Obyektiv qərar verilməlidir!
14.10.2023 [10:50]
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın saxta iddialarını rədd etməlidir
NARDAR
Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etməklə regionda yeni reallıqlar yaradıb. Artıq bir çox ölkələr və beynəlxalq təşkilatlar dövlətimizin yaratdığı yeni reallıqları qəbul edir, Azərbaycanın Cənubi Qafqazda sülh və əməkdaşlıq təşəbbüslərini dəstəkləyirlər. Lakin Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini təmin etməsi, artan gücü Ermənistanı və onun havadarlarını ciddi şəkildə narahat edir. Xüsusilə, ötən ay 24 saatlıq antiterror tədbirləri nəticəsində Qarabağda qanunsuz erməni silahlı birləşmələrinin təslim olması və qanunsuz rejimin özünü buraxması Ermənistana və havadarlarına rahatlıq vermir. Məhz bu səbəbdən də vaxtaşırı olaraq ölkəmiz haqqında obyektivlikdən kənar məlumatlar dövriyyəyə buraxılır.
Nə qədər paradoksal olsa da, Ermənistan Azərbaycanın antiterror tədbirləri ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə şikayət edib. Oktyabrın 12-də isə Beynəlxalq Ədalət Məhkəməsində İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi (Ermənistan Azərbaycana qarşı) haqqında ictimai dinləmələrin keçirilib.
Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Azərbaycana qarşı müraciəti üzrə dinləmələrdə çıxış edərkən bildirib ki, sentyabrın 19-20-də keçirilən lokal antiterror tədbirləri Qarabağda qanunsuz fəaliyyət göstərən erməni hərbi birləşmələri tərəfindən törədilən ciddi təhlükəsizlik təhdidləri səbəbilə baş verib. Nazir müavini qeyd edib ki, 10 noyabr 2020-ci ildəki üçtərəfli bəyanatda Ermənistanın Rusiya sülhməramlılarının yerləşməsinə paralel olaraq Qarabağdan öz qüvvələrini çıxarması tələbi açıq şəkildə göstərilib. Lakin Ermənistan təxminən üç il Azərbaycanın suveren ərazisindəki qanunsuz hərbi birləşmələrə dəstəyini davam etdirib. Bu ilin iyulunda Ermənistanın Təhlükəsizlik Şurasının katibi Ermənistan qoşunlarının hələ də Qarabağda fəaliyyət göstərdiyini etiraf edib və onların bir neçə ay sonra geri çəkiləcəyini bəyan edib ki, bu, faktiki olaraq heç vaxt baş verməyib.
Elnur Məmmədov lokal antiterror tədbirlərinə qədərki bir neçə həftə ərzində Ermənistan qüvvələrinin Qarabağdakı fəaliyyətinin intensivləşdiyini, bu qüvvələrin döyüş hazırlığı vəziyyətinə gətirildiyini, yeni döyüş istehkamları, səngərlər hazırladığını və Azərbaycanın hərbi mövqelərinə yaxın minalar yerləşdirdiyini qeyd edib.
Onu da qeyd edək ki, Ermənistanın müraciəti əsasında dinləmələrin keçirildiyi saatlarda Azərbaycan icması Niderlandın Haaqa şəhərində Beynəlxalq Ədalət Məhkəməsinin önündə “Biz sülh istəyirik!” adlı dinc etiraz aksiyası təşkil edib. Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə baş tutan aksiya Ermənistanın cəfəng iddialarına və anti-Azərbaycan kampaniyasına etiraz məqsədilə keçirilib. Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan aksiyada çıxış edənlər Ermənistanın 30 ilə yaxın müddət ərzində Azərbaycana və xalqımıza qarşı törətdiyi qəsbkarlıq, təcavüz, etnik təmizləmə, soyqırımları siyasətini, vandallıq aktlarını, mina terrorunu xatırladıblar. Etirazçlar Beynəlxalq Ədalət Məhkəməsindən Ermənistanın saxta iddialarını rədd etməyi, multikultural və sülhsevər Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmağı tələb ediblər.
Aksiya zamanı “Qarabağ Azərbaycandır!”, “Azərbaycanın ərazi bütövlüyünə hörmət edin!”, “Erməni separatçılığına son qoyulsun!”, “Anti-Azərbaycan kampaniyasına son verin!”, “Azərbaycan sülh istəyir, Ermənistan müharibə istəyir!”, “Xocalını unutma!”, “Cəncə terroru Ermənistan terrorunun nümayişidir!”, “Ruben Vardanyan terrorizmin maliyyəçisidir!”, “Dünya Gəncə terroruna susur!” və sair şüarlar səsləndirilib.
Ümumiyyətlə, rəsmi Bakı tərəfindən dəfələrlə bəyan olunduğu kimi Qarabağda keçirilən antiterror tədbirləri beynəlxalq hüquq normaları çərçivəsindədir. Azərbaycan digər ölkələr kimi öz ərazisində qanunsuz hərbi birləşmələrin, separtizmin qarşısını almaq hüququna sahibdir. Ona görə də, Beynəlxalq Ədalət Məhkəməsi obyektiv qərar qəbul etməlidir.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

