Arayikin məktubu, Paşinyanın “gecə zəngi”...
07.07.2023 [11:00]
Rusiya Azərbaycana təzyiq edə biləcək?
2020-ci il Vətən müharibəsində qazanılan Zəfər Azərbaycanın ərazi bütövlüyünü təmin etdi - noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat isə “Qarabağ münaqişəsini” tarixə qovuşdurdu. Bəyanata əsasən, Ermənistan özünün silahlı qüvvələrini Azərbaycan torpaqlarından çıxarmaq öhdəliyi götürüb. Təəssüf ki, münaqişənin bitməsindən üç ilə yaxın vaxt keçməsinə baxmayaraq, rəsmi İrəvan hələ də bu öhdəliyi yerinə yetirmir. Bunun səbəbləri isə məlumdur. Ermənistan 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazisində yaratdığı qondarma rejimin “ömürünü uzatmağa” çalışır. Hətta ötən dövrdə iki ölkə arasında gedən sülh danışıqları prosesində Ermənistan yeni manipulyasiyalara əl atırdı- rəsmi İrəvan qondarma qurumun “tərəf” kimi Azərbaycanla danışıqlar aparması istiqamətində səylər göstərirdi. Onların məqsədi ermənilərin Azərbaycanın daxilində hansısa “statusla” yaşaması idi ki, Ermənistanın siyasi rəhbərliyinin bu arzusu elə arzu olaraq qaldı. Azərbaycanın qəti mövqeyi burada da öz sözünü dedi - ötən ay Brüsseldə keçirilən görüşdən sonra mətbuata açıqlamasında Aİ Şurasının prezidenti Şarl Mişel bildirdi ki, Ermənistan Azərbaycanın 86,6 min kvadrat kilometrlik ərazi bütövlüyünü tanıyır. Bu kimi “detallı tanıma” isə Ermənistanın artıq əvvəlki sərsəm iddialarının səmərəsizliyini bir daha ortaya qoydu.
Ermənistanın çox sifəti - üzün Qərbdən niyə döndü?
Ermənistan rəhbərliyi özünün ikiüzlü siyasətindən əl çəkmək istəmir - hətta bu uğurda yenidən “qapılar döyür”. Xatırladaq ki, məhz bu kimi əsassız iddialarını “reallaşdırmaq” üçün müəyyən bir zaman kəsiyində Rusiyaya “müttəfiq” deyə müraciət edən ermənilər sonradan Moskvanı “hərəkətsizlikdə” qınayaraq üzlərini “Qərbə tərəf” çevirmişdilər. “Böyük bacı” adlandırdıqları Fransanın dəstəyi ilə nələrəsə nail olacaqlarını düşünən Ermənistan rəhbərliyinin bu oxu da daşa dəydi - Fransa bütün müstəvilərdə rəzil vəziyyətə düşdü. Frankofoniya platformasında, BMT TŞ ilə bağlı müzakirələrin açılması məsələsində, ardından isə Avropanın aparıcı beynəlxalq təşkilatlarının tribunalarında Ermənistana kömək ola biləcək ciddi bir irəliləyiş əldə olunmadı. Əksinə, proses Azərbaycanın irəli sürdüyü şərtlərin diktəsi əsasında inkişaf etdi. həm Brüssel, həm də ABŞ-da baş tutan görüşlərdə Bakının irəli sürdüyü təməl prinsiplər danışıqların əsas predmeti kimi qəbul olundu. Beləliklə, Qarabağda Ermənistanın formalaşdırdığı qeyri-qanuni rejim heç bir vəchlə özünə “status” qazana bilmədi. Azərbaycanın mövqeyi isə qəti və dəyişməzdir - Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bakı səbrlə Ermənistanın imza atdığı razılaşmaya əməl etməsini gözləyir. Amma bu səbr heç də əbədi deyil - Azərbaycan hər an BMT Nizamnaməsinə əsasən, suveren ərazilərində antiterror əməliyyatı keçirmək hüququnu özündə saxlayır. Bu mənada, qondarma rejim artıq uzun müddətdir ki, səksəkədədir...
Paşinyanın zəngi...
Yeni gəlmişkən, iyulun 5-də Qarabağdakı qondarma rejimin başçısı Arutyunyanın tələm-tələsik “operativ hərbi-siyasi və humanitar vəziyyət və hakimiyyətin müvafiq hərəkətlərini” müzakirə etmək üçün “iclas” keçirməsinin də səbəbləri ortaya çıxıb. Erməni mediasının yaydığı məlumata görə, Arutyunyan iddia edib ki, “artan təhlükələr və humanitar yüklərin daşınmasının tam dayandırılması şəraitində təhlükəsizlik vəziyyəti və gündən-günə kəskinləşən mövcud humanitar problemlər artsax xalqının mövcudluğu üçün ciddi problemlər yaradır”.
Arutyunyanın və eləcə də Paşinyanın iç üzü burada bir daha ortaya çıxır - bəlli olur ki, bu şəxslər üçün siyasət anlayışı heç bir dəyər daşımır. Dünənə qədər, Fransanın timsalında Avropanın köməyini “dilənən” qondarma rejim və Paşinyan onlardan “hay” gəlməyəcəyini anlayır və üzünü yenidən Moskvaya “tutmaq istəyir”. Arutyunyan yenə də sərsəmləmələrindən qalmayıb və özünü “hakimiyyət” kimi qələmə verməyə çalışıb - hətta, guya mövcud “vəziyyət”, “təhlükələr” və “gözləntilər” haqda Ermənistan və Rusiya hakimiyyətlərini məlumatlandırdıqlarını irəli sürüb. Erməni mediası yazır ki, görüşdə Arutyunyanın xahişi ilə Ermənistanın baş naziri Paşinyanın ilə Rusiya Federasiyasının Prezidenti arasında keçirilmiş telefon danışığının yekunları, habelə gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, “səlahiyyətli orqanlar”a müvafiq tapşırıqlar verilib.
Rusiyaya ümid...
Göründüyü kimi, Ermənistan rəhbərliyinin, konkret olaraq Paşinyanın qeyri-səmimi davranışları, sülhlə bağlı fikirlərinin boğazdan yuxarı olması bir daha üzə çıxır. Özünü bir dövlətin “rəhbəri” kimi apara bilməyən Paşinyan yenə də telefon zənglərinə ara vermir - necə ki, müharibə dövründə onun Putinə 100 dəfəyə yaxın zəng etməsi məlum olmuşdu. İndiki halda da, yenidən nələrəsə nail olacağını düşünən Paşinyan Arutyunyanın “ağlı ilə” oturub-durur. Amma unudur ki...
Rusiya və ya bir başqa ölkə regiondakı reallıqları dəyişə bilməz. Azərbaycan müstəqil dövlətdir və verdiyi qərarlarda da yalnız özünün milli maraqlarına əsaslanır. Məsələn, Laçın sərhəd-buraxılış məntəqəsi ilə bağlı qərarda olduğu kimi... Və ya Ermənistanın sülhməramlıların nəzarəti altında Qarabağa qeyri-qanuni silah daşımasının qarşısının alınması kimi... bu siyahını daha da uzatmaq olar. Amma bütövlükdə gedən proseslərin Azərbaycanın nəzarətində olmasını sübut etmək üçün bu misallar da bəs edir. Ermənistan və ya Arutyunyan unudur ki, Rusiya sadəcə Azərbaycan torpaqlarında müvəqqəti sülhməramlı kontingetini yerləşdirib və prosesin yekununda onlarla bağlı da lazımi qərar veriləcək.
Qondarma rejimin təxribatları faydasızdır...
Artıq ermənilər özləri də reallığı dərk edirlər. Hətta onların siyasi ekspertləri belə heç bir yenilik gözləmir - proses Azərbaycanın irəli sürdüyü şərtlərlə inkişaf edəcək. Məsələn, erməni ekspert Artur Tovmasyan erməni mətbuatına açıqlamasında bildirib ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ABŞ-a tələsik səfəri Qarabağda (qondarma) “müdafiə ordusu”nun təcili şəkildə ləğv edilməsi ilə bağlı idi. Bu, Azərbaycanın əsas tələbidir. Onun sözlərinə görə, bu haqda ona məlumatlı mənbələr informasiya ötürüb. Qeyd edək ki, xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən danışıqlarından sonra Armen Qriqoryan ABŞ-a gedib və Prezident Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüb.
Bu kimi faktlar da onu göstərir ki, Azərbaycanın mövqeyi əsas götürülür. Qondarma rejimin isə çıxış yolu yoxdur - hətta əl atdıqları hərbi təxribatlar belə onlara baha başa gəlir. Bir neçə gün öncə Azərbaycan əsgərinin yaralanmasına cavab özünü gecikdirmədi. Azərbaycan əsgərinin yaralanmasına cavab gecikmədi və “Qisas - 2” əməliyyatı nəticəsində qanunsuz hərbi birləşmələrin 5 üzvü - separatçı dəstənin üzvləri Armo Abqaryan, Samvel Torosyan, Yervand Tadevosyan və Qaqik Balayan öldürüldü. Bundan əvvəlki dövrlərdə də ermənilərin əl atdıqları bütün hərbi təxribatlar fiasko ilə nəticələnmişdi. Müzəffər Azərbaycan Ordusu bütün hallarda xalqının və dövlətinin dəmir iradəsini qorumaq əzmini nümayiş etdirmişdi. “Qisas - 2” əməliyyatına qədər ermənilər dəfələrlə bu kimi cəhdlərdən suyu süzülə-süzülə “qayıdıb” - 2022-ci ildə baş vermiş “Fərrux” əməliyyatı, “Qisas-1” əməliyyatı, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədindəki hadisələr - bütün bunlar isə Ermənistan üçün dərs olmalı idi. Azərbaycan dövləti düşməni yerinə oturdur. Prezident İlham
Əliyevin də hər zaman bildirdiyi kimi əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxSosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22

