Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Problem həll olunub!

Problem həll olunub!

14.09.2023 [10:10]

Putin İlham Əliyevdən sitat gətirdi: Qarabağın statusu haqqında məsələ daha yoxdur...

Ermənistanla Rusiya arasında gərginlik artmaqdadır. Hər iki ölkənin rəsmi şəxsləri media vasitəsilə qarşılıqlı ittihamlar səsləndirirlər. Bugünlərdə  Ermənistanın baş naziri Nikol Paşinyanın İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində Rusiya haqqında dediyi fikirlər vəziyyəti daha da mürəkkəbləşdirib. Laçın yolunda Rusiya sülhməramlılarının “faktiki fəaliyyətsizliyi” ilə bağlı baş nazir Nikol Paşinyan bildirmişdi ki, “bir gün biz oyanıb Rusiyanın burada olmadığını görəcəyik”. Paşinyan Qarabağdakı Rusiya sülhməramlı kontingentinin fəaliyyətindən də narazılığını ifadə edib.

Putin: Ermənistan Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb

Sentyabrın 12-də Ermənistanın rəhbərinin bu giley-güzarına Rusiyanın dövlət başçısı səviyyəsində cavab verilib. Belə ki, Prezident Vladimir Putin  Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda bildirib ki, Ermənistan rəhbərliyi Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb: “Bu məsələ Praqa bəyanatında öz əksini tapır. Bu, bizim qərarımız deyil, Ermənistanın indiki rəhbərliyinin qərarıdır. İndi Prezident Əliyev mənə deyir: “Siz axı bilirsiniz ki, Ermənistan Qarabağın bizim olmasını tanıyıb”. Qarabağın statusu haqqında məsələ daha yoxdur, problem həll olunub, erməni rəhbərliyi bunu açıq bəyan edib və 1991-ci ildə Azərbaycan SSR çərçivəsində olan bütün əraziləri tanıyıb”. Rusiya lideri qeyd edib ki, Azərbaycan bütün məsələlərin ikitərəfli formatda həllinin tərəfdarıdır: “Azərbaycan rəhbərliyi Qarabağda etnik təmizləmə aparmaqda maraqlı deyil. Üstəlik, Azərbaycan Qarabağ ermənilərinin inteqrasiyası prosesinin “yumşaq” keçməsində maraqlıdır”.

Yeri gəlmişkən, Ermənistanın baş naziri Paşinyan həm ötən ilin oktyabr ayında Praqa, həm də bu ilin may ayında Brüsseldə keçirilən liderlərin görüşündə 1991-ci ildə imzalanmış Alma-Ata bəyanatına əsasən, Azərbaycanın 86.6 min kvadratkilometr ərazisini tanıdığını bəyan edib. Paşinyan bu mövqeyini sentyabrın 9-da bir sıra ölkələrin liderləri ilə telefon söhbətində də  təsdiqləyib. Lakin bununla belə, rəsmi İrəvan mütəmadi olaraq öhdəliklərini pozur, hərbi təxribatlar törədir, bölgədə gərginliyi artırır. Ermənistanın sülh gündəliyinə xələl gətirən, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş bəyanatlar, ritorika və təxribatlarının regionda davamlı sülhün bərqərar edilməsinə yönələn səy və təşəbbüslərə xələl gətirir. Ölkəmizin Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə sadiqlik nümayiş etdirməsinə baxmayaraq, Ermənistanın ölkəmizin daxili işlərinə qarışması qəbuledilməzdir. Eyni zamanda, Ermənistanın regionda “gərgin humanitar vəziyyət” və “blokada” olması ilə bağlı əsassız iddialar irəli sürməsi fonunda “Ağdam-Xankəndi” yolunun açılması ilə paralel olaraq Laçın yolundan istifadənin intensivləşməsi təklifinin rədd olunması vəziyyətin heç də humanitar deyil, əksinə siyasi xarakterli olduğunu göstərir.

Rusiyadan asılı olan Ermənistan

Rəsmi İrəvanın gülünc məntiqi belədir ki, qeyri-konstrukiv mövqe nümayiş etdirmələrini, təxribatlar törətmələrini Rusiya dəstəkləməlidir. Amma unudurlar ki, normal dövlət heç vaxt belə addım atmaz. Bütün bunlara görə Ermənistan hakimiyyəti Rusiyadan incik düşüb. Nə qədər incisə də, Ermənistanın Rusiyadan asılı olduğu bütün dünyaya məlumdur. Bu səbəbdən də Ermənistan Rusiyanın forpostu hesab olunur. Rusiyanın 102-ci bazası bu ölkədə yerləşir. Eləcə də hazırda Rusiyanın bir sıra böyük şirkətləri, o cümlədən “Qazprom”, “3nter RAO YES”, “RJD”, “Bank BTB”, “Rossiyskiy alüminium” şirkətləri və digərləri Ermənistan iqtisadiyyatına böyük investisiyalar yatırıblar və bütövlükdə, bu ölkənin iqtisadi sektorunun sahibinə çevriliblər. Hazırda Ermənistan iqtisadiyyatı tamamilə Rusiyadan asılıdır. Rusiyanın yardımları hesabına yaşayan bir ölkənin əhalisinin sürətlə köç etməsi, iqtisadiyyatı çökməsi, insanlar arasında sosial-ideoloji savaşın başlanması, dövlətin kriminal qruplar tərəfindən idarə olunması artıq erməni dövlətçiliyinin sonu deməkdir.

Bir sözlə, Paşinyan hakimiyyətinin nə deməsindən asılı olmayaraq, Ermənistan Rusiyadan asılı vəziyyətdə qalmaqda davam edir. Rəsmi İrəvanın bütün dövrlərdə qeyri-konstruktiv siyasət aparması, bütün qonşuları ilə normal münasibətlər qurmaması, ərazi iddiaları ilə çıxş etməsi Ermənistanın hər zaman ziyanına olub. Bu  səbəblərdəndir ki, ermənilər həmişə müəyyən beynəlxalq güclərin əlində alət olaraq qalıblar. Bu gün də belədir. Əgər Ermənistan düşdüyü ağır vəziyyətdən çıxmaq istəyirsə, qonşularına qarşı ərazi iddiaları ilə çıxış etməməli, onlarla sülh şəraitində yaşamalıdır.  

NARDAR

Paylaş:
Baxılıb: 559 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31