Ərdoğan-Putin görüşü...
04.08.2023 [11:20]
Görüşdə Cənubi Qafqazdakı vəziyyətin də diqqət mərkəzində olacağı istisna deyil
NARDAR
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putinin avqustun 2-də baş tutmuş telefon danışığında liderlər ikitərəfli və regional gündəlikdə duran məsələlər üzrə fikir mübadiləsi aparıblar. Rusiya-Ukrayna müharibəsində gərginliyi artıracaq addımların atılmamasının vacibliyini bildirən Prezident Ərdoğan “sülh körpüsü” hesab etdiyi Qara Dəniz Təşəbbüsünün əhəmiyyətini vurğulayıb.
Kremlin mətbuat xidmətinin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin telefon söhbətində deyib ki, Qərb Rusiya qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirəndən sonra “Taxıl sazişi”nə qayıtmağa hazırıq.
Telefon söhbəti zamanı tərəflər Putinin Türkiyəyə səfəri ilə bağlı da razılığa gəliblər. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da belə bir razılığın olduğunu açıqlayıb. O bildirib ki, prezidentlərin harada və nə zaman görüşəcəyi diplomatik kanallar vasitəsilə müəyyənləşdiriləcək. Peskov görüşün mövzusu ilə bağlı deyib ki, əsas müzakirələr iki məsələ ətrafında olacaq: “Bunlar, Ukrayna məsələsi və taxıl sazişidir”.
Türkiyə-Rusiya əlaqələri regiondakı proseslərə necə təsir edir?
Xatırladaq ki, “Taxıl sazişi” Rusiya, Ukrayna, Türkiyə və BMT tərəfindən 2022-ci il iyulun 22-də imzalanıb. Müqavilənin müddəti iki dəfə uzadılıb. Saziş humanitar dəhlizlər çərçivəsində Qara dəniz vasitəsilə taxıl, ərzaq və gübrə ixracını nəzərdə tutur. Lakin ötən ayın 17-də Rusiya tərəfi müddəti həmin gün başa çatan Qara dəniz razılaşmasında (“Taxıl sazişi”) Rusiyaya aid olan hissənin hələ də yerinə yetirilmədiyini əsas gətirərək, həmin razılaşmanın müddətinin uzadılmasından imtina edib.
Ümumiyyətlə, son illər Rusiya-Türkiyə münasibətləri bir neçə regional mövzularda uzlaşıb və həmin regionlarda sülh və stabillik bu münasibətlərdən çox asılıdır. Türkiyə-Rusiya münasibətləri son zamanlar dünyanın müxtəlif bölgələrində regional problemlərin həllində müsbət rol oynayıb, bu regionlara Yaxın Şərq, Şimali Afrika və Cənubi Qafqaz regionlarını nümunə göstərə bilərik. Rusiya və Türkiyənin Suriya, Liviya, Qarabağ mövzuları ətrafında əməkdaşlığı bu ölkələrin yerləşdiyi regionlarda sabitlik üçün vacib faktorlar sırasındadır.
Liderlərin telefon danışığında regional məsələlər də müzakirə olunub. Eyni zamanda, Vladimir Putinin Türkiyəyə nəzərdə tutulan səfəri zamanı da regiondakı vəziyyət diqqət mərkəzində olacaq. Doğrudur, rəsmi açıqlamalar görə danışıqların əsas mövzusu Ukraynadakı vəziyyət, taxıl sazişi olsa da, regiondakı proseslər fonunda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin də müzakirə mövzusu olacağı istisna deyil.
Rəcəb Tayyib Ərdoğan: Zəngəzur dəhlizi dərhal açılmalıdır
Xatırladaq ki, 44 günlük Vətən müharibəsindən sonra üçtərəfli razılaşma ilə Qarabağda təhlükəsizliyə nəzarət üçün Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yaradılıb. Cənubi Qafqazla bağlı Türkiyə və Rusiya prezidentlərinin açıq və qapalı təmasları mövcuddur, ümumi əməkdaşlıqdan kənarda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin üç ilə yaxın fəaliyyəti zamanı bu təmaslar daha da artıb. Ərdoğan-Putin görüşünün Cənubi Qafqazda sabitliyin və nəzərdə tutulan razılaşmaların yerinə yetirilməsi baxımından əhəmiyyətli məqamlardan biri də Rusiya sülhməramlılarının fəaliyyəti və onların razılaşmanın bəndlərini yerinə yetirməsi, razılaşma çərçivəsində öz öhdəlik və məsuliyyətlərinə əməl etməsinin vacibliyidir. Təsadüfi deyil ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Vilnüs sammitində “10 noyabr 2020-ci il üçtərəfli bəyanata əsasən Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti 2025-ci ilə qədərdir. Rusiyadan bu razılaşmaları yerinə yetirəcəyini gözləyirik” deyib.
Rəcəb Tayyib Ərdoğan bir neçə gün öncə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edərkən də mühüm fikirlər səsləndirib. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin də müzakirə olunduğu görüşdə Türkiyə Prezidenti Zəngəzur dəhlizinin dərhal açılmasının və hərtərəfli sülh sazişinin tezliklə həyata keçirilməsinin bu proses üçün vacibliyini vurğulayıb.
Bütün bunların fonunda Türkiyə və Rusiya prezidentlərinin gözlənilən görüşündə Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası prosesinin sürətləndirilməsi, nəqliyyat infrastrukturunun inkişafı və razılaşdırılmış nəqliyyat dəhlizlərinin reallaşması məsələsinin də diqqət mərkəzində olacağı istisna deyil.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

