Azərbaycan layihəni dəstəkləyir
12.10.2023 [10:54]
Ölkəmizin nümayəndə heyəti 3-cü “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda iştirak edəcək
17-18 oktyabr tarixlərində Çinin paytaxtı Pekində 3-cü “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumu keçiriləcək. Çin Xarici İşlər Nazirliyinin açıqladığı məlumata görə, forumda bir neçə dövlət və hökumət başçısı, yüksək vəzifəli rəsmi şəxslər, beynəlxalq və regional təşkilatların rəhbərləri iştirak edəcək. Çin Xalq Respublikasının Sədri Si Cinpin forumun açılış mərasimində çıxış edəcək.
Forum çərçivəsində müxtəlif mövzularda bölmə iclaslarında “Bir kəmər, bir yol” təşəbbüsü üzrə əməkdaşlıq məsələləri müzakirə olunacaq. Forumda Azərbaycan nümayəndə heyəti də iştirak edəcək.
Qeyd edək ki, Çin Xalq Respublikası 2013-cü ildə Avrasiya ölkələri arasında infrastrukturun yaradılması və qarşılıqlı əlaqələrin qurulmasına yönələn “Bir kəmər, bir yol” adlı yeni iqtisadi inkişaf strategiyası elan edib. Strategiya iki əsas inkişaf istiqamətini nəzərdə tutur. Bunlardan biri “İpək Yolu İqtisadi Kəməri”, ikincisi isə “Dəniz İpək Yolu”dur. Burada söhbət malların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması üçün ticarət dəhlizinin yaradılmasından gedir.
Azərbaycan bu təşəbbüsü ilk dəstəkləyən ölkələrdən biri olmaqla yanaşı, özünün iqtisadi potensialı, əlverişli coğrafi mövqeyi, eləcə də nəqliyyat-logistika imkanları ilə onun icrasına önəmli töhfələr verir. Prezident İlham Əliyev 2015-ci ilin dekabrında Çində dövlət səfərində olarkən, iki ölkə arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb. “Bir kəmər, bir yol” təşəbbüsü üzrə ilk Beynəlxalq Əməkdaşlıq Forumu 2017-ci ildə keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ildə 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edib.
Avropa ilə Çin arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi önəmli infrastruktur layihələri “Bir kəmər, bir yol” təşəbbüsü və ümumilikdə regional əməkdaşlıq üçün böyük əhəmiyyət daşıyır. Bir müddət əvvəl istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti sayəsində Çindən Avropaya yüklərin daşınma müddəti xeyli azalıb. Bu, o deməkdir ki, Çindən daşınan yüklər iki həftə müddətində Azərbaycandan keçərək Avropaya çatır. Bakı-Tbilisi-Qars layihəsi həm də Azərbaycanın dəmir yolu nəqliyyatı sahəsində çox mühüm rol oynadığını nümayiş etdirir.
Hələ 2018-ci il oktyabrın 17-də Çində keçirilən İpək Yolu Biznes Sammitində “Bir kəmər, bir yol” layihəsi çərçivəsində ticarətin təşviq edilməsi məqsədilə beynəlxalq nəqliyyat dəhlizinin birgə qurulması mövzusunda paneldə çıxışı zamanı Avrasiya məkanında mühüm geostrateji mövqedə yerləşən, zəngin iqtisadi və ticari əlaqələri olan Azərbaycanın və Bakı Limanının “Bir kəmər, bir yol” meqalayihəsi çərçivəsində rolu, Limanda gedən müasirləşdirmə işləri haqqında sammit iştirakçıları məlumatlandırılmışdı. Bildirilmişdi ki, 2018-ci ilin may ayında Ələt qəsəbəsində açılışı həyata keçirilən liman ən son texnoloji avadanlıqlarla təmin olunub, müasir tələblərə cavab verən əməliyyat sistemləri ilə işləyir. Bu proqramlar yük sahiblərinə imkan verir ki, onlayn rejimdə yükün yerini və statusunu izləyə bilsin. “Bir kəmər, bir yol” layihəsi çərçivəsində bütün marşrutların tam rəqəmsal formata keçirilməsi ticarət dövriyyəsinə müsbət təsir göstərəcək.
Avropa ilə Asiya arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu isə təkcə Azərbaycan, Gürcüstan və Türkiyə üçün deyil, ümumilikdə Avrasiya regionunda yerləşən ölkələr üçün də iqtisadi baxımdan yeni imkanlar açır. Dünyanın ən böyük ixracatçı və ikinci ən böyük idxalçı ölkəsi olan Çinin də bu dəmir yoluna marağı yüksəkdir. Həmçinin bu dəmir yolu “Bir kəmər, bir yol” strategiyasının səmərəliliyini də artıracaq. Ona görə də, Çin bu dəmir yolu xəttinə böyük əhəmiyyət verir. Bir sözlə, Çin Azərbaycan vasitəsilə Avropaya daha sürətli çıxış əldə etmiş olur.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Gündəm
05 May 15:28
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44

