Ermənilər qarşı-qarşıya...
06.07.2023 [10:15]
Onlar həm Rusiya, həm də Ukrayna ordusunun tərkibində bir-birilərinə qarşı vuruşacaqlar
NARDAR
Rusiya və Ukraynanın bəzi media qurumları Ermənistanın baş naziri Nikol Paşinyanın Moldovaya son səfəri zamanı Ukraynanın erməni icmasının nümayəndələri ilə görüşdə Ukrayna ordusunun tərkibində döyüşəcək “Erməni legionu” yaratmaqla bağlı ona təklif verildiyini yazıb. Bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, Rusiyanın “Bloknot” nəşrinin məlumatına görə, silahlı təşkilat yaratmaq ideyasını iş adamı Marat Akopyan irəli sürüb. Onu ukraynalı ekspertlər dəstəkləyib və onlar da həmin legionun yaradılması üçün lazımi dəstəyi verməyə hazır olduqlarını bildiriblər. Nəşrin yazdığına görə, hər şey NATO-nun nəzarəti altında həyata keçiriləcək.
Ukrayna mətbuatında dərc olunan yazılara görə, Ukraynanın erməni icması “Erməni legionu” yaratdığını bəyan edib. “Erməni legionu”nun hətta öz bayrağı var. Ukraynanın Ermənistandakı ilk səfiri Aleksandr Boyko “Erməni legionu”nun təntənəli yaradılış mərasimində iştirak edib. Tədbirdə “Qardaşlıq” xristian hərəkatının və hərbiləşdirilmiş qrupun rəhbəri, siyasətçi Dmitri Korçinski də iştirak edib.
Xatırladaq ki, bu yaxınlarda Rusiya Müdafiə Nazirliyinin tərkibində ermənilərdən ibarət “Arbat” adlı silahlı təşkilatın yaradılması barədə məlumat yayılmışdı. Rusiyanın işğal edilmiş Ukrayna ərazilərində könüllü erməni batalyonları yerləşdirdiyi barədə məlumat ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu tərəfindən açıqlanmışdı. İyulun 2-də Moskvadakı erməni katedralında keçirilən yolasalma mərasimində iştirak edən “Arbat” könüllü batalyonunun bir sıra fotoları da dərc edilib. Məlumatda bildirilib ki, həmin batalyonda Ermənistan vətəndaşları ilə yanaşı, Rusiyanın nəzarətə keçirdiyi Abxaziyadan olan etnik ermənilərin də olduğu güman edilir. Rusiya mənbələri də Ukraynanın işğal olunmuş ərazilərində könüllü erməni batalyonları yerləşdirildiyini təsdiqləyib. Bəzi ekspertlər isə məsələyə Rusiyanın erməni batalyonlarını sadəcə istifadə məqsədi ilə yaratdığını bildirirlər.
Belə çıxır ki, Ukraynada “Erməni legion”u Ukrayna tərəfdə, “Arbat” isə Rusiya tərəfdə vuruşur. Bu, ermənilərin bir-birilərinə qarşı vuruşmaları anlamına gəlir. Tarixən ermənilər müəyyən xarici qüvvələrin, dövlətlərin əlində alət olub. Ermənilər üçün bu “ənənə” hazırda da davam edir. Onların həm Rusiya, həm də Ukrayna tərəfdə vuruşması bunu təsdiqləyir. Əslində isə, bu fakt ermənilərin bir xalq olaraq rəzil durumda olduğunu göstərir. İşğalçı orduda muzdla döyüşmək hərbi cinayət sayılsa da, baş verənlər ermənilər üçün daha da acınacaqlıdır. Rəsmi İrəvan isə bu hadisələri susqunluqla qarşılayır. Səbəb aydındır. Oyuncaq bir dövlət olan Ermənistanın bu kimi prosesə təsir etmək imkanı yoxdur. Ona görə də, erməni millətindən kim necə istəyirsə, elə də istifadə edir.
Xəbər lenti
Hamısına baxDünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22

