Humanitar fəaliyyət, yoxsa “xüsusi” missiya?
12.09.2023 [10:45]
BQXK geosiyasi oyunlara cəlb olunaraq müəyyən dairələrin əlində alətə çevrilib
NARDAR
Azərbaycan regionda sülh və sabitliyin təmin olunması üçün ardıcıl olaraq addımlar atır. Ermənistanın və onun havadarlarının Qarabağda “humanitar böhran” şousu isə vəziyyəti gərginləşdirməyə xidmət edir. Dövlətimiz Qarabağın erməni sakinlərinə humanitar yardımların çatdırılması üçün Ağdam-Xankəndi yolunu təklif edib. Eyni zamanda, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən həmin yol vasitəsilə iki yük maşını humanitar yardım aparıb. Lakin Qarabağın erməni separatçıları həmin yardımdan imtina edərək yolu bağlayıblar. Separatçılar Rusiya Qızıl Xaç Cəmiyyətinin göndərdiyi bir yük maşınından ibarət humanitar yardımı da qəbul etməkdən imtina edir. Bu məsələdə müəyyən kənar qüvvələr Ağdam-Xankəndi yolunun açılmaması üçün pozucu fəaliyyət göstərirlər.
Xatırladaq ki, Rusiya Hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədilə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən Ağdam-Əsgəran yolu ilə Xankəndi şəhərinə çatdırılması üçün ərzaq və qeyri-ərzaq məhsulları yüklənmiş 1 TIR Bərdə şəhərində gözləyir. Lakin Qarabağda qondarma rejimin qalıqları hələ də bu maşının keçidinə imkan vermirlər. Beynəlxalq Qızıl Xaç Komitəsi isə üzdə məsələni dəstəkləyən kimi görünsə də, arxa planda süni şəkildə onu əngəlləyir və Rusiyanın Qızıl Xaç Komitəsinə təzyiqlər göstərir. Qərb dairələri tərəfindən də Ağdam-Xankəndi yolu ilə bu yükün keçirilməsinə maneçilik törədilir. Qərb dairələri bu məqsədlə BQXK-dan istifadə edirlər. Belə görünür ki, “Qırmızı Xaç” geosiyasi oyunlara cəlb olunaraq Qərbin maraq və mənafelərini ifadə edir, onların əlində bir alətdir.
Laçın nəzarət-buraxılış məntəqəsi fəaliyyətə başladığı vaxtdan Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinə lazımi şərait yaradılıb, müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçməklə dövlət sərhədindən buraxılıb. Lakin ötən müddət ərzində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb. Məsələ ilə bağlı BQXK-nin açıqlaması onların qanunsuz əməllərinə heç bir haqq qazandıra bilməz.
Ümumiyyətlə, BQXK-nin Azərbaycanın Qarabağ bölgəsində mövcud formatda fəaliyyəti üçün heç bir hüquqi və humanitar zəmin yoxdur. Hüquqi aspektdən yanaşsaq, 1949-cu il Cenevrə konvensiyaları, onun 1977-ci il protokolları və 2005-ci il Əlavə protokollarının iştirakçısı olan dövlətlər təsisata silahlı münaqişələrin qurbanlarını qorumaq üçün mandat verib. Belə bir vəziyyətdə, Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndi ofisinin təşkilatın İrəvan nümayəndəliyinə bağlı olması bütün hallarda beynəlxalq hüququn prinsiplərinin pozuntusu, Azərbaycanın suverenliyinə isə hörmətsizlikdir. BQXK Azərbaycanla imzalanan 1996-cı il sazişi ilə öhdəsinə götürüb ki, Azərbaycan Respublikasının dövlət mənafelərini nəzərə almalıdır. Ona görə də, təşkilatın Xankəndidəki ofisi İrəvana yox, Bakıya tabe olmalıdır. Eyni zamanda, onların fəaliyyəti Ağdam-Xankəndi yolu üzrə tənzimlənməlidir.
Görünən odur ki, BQXK ermənilərə dost dövlətlərin sifarişlərini yerinə yetirir. “Qırmızı Xaç” həm birinci Qarabağ müharibəsində, həm də 44 günlük Vətən müharibəsində azərbaycanlı əsir və girovlara lazımi dəstəyi verməyib. Bunun əksinə olaraq ermənilərə isə hər zaman isti münasibət bəsləyib. Onlar hər zaman bir qayda olaraq ermənilərin yanında olublar və bu sadiqlik bu gün də davam edir. BQXK Birinci Qarabağ müharibəsindən sonra tez bir zamanda Xankəndidə özünə ofis açdı və “aktiv” fəaliyyətə başladı. BQXK-nın Qarabağda fəaliyyət göstərən nümayəndələri arasında Azərbaycana dost olmayan ölkələrin də vətəndaşları var. Onların Qarabağdakı separatçılarla işbirliyində olması şübhə doğurmur. 44 günlük Vətən müharibəsində BQXK Azərbaycana qarşı qərəzli mövqe tutmuşdu və bu təşkilatın nümayəndələri yalnız Ermənistanı müdafiə edirdilər. Onlar qaynar nöqtələrə daxil olaraq hərbi məlumatlar toplayaraq düşmən tərəfə ötürürdülər. BQXK-ya məxsus yük və tibb maşınları ilə ermənilərə qaçaqmal, silah-sursat daşındığına dair çoxsaylı məlumatlar var. Bütün bunlar Azərbaycan Respublikasının qanunlarının kobud şəkildə pozulması faktıdır. Bu, həm də ölkəmizin beynəlxalq humanitar təşkilata olan etimadından sui-istifadədir.
Beləliklə, BQXK-nın kəşfiyyaçılıq fəaliyyəti həyata keçirməsi, informasiya toplayıb müəyyən mərkəzlərə ötürməsi də istisna deyil. Çünki təşkilat bu gün humanitar missiyadan çox, Qərbin müəyyən dairələrinin xüsusi tapşırıqlarını yerinə yetirən orqana çevrilib.
Xəbər lenti
Hamısına baxDünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
Sosial
05 May 17:14
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20

