Münaqişənin uzanmasında kim maraqlıdır?
02.11.2023 [11:00]
İmperialist dairələr öz maraqları naminə Yaxın Şərqdə sülh istəmir
NARDAR
Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır. Qəzza bölgəsində baş verənlər İsrail ilə Fələstin arasında 75 ildir ki, davam edən ədavətin bitməsi üçün indiyədək görülən bütün işlərin fiaskoya uğradığını göstərir. Hətta tərəflər arasında 1993-cü ildə bağlanmış sülh sazişindən sonra Yasir Ərəfat, İshaq Rabin və Şimon Peres Nobel sülh mükafatına layiq görülsələr də, məsələ öz köklü həllini tapmayıb.
Hazırkı proseslər isə müəyyən beynəlxalq güclərin bölgə üçün yeni planlar qurmasından xəbər verir. “Bloomberg” nəşrinin məlumatına görə, ABŞ və İsrail HƏMAS-ın məğlub olacağı təqdirdə Qəzzanın gələcəyini müzakirə edirlər. Nəşr öz mənbələrinə istinadən yazıb ki, ABŞ, Böyük Britaniya və Fransa hərbçilərinin daxil ola biləcəyi çoxmillətli sülhməramlı qüvvələrin Qəzza zolağına gətirilməsi variantı da nəzərdən keçirilir. Eyni zamanda, Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrian Uatson bildirib ki, belə bir variant müzakirə olunmur. Bundan əlavə, nəşrin mənbələrinin bildirdiyinə görə, Bayden belə bir qərarı siyasi baxımdan riskli hesab edərək, hətta kiçik qruplar şəklində də ölkə qoşunlarını İsrailə göndərmək istəmir.
Bununla belə, dövlət katibi Antoni Blinken Senatda deyib ki, Qəzza zolağına HƏMAS-ın rəhbərlik etdiyi status-kvoya qayıtmaq olmaz.
İsrailin Baş naziri Benyamin Netanyahu isə Qəzzadakı əməliyyatların qələbəyə qədər davam edəcəyini deyib. Bu barədə İsrail hökumət başçısı müraciətində bildirib: “Biz çətin müharibədəyik. Bu, uzun bir müharibə olacaq. Bizim mühüm nailiyyətlərimiz, eyni zamanda ağrılı itkilərimiz var. Bilirik ki, əsgərlərimizin hər biri ayrıca bir dünyadır. Bütün İsrail xalqı sizi, ailələrinizi ürəkdən qucaqlayır. Belə kədərli bir zamanda hamımız sizinləyik. Əsgərlərimiz müharibədə, evimiz uğrunda gedən müharibədə həlak olublar. Sizə İsrail vətəndaşlarına söz verirəm: işi başa çatdıracağıq. Qələbəyə qədər davam edəcəyik”.
Hazırkı qarşıdurma Qəzzada minlərlə günahsız insanın ölümünə səbəb olub. Bir sıra dövlətlər bölgədə atəşkəsin elan olunmasına, tərəfləri sülhə gəlməyə çağırır. Belə ölkələrdən biri Türkiyədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyətin ikinci əsrinin ilk hökumət toplantısından sonra xalqa müraciətində bildirib ki, “davam edən bu qarşıdurmanın qarşısının alınması bizim əsas vəzifəmizdir. Bunun üçün əvvəlcə atəşkəs elan edilməli, sonra daimi sülhə yolun açılması zəruridir. Bütün əlaqədar tərəflərin iştirakı ilə təşkil ediləcək Fələstin-İsrail Beynəlxalq Sülh Konfransının bunun üçün ən uyğun platforma olacağına inanırıq”.
O, Türkiyə adından region ölkələri ilə əməkdaşlıq çərçivəsində yeni təhlükəsizlik mexanizminin yaradılmasını zəruri hesab etdiklərini, bu addım atılacağı təqdirdə, məsuliyyəti öz üzərilərinə götürməyə hazır olduqlarını bildirib. Türkiyə Prezidenti indiyədək ölkəsindən Fələstinə 213 ton humanitar yardım göndərildiyini, Misirin Rəfah keçid məntəqəsi açıq olduğu təqdirdə, bu yardımların davam edəcəyini deyib.
Bütün bunların fonunda görünən odur ki, müəyyən beynəlxalq güclər Yaxın Şərqdə münaqişənin uzanmasında maraqlıdır. Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, həm Yaxın Şərqdə baş verən hadisələr, həm Rusiya-Ukrayna müharibəsinin davam etməsi, həm dünyanın digər coğrafiyalarındakı hərbi gərginliklərin yenidən alovlanma ehtimalları Üçüncü Dünya müharibəsinin kiçik bir nöqtəsində dayandığımızı söyləməyə əsas verir: “Ümumiyyətlə, həll edilməmiş konfliktlər hər zaman geniş çaplı hərbi eskalasiyalara səbəb ola bilir. Bu baxımdan da hətta İsraillə HƏMAS arasında, Fələstin arasında hansısa bir razılaşma, sülh, atəşkəs belə olsa, problemin dərin siyasi köklərinin həll edilməməsi bu münaqişənin sonlanmamasına və sonrakı dövrlərdə növbəti dəfə davam etməyinə səbəb ola bilər. Bu baxımdan hesab edirəm ki, hazırda bizim müşahidə etdiyimiz tendensiyalar dünyanın kifayət qədər təhlükəli bir areala daxil olduğunu göstərir”.
Politoloq qeyd edib ki, hazırkı gərginliklər çox ciddi çağırışları özündə ehtiva edir və bütün dünya üçün ciddi təhdidlər formalaşdırır: “Yaxın Şərqdə mövcud münaqişənin uzanmasında maraqlı olan xarici qüvvələr var. Bəzi dövlətlər HƏMAS-a dəstək verir və elə düşünürlər ki, problem nə qədər uzanarsa, İsrail üzərində üstünlük əldə etmək mümkün olacaq. Amma İsrailin təklənməsinə Qərb koalisiyası heç vaxt razı olmayacaq. Eyni zamanda, Qərbin imperialist dairələri də bu gərginlik fazasını alovlandırır. Bu dairələr İsraildən istifadə edərək HƏMAS və “Hizbullah”ı məhv etməyə çalışırlar. Bütövlükdə, Yaxın Şərqdə münaqişənin uzanması həmin imperialist dairələrin öz qlobal maraqlarını təmin etmək üçün bir vasitədir. Əzilən və əziyyət çəkən isə hər iki tərəfdən sadə xalqdır”.
Xəbər lenti
Hamısına baxDünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41

