QAİ Ermənistandan ətraf mühiti bilərəkdən çirkəndirməyə son qoymağı tələb edib
18.07.2023 [16:05]
Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin bu ölkədən qovduğu azərbaycanlıların geri qayıdacağı gözlənilən əraziləri qəsdən yaşanmaz hala gətirməyə yönəlmiş məqsədyönlü, mənfur səylərini dərhal dayandırması və nəticələrini aradan qaldırması üçün beynəlxalq ictimaiyyəti təcili olaraq qətiyyətli addımlar atmağa və Ermənistana maksimum təzyiq göstərməyə çağıran bəyanat yayıb.
Bu barədə İcmanın mətbuat xidmətindən məlumat verilib.
Bəyanatda deyilir: “Biz Qərbi Azərbaycan İcması olaraq Ermənistan hökumətinin bu ölkədən qovduğu azərbaycanlıların geri qayıdacağı gözlənilən əraziləri qəsdən yaşanmaz hala gətirməyə yönəlmiş məqsədyönlü, mənfur səylərini dərhal dayandırması və nəticələrini aradan qaldırması üçün beynəlxalq ictimaiyyəti təcili olaraq qətiyyətli addımlar atmağa və Ermənistana maksimum təzyiq göstərməyə çağırırıq.
Ermənistan Azərbaycan ərazilərinin işğalı zamanı azərbaycanlıların qovulduğu şəhər, qəsəbə və kəndlərin demək olar ki, hamısını dağıdıb, onların geri qayıtmamaları üçün həmin ərazilərdə bir milyondan çox mina basdırıb”.
Eyni zamanda, qeyd edilib ki, Ermənistan hökumətinin siyasətində azərbaycanlılara qarşı dərin kök salmış etnik nifrət hətta Ermənistanın azərbaycanlıların qayıtmaları nəzərdə tutulan ərazilərini qəsdən ekoloji fəlakətlər törədərək viran etmək kimi ifrat yollara əl atmağa hazır olmasından aydın görünür.
Məsələn, Qacarandakı Zəngəzur Mis-Molibden Kombinatı və Qafandakı mədən kombinatı tərkibində xrom, nikel, mis, molibden, sink, alüminium, vanadium, qurğuşun kimi ağır metallar olan mədən tullantıları buraxır. Bu çirklənmə Azərbaycana doğru axan Oxçuçay və Araz çaylarına birbaşa təsir edərək, bölgədəki icmaların sağlamlığını və rifahını təhlükə altına qoyur.
Bundan başqa, Əkərək (Agarak) Mis-Molibden Kombinatı Kərçivançay vasitəsilə Araz çayını tərkibində ağır metallar olan mədən tullantıları ilə çirkləndirir. Göyçə (Geğarkunik) Mis Əritmə Zavodu çoxlu miqdarda kükürd qazı və digər çirkləndiricilər buraxaraq havanın çirklənməsinə və turşu yağışlarına səbəb olur. Mədənin yaxınlığında yerləşən Zod çayı mis, dəmir, kadmium və molibden kimi təhlükəli ağır metallarla çirklənmişdir. Bu misallar Ermənistanın dağıdıcı mədənçilik təcrübələrinin məhz azərbaycanlıların vaxtilə sıx məskunlaşmış olduqları ərazilərdə cəmləşdirilməsinin bariz sübutudur.
Ermənistan hökumətinin təbiətə qarşı bu mənfur münasibəti onun azərbaycanlı qaçqınların geri qayıtmasının qarşısını almaq və etnik təmizləmə siyasətini davam etdirmək üçün hüquqi və mənəvi baxımından nə dərəcə aşağı səviyyəyə düşməyə hazır olduğunu üzə çıxarır.
“Biz beynəlxalq ictimaiyyəti Ermənistanın ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq konvensiyalar üzrə öhdəliklərinə zidd olan bədxah əməllərinə qarşı qətiyyətli addımlar atmağa çağırırıq. Bu mədənlər və zavodların azərbaycanlıların zorla qovulduğu ərazilərdə qəsdən cəmləşdirildiyini vurğulamaq zəruridir. Bu, Ermənistanın etnik təmizləmə siyasətini bir daha nümayiş etdirir. Beynəlxalq ictimaiyyət Ermənistanın hərəkətlərini pisləməli və ondan beynəlxalq ekoloji normaları pozan, insan sağlamlığına təhlükə yaradan, azərbaycanlı qaçqınların təhlükəsiz qayıtmasına mane olan və qonşu Azərbaycana xeyli transsərhəd ziyan vuran bütün fəaliyyətləri dərhal dayandırmağı tələb etməlidir.
Ekoloji tarazlığın bərpası və insan hüquqlarının müdafiəsi çox təcili şəkildə təmin olunmalıdır. Beynəlxalq ictimaiyyət məsul maraqlı tərəflərlə birlikdə azərbaycanlı qaçqınların çirklənmə və dağıntıların doğurduğu təhdidlərdən azad şəkildə öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarını təmin etmək üçün birlikdə çalışmalıdır. Bu kobud pozuntuları aradan qaldırmaqla biz Ermənistanın zərərli praktikasının təsirinə məruz qalmış bütün insanların hüquqlarının və rifahının təmin olunduğu davamlı və inklüziv gələcəyə təkan verə bilərik”, - deyə bəyanatda qeyd olunub.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

