ABŞ səfirini danışdıran səbəblər nədən ibarətdir?
29.09.2011 [11:11]
Məlum olduğu kimi, bu günlərdə “Wikileaks” saytı Ermənistan hakimiyyətinin prezident seçkilərini saxtalaşdırmasına dair məlumatlar açıqlayıb. ABŞ-ın Ermənistandakı səfirliyi Dövlət Departamentinə ünvanladığı məktublarda bildirir ki, S.Sarkisyan iddia olunduğu kimi 52 faiz deyil, bundan 8-14 faiz az səs toplayıb. Onun rəqibi Ter-Petrosyan isə göstərilən 21,5 faiz yox, 30-35 faiz arası səs toplayıb. Sənədlər S.Sarkisyanın saxtakar, mafioz, quldur, qaniçən simasını açır, Ermənistan rəhbərliyində geniş vüsət almış cinayətkar münasibətləri ifşa edir.
Məhz belə bir məqamda, ABŞ-ın Azərbaycandakı səfiri mətbuata açıqlama verərək deyib ki, “Wikileaks” saytında dərc olunan informasiyalar yalnız baş verənlərin şəxsi dəyərləndirməsidir, ABŞ Dövlət Departamentinin rəsmi hesabatı deyil: “Bildiyiniz kimi, biz heç vaxt “Wikileaks”də dərc olunan materialların Dövlət Departamentinin rəsmi hesabatı olduğunu qəbul etməmişik. İstənilən halda mən, yaxud başqa əməkdaşlarımız göndərdiyi teleqramlarda yalnız öz mövqeyimizi əks etdiririk, yaxud tövsiyə veririk. Bu, yalnız diplomatın baş verənləri dəyərləndirməsidir. Diplomatlar da digər insanlar kimi həmkarları ilə yazışma hüququna malikdir”.
Təbii ki, bu söylənənləri super dövlətin xarici siyasətini təmsil edən bir diplomatın fikirləri kimi qəbul edib, normal da qarşılamaq olar. Amma burada tendensiya təşkil edən bir çox məqamların olduğunu nəzərə alsaq, bu fikirlərin şərhə ehtiyac olduğunu söyləmək mümkündür. Bəs, bu ehtiyac nədən doğur?
ABŞ səfiri Azərbaycanın hakimiyyət nümayəndələrinin fikirlərini bu gün rəsmən təsdiqləyir
Əvvəla xatırlatmaq vacibdir ki, bir müddət əvvəl “Wikileaks” saytı Azərbaycan rəsmilərinin müxtəlif görüşlərdə səsləndirdiyi iddia olunan fikirlər haqqında məlumat açıqlamışdı. Əlbəttə ki, bunlar iddiadan başqa bir şey olmamaqla, konkret maraqlara xidmət edirdi. Elə Azərbaycanın dövlət rəsmiləri də bu məlumatların heç birinin həqiqətə uyğun olmadığı haqqında açıqlamalar verdi. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdirləri, ölkəmizin siyasi palitrasında təmsil olunan müxtəlif siyasətçilər, ekspertlər bu cür xəbərləri şərh edərkən xüsusi olaraq vurğulamışdılar ki, Azərbaycan hakimiyyəti ilə bağlı yanlış və həqiqətdən uzaq məlumatların yayılması “Wikileaks” saytının arxasında duran güclərin maraqlarına xidmət edir. ümumi düşüncə isə bu yöndə idi ki, “WikiLeaks” ABŞ diplomatlarına istinad edərək, onların mülahizələrinə söykənərək bölgədə müxtəlif dövlətlərin münasibətlərini kəskinləşdirməyə cəhd göstərən və heç bir əsası olmayan informasiyaları yayma xəttini tutub. Prezident Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bununla bağlı açıqlamasında deyib: “Bunların hamısını təkzib edirik və bu informasiyaları qəsdən uydurulmuş, Azərbaycanın xarici ölkələrlə münasibətlərinə təsir göstərən, öz məqsədləri istiqamətində o münasibətləri idarə edən və formalaşdıran siyasət kimi dəyərləndiririk. Xüsusən, ABŞ-ın ayrı-ayrı dövlət rəsmilərinə istinadən müəyyən sözlər işlənib ki, biz onları da təkzib edirik”.
Bəli, göründüyü kimi, bu gün ABŞ diplomatı mətbuata açıqlamasında “Wikikeaks”in məlumatlarına etibar etməməyi və bunların diplomatların şəxsi qənaətlərindən ibarət olduğunu söyləyir. Deməli, səfir Azərbaycan hakimiyyətinin bir müddət əvvəl səsləndirdiyi fikirləri bu gün rəsmən təsdiqləyir.
Metyu Brayza niyə məhz bu gün təkzib verir?
Amma maraqlıdır, görəsən ABŞ rəsmiləri Azərbaycan hakimiyyətinin fikirlərini təsdiqləmək üçün bu qədər gözləyib və ya daha dəqiq desək, “Wikileaks” saytını təkzib etmə ehtiyacını niyə məhz bu gün duyublar?
Belə ki, “Wikileaks” saytı Azərbaycanla bağlı uydurma xəbərləri gündəmə gətirərkən, bir nəfər də olsun, ABŞ təmsilçisi demədi ki, bunlar şəxsi qənaətdirlər. Nə də ABŞ səfiri bu gün olduğu kimi, bu xəbərlərə inanmamağı tövsiyyə etmədi. Amma Ermənistanın cinayətkar, qaniçən, quldur hakimiyyəti haqqında məlumatlar yayımlanarkən ABŞ səfiri dərhal münasibət bildirməyi lazım bildi. Əlbəttə ki, Azərbaycan ictimaiyyəti bu iki hadisə arasındakı fərqin mahiyyətini, ABŞ diplomatının canfəşanlığının kökündə duran səbəbləri yaxşı dərk edir. Eyni zamanda, Metyu Brayzanın Serj Sarkisyan hakimiyyətinin saxta seçkiləri ilə bağlı məlumatları diplomatik nümayəndələrin mülahizələri adlandırmasının məqsədi də ictimaiyyətə aydındır. Sadəcə, təkcə bu faktın özü belə, Dağlıq Qarabağ münaqişəsinin niyə bu qədər həll edilməmiş qalması sualına da müəyyən mənada cavab vermiş olur.
ABŞ xarici siyasət dairələrinin fikirləri arasındakı uyğunsuzluqlar
“Wikileaks” qasırğası yenicə dünyanı ağuşuna almağa başlayanda, ABŞ dövlətinin ən yüksək çinli məmurları açıqlama verərək, diplomatların Dövlət Departamentinə göndərdiyi gizli məktubların açıqlanmasını rəsmi dairələrin texniki məsələlərdə və məlumatların gizliliyinin qorunması sahəsində yol verdikləri nöqsanlarla əlaqələndirdilər. Yəni, bu, bir təkzib deyil, daha çox təsdiq demək idi. Amma bu gün ABŞ-ın Azərbaycandakı səfiri məlumatların Dövlət Departamentinin rəsmi mövqeyi olmadığını, diplomatların qənaətləri olduğunu söyləyirsə, deməli, fikirlər arasında uyğunsuzluq var. Amma əminik ki, bu uyğunsuzluqlar da konkret maraqlara söykənir. Həmişə olduğu kimi, böyük güclər eyni hadisələri müxtəlif vaxtlarda və şəraitdə başqa - başqa şəkillərdə şərh etməyi artıq vərdiş halına salıblar. Maraqları həmin vaxt necə tələb edirsə, o şəkildə də davranılır.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

