Azərbaycanla Vyetnam arasında əlaqələrin gücləndirilməsi üçün böyük potensial var
21.12.2011 [01:48]
Dünən Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Vyetnam Kommunist Partiyasının (KP) xarici əlaqələr şöbəsinin müdiri, İCAPP-ın Daimi Komitəsinin üzvü Vuong Thua Phongun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Qonaqları salamlayan Əli Əhmədov Vyetnam KP-nin nümayəndələrinin Bakıda keçiriləcək “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda beynəlxalq konfransda iştirakının əhəmiyyətini vurğulayıb. Əli Əhmədov qeyd edib ki, bu səfər tərəflər arasında gələcək əməkdaşlıq münasibətlərinin genişlənməsində mühüm rol oynayacaq. “Hesab edirəm ki, bu səfər xalqlarımız və partiyalarımız arasında əlaqələrin genişlənməsinə təkan verəcək. Eyni zamanda, düşünürəm ki, beynəlxalq konfransda aparılan müzakirələr, fikir mübadilələri iştirakçılar üçün faydalı olacaq” - deyə, YAP Sədrinin müavini vurğulayıb.
Əli Əhmədovun sözlərinə görə, iki ölkə arasında əlaqələrin gücləndirilməsi üçün böyük potensial var. Onun fikrincə, hər iki ölkə, eləcə də, partiyalarımız və cəmiyyətlərimiz arasında münasibətlər daha da genişləndirilməlidir. Azərbaycana səfər etməkdən məmnunluğunu bildirən Vyetnam Kommunist Partiyasının xarici əlaqələr şöbəsinin müdiri Vuong Thua Phong beynəlxalq konfransda iştirak üçün etdiyi dəvətə görə YAP rəhbərliyinə təşəkkür edib. O bildirib ki, konfransın mövzusunun əhəmiyyətini nəzərə alaraq Vyetnam Kommunist Partiyasının rəhbərliyi bu tədbirdə iştirak etmək qərarı verib.
“Bizim üçün ən şərəfli hadisələrdən biri 1983-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Vyetnama səfəri olub. O zaman Qırmızı Anoy çayı üzərində körpünün açılış mərasimi keçirildi. Bu körpünün açılışı Vyetnam iqtisadiyyatının inkişafına mühüm təsir göstərdi. Mən deyərdim ki, Heydər Əliyevin səfəri tarixi səfər idi. Mənim üçün qürurverici hal bu idi ki, bu səfər zamanı Heydər Əliyev kimi şəxsiyyətin tərcüməçisi oldum. Eyni zamanda, 1961-ci ildə Vyetnamın lideri Azərbaycanda səfərdə olub və biz bu səfərin 50 illiyini qeyd etmişik” - deyə, o, vurğulayıb.
Qonaq qeyd edib ki, Vyetnamda Azərbaycanı yaxşı tanıyır və hörmət edirlər. Onun sözlərinə görə, vaxtilə Bakıda ali təhsil alan vytenamlıların bəziləri dövlətdə yüksək vəzifələr tuturlar və bu insanlar Azərbaycanı özlərinin ikinci vətəni hesab edirlər. Vuong Thua Phong gələcəkdə ölkələr və partiyalar arasında əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduqlarını deyib. Görüşdə, həmçinin, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

