Bədbəxt hadisə, yoxsa məqsədli təxribat?
27.09.2023 [10:20]
Ketrinin yuxusuna haram qatan “Parisli dərviş” də ola bilər...
NARDAR
Sentyabrın 25-də Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində çoxlu sayda ölən və yaralananların olduğu bildirilir. Bununla əlaqədar yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.
Hələ ki, sözügedən partlayışın baş verməsinin səbəbləri barədə dəqiq məlumat olmasa da, bunun böyük ehtimalla təxribat olduğunu söyləmək mümkündür. Ekspertlər hesab edirlər ki, hadisənin erməni separatçılarının qalıqları və onların xarici havadarları tərəfindən təşkil edilməsi istisna deyil. Burada əsas diqqətçəkən məqamlardan biri partlayışdan sonra bir sıra fərqli nüansların ortaya atılması oldu. Əgər partlayış hazırlanmış təxribatın nəticəsidirsə, bunun arxasında ən əsas sülhə mane olmaq kimi çirkin bir niyyət dayanır. Bütün bunların fonunda partlayışın arxasında öz terrorçu mahiyyətindən əl çəkməyənlərin dayandığını ehtimal etmək olar. Digər tərəfdən, ən əsas şübhələr Cənubi Qafqaza sülhün gəlməsinə mane olmağa çalışan “xarici qüvvələr”ə tərəf yönəlir. Hər ay Azərbaycanı “BMT-yə şikayət edən” bu qüvvələr onsuz da son addımları ilə yaranan situasiyadan, əsasən də Ermənistanın sülh anonslarından narahatlıqlar keçirir. Məsələn, bir neçə gün öncə Laçın postunun önündən kor-peşman geri qayıdan “Paris TIRları”nın içində gizlənən “çirkin niyyət” özünü fərqli şəkildə biruzə verə bilər. Beləliklə, bu təxribatın ermənilərin xarici havadarının “xeyir-duası” ilə təşkil olunması ehtimalı gündəmə gəlir. Sirr deyil ki, həmin “dairə” və ya “ölkə” Ermənistanın, xunta rejiminin əli ilə regiona gəlmək üçün dəridən-qabıqdan çıxmışdı. Azərbaycanın qətiyyətli mövqeyi isə buna imkan vermirdi. Hətta Qarabağın erməni sakinlərinə guya “canıyananlıq edən” belələri üçün öz maraqları ən öndə gəlir. Bir neçə gün öncə Azərbaycan Ordusunun keçirdiyi antiterror tədbirləri nəticəsində Qarabağdakı qanunsuz rejimin təslim olması həmin dairələrin işini çətin duruma salıb. Çünki artıq Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası başlayıb. Bu istiqamətdə praktiki addımlar atılır. Ona görə də, mümkün təxribatlar törətməklə Azərbaycanı hədəfə almağa çalışırlar. Təsadüfi deyil ki, Xankəndidə yanacaqdoldurma məntəqəsində partlayış baş verdikdən sonra bəziləri saxta narahatlıqlarını “həyəcanla” ifadə edirdilər. Məsələn, partlayış baş verən gecə deyəsən, Fransanın xarici işlər naziri Ketrin Kolonnanın gözünə yuxu getməyib. Deyəsən, o hamıdan əvvəl bu partlayışdan xəbər tutubmuş. O, özünün X hesabında yazıb: “”Dağlıq Qarabağ, bütün düşüncələrim bu axşam yanacaq anbarında baş verən partlayışın qurbanları ilə. Fransa təcili yardım göndərməyə hazırdır. Azərbaycan humanitar yardımın dərhal əldə olunmasını təmin etməlidir”. Bu, üç cümlədə Fransanın məqsədi açıq-aydın görünür. Qeyd edildiyi kimi, Azərbaycan aprelin 23-də Laçın sərhəd nəzarət-buraxılış məntəqəsi yaratdıqdan sonra Fransa nümayəndələrinin Qarabağa qanunsuz səfərlərinin, daşımaçılığının qarşısı alınmışdı. İndi isə Xankəndidəki partlayışdan istifadə edib “humanitar yardım” adı ilə Qarabağa yenidən daxil olmağa çalışırlar. Kalonnanın yuxusuna haram qatan “Parisli dərviş”in partlayışda əlinin olub-olmaması isə araşdırmalarla ortaya çıxacaq...
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

