Növbəti ifşa faktı...
15.07.2023 [10:30]
Ermənistanın uşaq ölümü üzərindən manipulyasiyası
MÜBARİZ
Bu günlərdə sosial şəbəkələrin erməni seqmentində Qarabağ sakinləri olan 3 yaşlı Leo və 6 yaşlı Qitanın ölümü ilə bağlı xəbərlər yayılıb. Kədərli xəbərdir. Uşaq ölmü dinindən, milli mənsubiyyətindən asılı olmayaraq insanları həmişə sarsıdıb. Amma ən faciəvi hal bu kimi məsələl?rdən siyasi dividend axtarmaqdır. Necə ki, bunu Ermənistanın siyasi rəhbərliyi edir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan erməni xislətini ortaya qoyaraq uşaq ölmünü də çirkin manipulyasiya predimetinə çevirməyə çalışır.
Absurd və sərsəm iddia
Özünün sosial şəbəkə hesabında Leo və Qitanın ölümü ilə bağlı paylaşım edən Ermənistanın XİN rəhbəri absurd və sərsəm iddialar irəli sürüb. O, uşaqların ölüm hadisəsini Qarabağın “blokadası”nın nəticəsi kimi qələmə verməyə çalışıb. “Laçın dəhlizinin 7 aylıq blokadası və Dağlıq Qarabağın tam blokadası insanların həyatına dönməz və sarsıdıcı təsir göstərir. Dağlıq Qarabağ sakinləri olan 3 yaşlı Leo və 6 yaşlı Qitanın ölümü ciddi humanitar vəziyyətin nəticəsidir. 21-ci əsr. Buna dözmək mümkün deyil”, - Mirzoyan uşaqların fotolarını yerləşdirərək yazıb.
Əvvəla, onu qeyd edək ki, Xankəndidə yuva salan separatçı rejim belə Xocavənddə yaşayan ailənin itkin düşən uşaqlarının meyitlərinin Ağdərə şəhərindəki avtomobillərdən birində aşkarlandığını açıqlayıb. O versiya irəli sürülür ki, uşaqlar temperaturun yüksək olması səbəbindən avtomobildə havasızlıqdan boğulublar və həyatlarını itiriblər. Fakt ortada ikən Ararat Mirzoyan hansı əsasla və məntiqlə məlum uşaq ölümündə Azərbaycanı günahlandırır? Ən məntiqsizi isə Mirzoyan bu ölüm üzərindən çirkin siyasi oyun oynamağa çalışır - o, guya, Azərbaycanın hansısa “blokada” yaratdığı “mənzərəsini” formalaşdırmaq istəyir. Adını müstəqil dövlətin xarici işlər naziri qoymuş Mirzoyanın tutuduğu postun məsuliyyəti ilə bir araya sığmayan belə gülünc iddiası yalnız ironiya doğurur.
Baş vermiş hadisəni dəyərləndirən ekspertlər bunu fərqli müstəvidə izah edirlər. Ehtimal olunur ki, uşaqların ölümü onların valideyinlərinin Azərbaycana inteqrasiyaya meyil göstərmələri ilə bağlı olub. Bəllidir ki, separatçı rejimin təmsilçiləri sadə insanları təzyiq altında saxlayaraq onlara Azərbaycanla inteqrasiyanın mümkün olmadığını əsaslandırmağa çalışırlar. Görünür, ölən uşaqların valideynləri də Azərbaycanla inteqrasiyanın tərəfdarı olduqları üçün uşaqlarının qəfil ölümü ilə cəzalandırılıblar. Eyni zamanda, Ararat Mirzoyan gülünc iddianı Azərbaycan və Ermənistan liderlərinin növbəti Brüssel görüşü ərəfəsində ortaya qoyması da düşündürücüdür. Məqsəd sülhyaratma prosesinə zərbə vurmaq, vasitəçilərin iştirakı ilə aparılan danışıqlara kölgə salmaqdır.
Azərbaycanın gecikməyən cavabı
Azərbaycanın Ermənistanın XİN rəhbərinin səsləndirdiyi iddialara cavabı özünü çox gözlətməyib. Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın yalan paylaşımını ifşa edib. Hikmət Hacıyev cavabında Ermənistanın faktları yoxlamadan rəsmi səviyyədə yalan və dezinformasiya yaydığını bildirib: “Ermənistanın xarici işlər naziri rəsmi səviyyədə yalan və dezinformasiya yayanda faktların yoxlanılmasına və miflərin ifşasına ehtiyac var. Yerli polis valideynlərinin nəzarətsizliyi səbəbilə iki azyaşlının səhlənkarlıq və avtomobildəki yüksək temperatur nəticəsində yuxudaykən vəfat etdiyini təsdiqləyib. Bu, riyakarlıqdan başqa bir şey deyil”.
Hikmət Hacıyev bundan başqa qeyd edib ki, Laçın keçid məntəqəsi işləyir, lakin ümumilikdə onun bu hadisə ilə heç bir əlaqəsi yoxdur. “Ermənistan xarici işlər naziri, yəqin ki, Laçın keçid məntəqəsini qeyd etməklə, guya Qarabağda ərzaq qıtlığı varmış kimi yanıltmağa çalışır. Amma Xankəndi restoranından olan videoda bunun əksi görünür.” - deyə Prezidentin köməkçisi əlavə edib.
Azərbaycan Xarici İşlər Nazirliyi də Ararat Mirzoyanın sərsəmləməsinə tutarlı reaksiya verib. “Görünür, Ermənistan rəsmilərinin ikiüzlülüyünün həddi-hüdudu yoxdur!” Bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “Twitter” səhifəsində ifadə edib. O, fikirlərinə əlavə edərək yazıb: “Əks halda, niyə bir ölkə raket hücumları və Azərbaycana qarşı təcavüzü nəticəsində 12 uşaq daxil olmaqla, onlarla günahsız uşağı qətlə yetirərkən uşaq ölümlərindən məkrli siyasəti üçün sui-istifadə etsin?”
Xəbər lenti
Hamısına baxDünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53

