Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Sərhəd tanımayan erməni terroru

Sərhəd tanımayan erməni terroru

06.10.2023 [10:31]

Bu dəfə hücuma İrəvandakı sinaqoq məruz qalıb

Mübariz FEYİZLİ

Son üç onillik ərzində Cənubi Qafqaz coğrafiyasını müharibə təhdidləri ilə üzə-üzə qoyan Ermənistan monoetnik dövlətdir. Burada multikulturalizmin əleyhinə olan davranışlar, başqa dinlərə  dözümsüz münasibət dövlət siyasəti səviyyəsinə yüksəldillib. Xüsusilə də cəmiyyətdə Türkiyəyə, Azərbaycana və onlara dost olan dövlətlərə qarşı nifrət açıq şəkildə təşviq olunur. Bunun daha bir təzahürü oktyabrın 3-də İrəvanda sinaqoqun hücuma məruz qalmasıdır. Yəhudilərin “Allah evi” olan sinaqoq məqsədli şəkildə təhqir edilib - binanın üzərinə maye tökülüb və şüşələri sındırılıb.

İrəvanda yəhudilərin “Allah evi”ni kim təhqirlərə məruz qoyub?

Ermənistan dövləti multikulturalizmlə bir araya sığmayan siyasətini adətən erməni terror təşkilatları vasitəsilə həyata keçirir. Burada məqsəd iz azdırmaqdır - guya dövlətin bu kimi yaramaz işlərdə əli yoxdur. Oktyabrın 3-də İrəvanda sinaqoqun təhqirlərə məruz qalmasının məsuliyyətini də “Ermənistanın Azadlığı Uğurunda Gizli Erməni Ordusu” (ASALA) terror təşkilatı öz üzərinə götürüb. ASALA terror təşkilatının bununla əlaqədar yaydığı məlumatda hücum “İrəvandakı Ümumdünya yəhudi mərkəzinə qarşı uğurlu qorxutma əməliyyatı” adlandırılıb.

“Yəhudilər Ermənistan dövlətinin və erməni xalqının qəddar düşmənidir. Bu xəbərdarlıqdır: oktyabrın 3-də İrəvandakı uğurlu əməliyyatımız hələ başlanğıcdır. Bu, ciddi öhdəliklərimizin sadəcə, bəyanıdır. Hər bir ravvin bizim diqqət mərkəzimizdə olacaq”, - deyə  terror təşkilatının yaydığı  məlumatda vurğulanır.

ASALA bildirib ki, İsrail hökuməti Azərbaycanı dəstəkləməyə davam etdiyi təqdirdə Avropa, ABŞ, Kanada və Gürcüstandakı İsrail yəhudilərinə qarşı müharibə aparacaq. “Heç bir İsrail yəhudisi bu ölkələrə gedəndə özlərini təhlükəsizlikdə hiss etməyəcək”, - deyə məlumatda qeyd olunub.

Baş verən hadisə erməni cəmiyyətində antisemitizmin daha bir əyani sübutudur. Təxribat hadisəsi, həmçinin Ermənistanda fərqli etnik kimlik və dini etiqad mənsublarına qarşı tolerantlığın olmadığını göstərir. Məlum olduğu kimi, ermənilər özləri barədə “mədəni xalq” mifi uydurublar. Ancaq bu mifə ən yaxşı halda bədnam “miatsum” xəstəliyinə tutulan ermənilərin özləri inana bilərlər. Ermənilərin vəhşi tayfalara xas olan izlərini Azərbaycanın üç onillik ərzində işğal altında qalan ərazilərində görmək mümkündür. Təxminən 11 min kvadratkilometr ərazidə daş-daş üstündə qalmayıb, hər şey dağıdılıb. Sanki bu yerlərdən vəhşi tayfalar köç ediblər və yolları üstündə hər şeyi viran qoyublar. Verilən statistik məlumatlara əsasən, ermənilər öz nəzarətlərində saxladıqları ərazilərdəki 65 tarixi mədəni-dini abidəni məhv ediblər. İndi isə erməni vandallarının hücumuna İrəvandakı sinaqoq tuş gəlib. Budurmu ermənilərin mədəni siması? Heç mədəni xalq sivilizasiya nümunəsinə əl qaldırmağı özünə sığışdırarmı?

Dünyanın hər yerində olan erməni terror şəbəkəsi

Ermənilərin bədnam “miatsum” ideyalarının heç bir tarixi-faktoloji əsası yoxdur. Ortada yenə həqiqətdən və ədalətdən uzaq olan miflər var. Ermənilər dünya üzrə məşhur abidələrin yan-yörəsində onlara xas olan simvollar, xaçlar basdırırlar. Sonradan kilsələrdəki müvafiq xəritələr əsasında həmin simvollar erməni arxeoloqları tərəfindən üzə çıxarılır. Beləliklə də, simvolların “aşkarlandığı” ərazilərdə qədim hay tayfalarının yaşadığı və orada “mədəniyyət” yaratdığı iddiaları dövriyyəyə buraxılır, bu barədə qalaq-qalaq kitablar yazılır. Təbii ki, həmin yerlərə Ermənistan dövləti tərəfindən ərazi iddiaları da irəli sürülür. Azərbaycan bu bədnam ssenarini öz üzərində yaşayan ölkədir.

Aydın məsələdir ki, ermənilər özlərinin iddialarını gerçəkləşdirməyə çalışarkən maneələrlə üzləşirlər. Çünki onların istəkləri tarixi ədalətə, beynəlxalq hüquqa əsalanmır. Belə olan halda ermənilər bir qayda olaraq lobbi və terror təşkilatlarının xidmətlərindən yararlanırlar.  Onlar Avropanın məskunlaşdıqları   regionlarında bəzən açıq, bəzən də gizli fəaliyyət göstərən terror qruplaşmaları yaradıblar. “Erməni Soyqırımı Ədalət Komandanlığı”-JCAG, “Yeni Erməni Müqaviməti”- NAR və digər ekstremist qruplara məxsus erməni terrorçuları Fransa, İsveçrə, İtaliya, ABŞ, Livan, Türkiyə, İran və Böyük Britaniyada türk məmurlarına hücum etmiş, səfirlər də daxil olmaqla, 24 türk diplomatını qətlə yetirmişlər. Azərbaycanlı diplomatlar da zaman-zaman erməni terror şəbəkəsinin hücumlarına məruz qalıblar. 1970-ci ildən 1990-cı ilədək olan dövrdə erməni terror təşkilatları 70-dən çox insanın qətlə yetirildiyi, ümumilikdə 22 ölkədə 235-dən çox terror aktı törədiblər.

Ötən əsrin səksəninci illərinin sonlarından başlayaraq keçmiş Dağıq Qarabağ məsələsinin ortaya çıxması ilə erməni terror təşkilatlarının fəaliyyəti yenidən Azərbaycana istiqamətlənib. Erməni terrorçularının Azərbaycan ərazisində əsasən sərnişin avtobuslarının və metro qatarlarının partlayışları ilə müşahidə olunan terror aktları qeydə alınıb. 1991-ci ildə Ermənistan öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın keçmiş Dağlıq Qarabağ bölgəsinin, həmçinin yeddi ətraf rayonun ilhaqında terror vasitələrindən geniş istifadə edib. Erməni diasporu və xüsusi təhlükəsizlik xidməti orqanlarının maliyyəsi və təchizatı ilə Livan, Suriya, İran, Rusiya, Ukrayna, Yunanıstan, Bolqarıstan, Fransa və ABŞ-da yaşayan 6000-dən çox erməni Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalında fəal iştirak etmiş və bir milyondan çox azərbaycanlını öz evlərindən didərgin salmışlar. Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş terror aktlarının ən dəhşətlisi 26 fevral 1992-ci ildə bir gecədə 613 azərbaycanlının, o cümlədən 106 qadın və 63 uşağın vəhşicəsinə qətlə yetirildiyi Xocalı şəhərində baş verib.

Erməni terror təşkilatlarının siyahısında 1975-ci ildə əsası qoyulan “Ermənistanın Azadlığı Uğurunda Gizli Erməni Ordusu” təşkilatı türklərə və azərbaycanlılara qarşı xüsusi qəddarlığı ilə fərqlənir. ASALA-nın əsas məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Qarabağ bölgələrinin də daxil olduğu bir ərazidə “Böyük Ermənistan” dövləti qurmaqdır. Azərbaycan 44 günlük müharibədə qazandığı şanlı Qələbə, həmçinin sentyabrın 19-da Qarabağ bölgəsində keçirdiyi 23 saatlıq uğurlu lokal xarakterli antiterror tədbirləri ilə bədnam “Böyük Ermənistan” ideyasının üstündən birdəfəlik çalın-çarpaz xətt çəkib.

Paylaş:
Baxılıb: 481 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31