yeni təxribatlar həyata keçirirlər. Ötən dövr ərzində artıq bir neçə dəfə bu kimi təxribatın qarşısı Azərbaycan Silahlı qüvvələri tərəifndən alınıb.

Digər tərəfdən, vaxtilə sülhməramlı kontingentin nəzarəti altında olan Laçın yolu vasitəsilə Ermənistan ərazisindən silahl-sursat, texnikalar daşınırdı. Buna ən bariz sübut isə 10 noyabr anlaşmasının imzalanmasından sonra Azərbaycan ərazisində 2700-dən çox Ermənistanda istehsal olunmuş minanın aşkarlanmasıdır. Həmin minaların istehsal tarixi 2021-ci il göstərildiyindən bu hərbi sursatın məhz Laçın yolu ilə daşındığına şübhə yeri qalmır. Bu mənada, Azərbaycanın Laçın sərhəd buraxılış məntəqəsini qurması həm də təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıdı.

Beləliklə, sülhməramlı kontingentin fəaliyyətinin qeyri – adekvat olması bütün mənalarda özünü göstərməkdədir.

- Məhz sülhməramlıların arxasında gizlənərək Ermənistan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri pozur;

- Sülhməramlıların nəzarət etdiyi yol vasitəsilə Qarabağa silah-sursat, texnikalar daşınırdı;

- Silahlı tör-töküntü sülməramlıların arxasına gizlənərək min bir təxribatlar törədirlər.

Qaranlıq məqsəd, çirkin niyyət...

Baş vermiş təxribatlarda həm də Laçında qurulmuş postu “blokada” kimi təqdim edərək terrorçulara dəstək verən bir sıra korrupsioner 

Qərb siyasətçilərinin və təşkilatlarının da məsuliyyəti var. Bu təxribat ermənipərəst və islamofob qüvvələrin, Avropa Parlamenti daxilində də bəzi qüvvələrin maraqlarına cavab verir. Ermənistana gündə bir "missiya" göndərən bu təşkilatlar İrəvanı regionda sülhqün bərqərar olmasına məcbur etmək yerinə onun nazı ilə oynayır. Bu isə yolverilməzdir. Həmin "missionerlər" isə sülhə deyil şəxsi maraqlara xidmət edirlər. Məsələn, Fransa kimi ermənipərəst ölkələr bütövlükdə sülh prosesinə mane olmaq üçün bütün güclərini səfərbər edirlər...

Amma bu, bütövlükdə sülh prosesində moderator kimi çıxış edən Aİ-nin maraqlarına ziddir. Belə olan halda ortaya sual çıxır - Qarabağdakı terrorçu rejim birbaşa Rusiya sülhməramlıların nəzarətindədir – bəs bu qüvvələrə dəstək verən korrupsioner və erməni lobbisinin “cibində” olan Qərb dairələri kimlərin marağına xidmət edirlər? Demək ki, sülhə mane olmaq cəhdlərinin arxasında sadəcə bir "etnik sevgi" anlayışı dayana bilməz. Bu qüvvələrin məqsədləri qaranlıq və çirkin niyyətlərdən qaynaqlanır...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 511 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31