Yenidən Brüsseldə...
07.07.2023 [10:25]
Azərbaycan ilə Ermənistan arasında danışıqların növbəti raundu baş tuta bilər
Sonuncu Brüssel görüşü zamanı əldə edilmiş müsbət impulsun davam etdirilməsi üçün şərait və zəmin var
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində davam edən proses yeni mərhələyə qədəm qoyub. Avropa İttifaqının moderatorluğu ilə keçirilən Brüssel görüşləri, eyni zamanda, XİN rəhbərləri arasında ABŞ-da baş tutan danışıqlar prosesi iki ölkə arasında münasibətlərin normallaşmasına əhəmiyyətli dərəcədə təsir göstərməkdədir. Bunun nəticəsidir ki, müəyyən məsələlərdə mövqelərin yaxınlaşması ilə bağlı anonslar səsləndirilir. Məsələn, iyunun 27-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibi Antoni Blinken arasındakı görüşdə Azərbaycan-Ermənistan sülh prosesi, Azərbaycan ilə Ermənistan arasında Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqların perspektivləri müzakirə edilib. İkitərəfli görüşdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dövlət katibi ilə üçtərəfli görüşü keçirilib. Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqların bu raundu iyunun 29-na qədər davam edib. Beləliklə, ABŞ-ın da diqqət mərkəzində olan Brüssel sülh formatı göründüyü kimi, özünün mühüm məqamları ilə seçilir - bu ilin mayın 14-də məhz bu format əsasında ölkə liderləri arasında baş tutan görüşdə Ermənistan növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmən bəyan etmişdi və 1991-ci ilin “Alma-Ata Bəyannaməsi”nə uyğun olaraq Azərbaycanın ərazisinin toxunulmazlığına birmənalı sadiqliyini təsdiqləmişdi. Sülh gündəliyi ikitərəfli münasibətlərin inkişafı istiqamətində də mühüm müsbət impulslarla da yadda qalmışdı. Bunun nəticəsidir ki, Brüssel sülh gündəliyi üzrə danışıqların davam etdirilməsi nəzərdə tutulur və bu danışıqların prosesin inkişafına töhfələr verəcəyinə inam ifadə edilir. Yeri gəlmişkən, iyunun 1-də Kişinyovda keçirilən qeyri-rəsmi görüşdən sonra mətbuata açıqlamasında Aİ Şurasının prezidenti Şarl Mişel iyulun 21-də Brüsseldə növbəti toplantının keçiriləcəyinin anonsunu vermişdi. Beləliklə, gözlənilən görüşlə bağlı artıq ilkin xəbərlər yayılmaqdadır. “Report” xəbər verir ki, bu haqda iyulun 6-da hökumətin iclasında Ermənistanın baş naziri Nikol Paşinyan deyib.O söyləyib ki, görüş Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçiriləcək. N.Paşinyan bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətni imzalanmaya hazır deyil, eyni zamanda, bunun üçün şərait yetişməyib: “Ümid edirəm ki, qarşıdan gələn görüş zamanı Vaşinqtonda qeydə alınan müsbət məqamlar nəzərə alınacaq”. Baş nazir həmçinin əlavə edib ki, Ermənistanla Azərbaycan arasında bütün məsələlər diplomatik yolla həll olunmalıdır.
ABŞ-ın fəal rolu...
Qeyd edilməlidir ki, rəsmi Vaşinqtonun son aylarda prosesin inkişafına verdiyi töhfə olduqca böyükdür - son iki ayda Vaşinqtonun vasitəçiliyi ilə XİN rəhbərləri arasında mövqelərin dəqiqləşdirilməsi istiqamətində bir neçə silsilə görüş baş tutub. ABŞ isə bu prosesdə daima birləşdirici funksiyası ilə seçilib - Ağ Ev Azərbaycanla Ermənistan arasında birbaşa danışıqları dəstəklədiyini bəyan edib. Rəsmi Vşinqtondan proseslə bağlı ardıcıl səslənən bəyanatlarda tərəflərin danışıqları davam etdirməsinin alqışlandığı vurğulanır. Ağ Evin mövqeyinə görə, sülh əldə edilə bilər - birbaşa dialoq isə problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır. Bu mənada, ABŞ prosesin inkişafında olduqca mühüm rol oynamaqdadır.
ABŞ rəsmilərinin “birbaşa dialoq” fikri davamlı şəkildə ortaya qoyulur- Azərbaycan Prezidenti də öz çıxışlarında bu məsələyə toxunub, amma Ermənistan buna adekvat cavab verməyib. Daha doğrusu, müstəqil dövlət olmağı bacarmayan Ermənistanın irəli sürdüyü “siyasətin” özündən asılı olmaması bu məsələdə ona da rahat mövqe sərgiləməyə imkan verməyib. İndiki halda, ABŞ-ın bu aktivliyi danışıqlarda intensivliyi formalaşdırmaq üçün mühüm fürsətdir və birbaşa dialoq bu mənada, mühüm əhəmiyyətə malikdir.
Azərbaycanın mövqeyi dəyişməzdir...
Sülh prosesi ilə bağlı Azərbaycanın mövqeyi bəlli və şəffafdır. Sonuncu Brüssel görüşü zamanı əldə edilmiş müsbət impulsun davam etdirilməsi üçün hər bir şərait və zəmin mövcuddur. Ən əsası isə bütün addımlarında və təkliflərində beynəlxalq hüquqa əsaslanan Azərbaycanın yaratdığı ədalətli mənzərə ortadadır. Sülh danışıqları üçün baza prinsipi kimi irəli sürülən məsələlər iki dövlətin münasibətlərinin yaxınlaşmasında əsaslı rol oynamaq imkanındadır. Bu, həm qarşılıqlı etimadın yüksəlməsinə, həm də yeni reallıqlarda aradan qaldırılacaq problemlərin həllinə yaxından kömək olar. Azərbaycan hər zaman bəyan edib ki, sülhün və təhlükəsizliyin davamlı olması üçün səy göstərir. İndiki halda, regionun təhlükəsizlik arxitekturasının qurulması üçün bu səylər olduqca əsaslı şərait yaradıb - ölkəmizin beynəlxalq hüquqa söykənən addımları regional yaxınlaşmanı mümkünləşdirib. Məsələn, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı da Azərbaycan torpaqları kimi tanıdığını bəyan etməsi bunun bariz sübutudur. Azərbaycanın yaratdığı bu reallıq gələcək yaxınlaşmalar üçün də baza formalaşdırır. Bəli, Azərbaycan sülhün tərəfdarı qismində çıxış edir - qalib tərəf olsaq da, humanizm prinsiplərinə əsaslanaraq müharibə istəmədiyimizi önə çəkirik, 2023-cü ilin sülh ili olmasını arzulayırıq və nümayiş etdirdiyimiz humanist mövqe məhz bu tezisə əsaslanır.
Ermənistan sülhü imzalamaqla...
Təbii ki, normallaşma prosesi iki tərəf arasında inkişaf edən prosesdir və sülhün formalaşması üçün hər iki tərəf eyni dərəcədə səy göstərməlidirlər. Təssüfləndirici haldır ki, Ermənistan bundan öncə də dəfələrlə “sülhə sadiq” olduğunu iddia edib - amma üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırmaqla sülh prosesini ləngitməyə çalışıb. Beləliklə, Azərbaycanın humanist və sülhpərvər mövqeyinə İrəvanın “cavabı” adekvat olmayıb. Halbuki, indiki halda sülhün imzalanması, kommunikasiyaların açılması, əməkdaşlıq platformalarının formalaşdırılması daha çox rəsmi İrəvanın maraqlarına xidmət edir. Sülhün əldə edilməsi onları siyasi-iqtisadi asılılıqdan xilas edə, müstəqil ölkə kimi ortaya çıxara bilər. Bunun üçün isə Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkməli, regionda sabitliyin formalaşmasına töhfə verməlidir. Təsadüfi deyil ki, 2021-ci ilin dekabrından başlayaraq sülhyaratma prosesində vasitəçilik edən Avropa İttifaqının moderatorluğu ilə baş tutan danışıqların nəticə verməməsinin əsas səbəbi Ermənistanın mövqesizliyidir. Bu ölkə ikiüzlü siyasətini davam etdirməklə, manipulyasiyalar etməklə nələrəsə nail olmaq fikrindədir. Bu fakt hətta Ermənistanın siyasi rəhbərliyi tərəfindən də zaman-zaman etiraf olunur. Bir yandan Brüssel prosesinə sadiq olduğunu bildirən, hətta görüşlərdə proqressiv irəliləyişlərə belə “hə” deyən rəsmi İrəvan sonradan tamam fərqli şeylər danışır. Amma bu kimi “mövqe” Ermənistan üçün yaxşı gələcək vəd etmir.
Azərbaycanın isə sülhlə bağlı mövqeyi nə qədər humanist olsa da, “qırmızı xətti” bəllidir - imzalanacaq sənəddə Azərbaycanın suveren əraziləri ilə bağlı hər hansı bir şərt ola bilməz. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bu, sülh müqaviləsinin hər hansı bir müddəası kimi əks olunmamalıdır. Qarabağda yaşayan ermənilər isə Azərbaycan vətəndaşlarıdır. Onların Azərbaycan cəmiyyətinə inteqrasiyadan başqa çıxış yolları yoxdur. Azərbaycan qanunları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yaşamaq istəyənlər vətəndaş olaraq ölkəmizdə yaşaya bilərlər.
Rəsmi Bakının yaratdığı yeni reallıqlar ...
Beləliklə, yenidən görüş yerinin Brüsselə təyin edilməsi prosesin müsbət axarda inkişafına müəyən ümidlər yaradır. Müsbət nəticələrin əldə olunması üçün isə zəmin mövcuddur - beynəlxalq aləm, beynəlxalq güclər məsələnin həlli prosesini diqqətdə saxlayır, tez bir zamanda sülhə nail olunmasına çalışır. Bu da təsadüfi deyil. Beynəlxalq aləmin sülhə nail olunması üçün göstərdiyi səylər Azərbaycanın regionda yaratdığı yeni geosiyasi, o cümlədən iqtisadi reallıqlara əsaslanır. Bu gün beynəlxalq iqtisadi münasibətlərdə yeni mərhələ formalaşdıracaq Orta Dəhliz layihəsinin inkişafı bütün dövlətlər tərəfindən dəstəklənir. Bu təşəbbüsün inkişafı, Orta Dəhlizin tam işlək vəziyyətə gətirilməsi isə dünya dövlətlərinin, xüsusilə Avroasiyanın ticarət imkanlarını, dövriyyəsini artıracaq. Azərbaycan isə aktuallığı gündən-günə artan Orta Dəhliz üzrə ən mühüm logistik mərkəzlərdən biridir. Orta Dəhlizlə Xəzərdən keçməklə Azərbaycana gələn yükləri burada optimal marşrutlarla bir-biri ilə əlaqələndirilmiş Şimal-Cənub və Şərq-Qərb marşrutlarına ötürmək mümkündür. Perspektivdə respublikamızın ərazisində tranzit marşrutlarını daha bir istiqamətdə şaxələndirmək imkanı yaranacaq. Bu, Zəngəzur dəhlizi hesabına mümkün olacaq. Beləliklə, dünya dövlətləri Azərbaycanın qlobal layihələrə verə biləcəyi töhfəni görür və dəyərləndirir - bu, bütövlükdə, Cənubi Qafqazın həyatında yeni mərhələ formalaşdıracaq. Azərbaycan bu gün beynəlxalq münasibətlər sistemində fəal oyunçu qismində çıxış edir -Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü bu faktı təsdiqləyir. Azərbaycan yeni dövrdə beynəlxalq münasibətlər sistemində ən mühüm ölkələrdən biri kimi yer alacaq. Bu isə yerləşdiyimiz regionun siyasi-coğrafi üstünlükləri ilə yanaşı rəsmi Bakının yaratdığı reallıqlardan qaynaqlanır. Ermənistan isə əlinə düşən bu fürsətdən maksimum yararlanmalı, sülhün qısa müddətdə formalaşması üçün bütün səylərini ortaya qoymalıdır.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
Sosial
05 May 17:14
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13

