Azərbaycanın əldə etdiyi uğurlar bizi də sevindirir
21.12.2011 [01:43]
Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmək məqsədilə ölkəmizə səfər edən Tacikistanın hakim Xalq Demokratik Partiyasının sədr müavini Asror Vlatipov və bu partiyanın Düşənbə şəhəri üzrə İcraiyyə Komitəsinin sədri Camşid Saidov dünən “Yeni Azərbaycan” qəzetinin qonağı olublar. Görüşdən sonra qəzetimizə müsahibə verən Asror Vlatipov bildirib ki, sözügedən tədbirdə qlobal problemlər ətrafında müzakirələr aparılacaq. O, hesab edir ki, belə görüşlərin keçirilməsi, Asiya və Avropadan gəlmiş müxtəlif mütəxəssislər ilə təcrübə və fikir mübadiləsinin aparılması olduqca əhəmiyyətlidir. Həmçinin, A.Vlatipov bildirib ki, səfərinin digər məqsədi hər iki hakim partiya arasında əməkdaşlıq sazişinin imzalanmasıdır: “Bu vaxta qədər bizim münasibətlərimiz yüksələn xətlə inkişaf edib. Hamıya məlumdur ki, bütün sahələrdə ölkələrimiz arasında ikitərəfli əlaqələr var. Prezidentimizin tapşırıqlarına əsasən biz sizin partiya ilə əməkdaşlığa dair saziş imzalayacağıq. Mən hesab edirəm ki, hər iki partiya arasında başlanan dialoq davamlı olacaq və əhəmiyyəti baxımından yüksək dəyərləndirilməlidir”.
Sonuncu dəfə 70-ci illərdə Bakıda olduğunu deyən Asror Vlatipov bildirib ki, paytaxtımız müsbət mənada tanınmaz dərəcədə dəyişib: “Gəlmədən öncə Azərbaycan və Bakı barədə demək olar ki, bütün məqalə və informasiyaları gözdən keçirmişik. Sözün həqiqi mənasında, sizin uğurlarınız bizi sevindirir. Necə deyərlər, əgər bizim dostlarımız yaxşıdırsa, onda biz də yaxşıyıq. Əgər Azərbaycanda inkişaf müşahidə olunursa, sabitlik qorunursa, bu, o deməkdir ki, ölkə Prezidenti, ölkə parlamenti öz işinin öhdəsindən lazımınca gəlir. Azərbaycanın bütün sahələrdə inkişafının davamlı olacağına inanıram və düşünürəm ki, bundan sonra da bütün istiqamətlərdə, o cümlədən, neft, qaz və qeyri-neft sektorunda böyük nailiyyətlər əldə ediləcək”.
O, həmçinin, qeyd edib ki, hər iki ölkə arasında olan və çox qədimlərə söykənən dostluq, qardaşlıq əlaqələri bundan sonra da möhkəmlənəcək: “Bizim məktəblərimizdə Nizami Gəncəvinin əsərləri öyrədilir. Biz Zeynəb Xanlarova, Rəşid Behbudov, Nəzakət Məmmədovanın musiqilərini dinləmişik. Mən hesab edirəm ki, bu dostluq bütün sosial təbəqələri, gəncləri, qadın birliklərini əhatə edəcək”.
Sonda Azərbaycan xalqına əmin-amanlıq arzulayan qonaq ölkədə Ulu öndər Heydər Əliyev tərəfindən başlanan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursa və dövlət başçısına göstərilən ehtiram və verilən dəyəri yüksək qiymətləndirib.
SEVİNC
üMİDƏ
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

