Seçim Ermənistanındır...
28.10.2023 [10:37]
Ya, sülh imzalayıb kupça almalı, ya da...
Bu ilin payızı bəlkə də Cənubi Qafqazın müasir tarixinin yeni və dönüş mərhələsinə çevrildi. Sentyabr ayında Qarabağda reallaşan lokal antiterror tədbirləri 30 ilə yaxın davam etmiş erməni spearatizminin kökünü qazıdı - nəticədə Cənubi Qafqazın sakit, sabit və təhlükəsiz inkişafı üçün fürsət qazandı. Artıq imperialist güclər bölgəyə müdaxilə üçün separatizm kartından istifadə edə bilməyəcək - Azərbaycan həm də regiona uzanan xain əlləri kəsdi. Yaranan siyasi situasiya isə daha çox Ermənistan üçün perspektivlər formalaşdırır - bölgəsəl əməkdaşlığa “hə” deyəcəyi, Azərbaycanla münasibətləri normallaşdıracağı təqdirdə Ermənistan özü üçün də yeni üf?qlər kəşf etmək imkanı qazanacaq. Formal müstəqillik əldə etməsindən ötən 30 il ərzində bu “dövlət” özünü müstəqil subyekt kimi hələ də tam xarakterizə edə bilməyib və bunun da səbəbləri var:
- İrəvanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq hər kəs hansısa bir gücün qarşısında “əl-pəncə” dayanmağı əsas qayə hesab edib;
- Cəmiyyəti yalan ideologiya ilə zəhərləyərək regional birliyin yaranmasına mane olublar;
- Böyük güclər Ermənistan cəmiyyəti üçün ən zərərli nəsnə sayılan “erməni kartı” sindromu formalaşdırıb - onlar üçün yalan tarix, yalan keçmiş, olmayan “dövlətçiliklə” bağlı nağıllar uydurulub. Bu isə ermənilərin reallıq hissinin itməsinə gətirib çıxarıb.
Bu gün “Zəngəzur dəhlizi” üzərindən manipulyasiya etməyə çalışan Ermənistan düşünməlidir ki, Fransanın “çətiri” ona iqtisadi-siyasi azadlıq vəd etmir. Əksinə, Paşinyanın da aylar öncə etiraf etdiyi kimi, onsuz da “kupçasız dövlət” sayılan Ermənistan bu yolla özünü uçurumun düz kənarına gətirib çıxaracaq - ən yaxşı halda Fransa və başqa maraqların “dəyənəyi”nə çevirəcək. Halbuki, Azərbaycan İrəvana humanizm və sülh əlini uzatmaqla onların dövlət kimi təşəkkül tapmasına imkan yaradır, onların beynəlxalq münasibətlər sisteminin müstəqil subyektinə çevrilməsini şərtləndirir və nəhayət, 30 ildən sonra da olsa, “kupça” alaraq dünyanın dövlətçilik tarixində yer almasına zəmin formalaşdıracaq. Hətta dünya siyasətində belə “erməni yalanı” adlı termin var - “ağ yalanlar”ın kompleks şəkildə ortaya “erməni ideologiyası” kimi bir xəstə təfəkkür qoymasının qarşısını almaq üçün mühüm mərhələ yetişib. Ermənistan bundan istifadə etsə...
Ermənistan özü də anlayır ki, yaxın 300-500 ildə regionda yoxdur. Boş-boş taftologiyalara qapılıb özünü “dünyanın ari irqi” elan etməklə iş bitmir - müasir erməniliyin ən böyük bəlası da özləri haqda miflər, əfsanələr uydurmaqdan ibarətdir. Tarixin gözünə düz baxmaqdan hər zaman qorxan ermənilər faktları təhrif etməklə nəyəsə nail olacaqlarını düşünürlər - amma həqiqət onları qarabaqara izləyir.
Bu günün prizmasından tarix daha aydın görünür. Azərbaycanın ortaya çıxardığı həqiqətlər Ermənistanın xəstə ideoloji təsəvvürləri ilə yanaşı, gələcəyini də sual altına qoymaq təhlükəsinin siqnalını verir. Azərbaycan bu dövlətin xilası üçün yol xəritəsi göstərir - boyunduruqdan azad olması üçün zəmin yaradır. Bögənin ümumi inkişaf tempinə uyğunlaşdırmanın üsullarını təlim edir. Amma Ermənistan ona edilən bu yaxşılıqları görməzdən gəlir, bu dəfə Fransanın yedəyində bölgə üçün təhdid olmaq “qərarı verir”. Amma İrəvan düşünməlidir - bu dəfə bir az daha artıq düşünməlidir. Çünki nə zaman o zaman deyil, nə də Qafqaz o Qafqaz deyil. Cənubi Qafqaz bu gün müasir münasibətlər sisteminin fəal və müstəqil aktoru kimi çıxış etmək imkanına malikdir. Cənubi Qafqaz bu gün dünyanın yeni iqtisadi nizamının mərkəzində yer alır. Bundan faydalanmaq imkanı olan Ermənistanın başı isə qoltuqlara sığınmağa qarışıb. Azərbaycanla sülh Ermənistana 29 min kv.km-lik kupça verəcək. Proses isə onu göstərir ki, Paşinyan və komandası Ermənistana kupça almaq üçün ya maraqlı deyillər, ya da iradələri çatmır...
Nəticə etibarı ilə Ermənistan seçim qarşısındadır - ya, “layihə” olaraq onu gözləyəcək aqibətə razı olmalı, böyük güclərin, dövlətlərin maraqlarının və ya oyunlarının vasitəsi kimi istifadə olunmalı, ya da Azərbaycanla sülh müqaviləsi bağlayaraq bir dövlət kimi müstəqil subyektə çevrilməlidir...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

