Ermənistan öz gələcəyini düşünürsə...
27.09.2023 [10:10]
Bakı və Ankaranın sülh təşəbbüslərinə adekvat cavab verməlidir
Türkiyə Prezidentindən İrəvana çağırış
Hazırda Cənubi Qafqaz aktiv geosiyasi proseslərin cərəyan etdiyi məkan olaraq qalır. 44 günlük Vətən müharibəsində Azərbaycanın öz torpaqlarını erməni işğalından azad edərək qələbə qazanması regiondakı siyasi və hərbi vəziyyəti əhəmiyyətli dərəcədə dəyişib. Ölkəmizin yaratdığı yeni reallıqlar isə bölgənin sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinə çevrilməsini təşviq edir. Bu baxımdan, Prezident İlham Əliyev tərəfindən irəli sürülən təşəbbüslər tarixi - siyasi əhəmiyyət daşıması ilə yanaşı, Cənubi Qafqazın yeni konfiqurasiyasını bilavasitə müəyyənləşdirməyə xidmət edir. Ölkəmizin açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyi və təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. Azərbaycanın bu təşəbbüsləri qardaş Türkiyə tərəfindən də dəstəklənir və hər iki ölkə bölgənin tərəqqisi naminə sülh mühitini reallaşdırmağa çalışır.
Ümumiyyətlə, Azərbaycan və Türkiyənin təşəbbüsləri Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsinə xidmət edir. Bunun üçün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmalı, eləcə də Qarabağdakı erməni sakinlərimizin bizim cəmiyyətimizə inteqrasiya sürətləndirilməlidir. Artıq inteqrasiya prosesinə start verilib. NATO-nun ən güclü dövlətlərindən olan Türkiyənin bölgə ilə bağlı mövqeyi də prosesdə həlledici amillərdən biridir.
Sentyabrın 25-də Azərbaycana rəsmi səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvanda mətbuata bəyanatında deyib ki, bölgədə əhatəli normallaşma üçün yeni fürsət pəncərələri açılıb. Bu fürsətin dəyərləndirilməli olduğuna inamını ifadə edən cənab Ərdoğan Ermənistana çağırış edərək deyib: “Ermənistanın ona uzadılan sülh əlini tutmasını və artıq səmimi addımlar atmasını gözləyirik. Hər zaman vurğuladığım kimi, sülhün uduzanı olmaz. Bölgəmizdə sülh, sabitlik və rifahın yaranması xalqlarımıza olan borcumuzdur. Biz bu borcu yerinə yetirməkdə qətiyyətliyik, səmimiyik. Arzumuz qarşı tərəfin də eyni səmimiyyəti göstərməsidir”.
Ümumiyyətlə, Cənubi Qafqazda sülhün təmin olunması üçün Türkiyə liderinin şəxsi təşəbbüsləri xüsusi vurğulanmalıdır. Bütün beynəlxalq tribunalardan sülh çağırışları edən, Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə də mütəmadi olaraq bölgədə sabitliyin təmin olunmasını müzakirə edir. Bu baxımdan, bir sıra yerli və xarici ekspertlər onun Soçidə Rusiyanın dövlət başçısı ilə keçirdiyi son görüşünün önəmini xüsusi vurğulayırlar. Rəcəb Tayyib Ərdoğan Naxçıvan şəhərindən Türkiyəyə dönüşü zamanı da təyyarədə səfərinin yekunları ilə bağlı türkiyəli jurnalistlərə bölgədə sülh məsələləri barədə açıqlamalar verib. O qeyd edib ki, 44 günlük Vətən müharibəsinin ardından bölgədə dayanıqlı sülh və sabitliyin təsis edilməsi yolunda yeni bir fürsət pəncərəsi açılıb: “Bu gözləntimizi sentyabrın 11-də telefon danışığı zamanı Ermənistanın baş naziri Nikol Paşinyana da ifadə etdim. Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və qonşuluq hüququna hörmətlə yanaşıldığı təqdirdə həll edilməyəcək heç bir problem görmürük. Azərbaycanla Ermənistan arasında nizamlanma prosesində irəliləyişin təmin edilməsi regionda normallaşmaya da böyük töhfə verəcək. Cənubi Qafqazda sabitlik, sülh və rifahın bərqərar olması üçün Azərbaycanla birlikdə fəaliyyətimizi davam etdirəcəyik”.
Beləliklə, hazırkı yeni geosiyasi reallıqlar şəraitində Türkiyənin bir sıra coğrafiyalarda, o cümlədən Cənubi Qafqazda təsir imkanları artır. Qarşıdakı dövrdə proseslərin inkişafı Türkiyənin Cənubi Qafqaz regionundakı sülh prosesinə də ciddi töhfə verəcəyini deməyə əsas verir. Bir sözlə, Türkiyə artıq regional müstəvidə deyil, qlobal səviyyədə öz sözünə sahib olan dövlətlərdən sayılır. Bu, regionun digər böyük aktorları tərəfindən də etiraf olunur. Bütün bunların fonunda Türkiyənin Cənubi Qafqaz regionunda sülhün təmin olunması yönündəki təşəbbüslərin reallığa çevrilməsi ehtimalı güclənir. Ermənistan anlamalıdır ki, onun gələcəyi Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçir. Ona görə də, rəsmi İrəvan Bakı və Ankaranın sülh çağırışlarına tezliklə əməl etməlidir. Çünki zaman Ermənistanın əleyhinə işləyir və bölgədəki son proseslər də bunu birmənalı olaraq təsdiqləyir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

