Sülhün və sabitliyin yeganə yolu...
15.09.2023 [11:10]
Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi rəsmi İrəvanın iddialarına cavab verib
NARDAR
Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi Ermənistan Xarici İşlər Nazirliyinin ölkəmizə qarşı əsassız bəyanatına münasibət bildirib. Xatırladaq ki, Ermənistan XİN bəyanatında iddia olunur ki, guya Azərbaycan bu gün Cənubi Qafqazda sülhü və sabitliyi təhdid edir. “Bu günlərdə sosial şəbəkələrdə yayılan bir çox videolar sübut edir ki, Azərbaycan Ermənistanla dövlət sərhədi və Qarabağla təmas xətti boyunca qoşun və iri çaplı hərbi texnika cəmləşdirir. Eyni zamanda, Azərbaycan tərəfindən ER SQ mövqelərinin hədəfə alınması və Qarabağda atəşkəs rejiminin pozulması halları xeyli artıb”-deyə bəyanatda həqiqətdən tamamilə uzaq iddilar səsləndirilib.
Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi isə bu bəyanata cavabında bəyan edib ki, Ermənistan həm sözdə, həm də əməldə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməlidir. Bildirilib ki, Ermənistan xarici işlər nazirinin bu ilin iyulunda etdiyi son çıxışından sonra rəsmi İrəvandan konstruktiv yanaşma gözlənilirdi: “Təəssüf ki, Ermənistan Azərbaycanla əldə olunmuş razılaşmaların həllindənsə, öz köhnəlmiş münaqişə hekayələrini təbliğ etmək üçün müxtəlif platformalardan istifadə edir. Və Azərbaycana qarşı dezinformasiya və böhtan kampaniyası aparır. 2020-ci ilin noyabrında imzalanan üçtərəfli bəyannaməyə əməl etməkdən boyun qaçırır”.
Qeyd edilib ki, Azərbaycan sülh gündəmini irəli aparmaq üçün güclü siyasi iradə nümayiş etdirir. Ermənistan isə Azərbaycanla münasibətlərin normallaşması prosesində ciddi problemlər yaradır. 30 ildir bu ölkəni xarakterizə edən model - danışıqların imitasiyası, geriyə addım vasitəsilə əvvəlki müqavilələrdən və götürülmüş öhdəliklərin icrasından yayınma, eləcə də müxtəlif siyasi, hərbi və digər təxribatlara əl atmaqdır. Ermənistan bir məqsəd güdür: Azərbaycan ərazisində separatizmi bütün mümkün vasitələrlə dəstəkləmək. Ermənistan vaxt itirir və bütün istiqamətlərdə danışıqlarda irəliləyişə nail olmağa yönəlmiş real addımlardan qaçır. Bu ölkə iki il yarımdır ki, Laçın yolundan qeyri-qanuni daşınmalar üçün sui-istifadə edir. Hətta buraya humanitar məqsədlərlə göndərilmiş yüklərin qarşısını almağa çalışır. Bu azmış kimi, Beynəlxalq Ədalət Məhkəməsindən və digər qurumlardan öz məqsədləri üçün istifadə etməyə çalışır.
Vurğulanıb ki, bütün hallarda, istisnasız olaraq, Ermənistan tərəfi əvvəllər əldə edilmiş razılaşmaları müxətlif bəhanələrlə pozub: “Vəziyyəti süni şəkildə uzatmaq, gərginliyi artırmaq və nəticədə normallaşma prosesini pozmaqla Ermənistan həyasız siyasi kampaniya aparır. Demək olar ki, 10 minlik erməni ordusu qeyri-qanuni olaraq Azərbaycan ərazisində qalmağa davam edir. Onlarda tank və digər zirehli texnika avadanlıq, iki yüzdən çox ağır artilleriya qurğusu, o cümlədən çoxsaylı raket sistemləri, onlarla müxtəlif növ elektron döyüş sistemləri, hazırda xidmətdə olan təxminən iki yüz minaatan var. Ermənistan beynəlxalq öhdəliklərini pozaraq bu dəstələrə texniki, hərbi, maddi-texniki və maliyyə dəstəyi göstərir. Azərbaycan ərazisindəki birləşmələr birbaşa Ermənistanın dövlət büdcəsindən maliyyələşdirilir. Son günlər biz hərbi təxribatların daha da intensivləşdiyinin şahidi oluruq. Ermənistan yeni səngərlər qazır, istehkamlar tikir”.
Daimi Nümayəndəlik beynəlxalq ictimaiyyəti və ATƏT-in iştirakçısı olan dövlətlər Ermənistanı sülh danışıqlarına təşviq etmək üçün zəruri təcili tədbirlər görməyə çağırıb: “Ermənistanın sülh prosesinə xələl gətirən hərəkətləri beynəlxalq ictimaiyyət tərəfindən pislənilməlidir. Onu sülhə məcbur etmək üçün əlavə səylər göstərilməlidir. Regionda sülh və sabitliyə nail olmağın yeganə yolu budur. Ermənistan silahlı qüvvələri Qarabağ bölgəsindən qeyd-şərtsiz və tam çıxarılmalıdır”.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

