Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Kül” ilə oynamaq həvəsi...

“Kül” ilə oynamaq həvəsi...

03.11.2023 [10:56]

Avropa Parlamentinin fransız “quyusu”...

Korrupsioner mahiyyəti ilə “ad çıxarmış” Avropa Parlamenti növbəti dəfə özünün çirkin, beynəlxalq hüquqa qarşı hörmətsiz davranışını ortaya qoydu - qurumun bəzi “deputatlarının” tutduğu “yola” başqa ad vermək olmaz. Avropa Parlamentinin deputatları Nikolas Bay, Mariyon Marişal və Vinçenzo Sofonun riayət etməli olduqları bütün qayda və davranış normalarını pozaraq separatizmin yenidən dirçəldilməsinə cəhdlər göstərir. Ermənistana səfəri zamanı Azərbaycan torpaqlarında vaxtilə mövcud olmuş, dövlətimizin gücü və səyi ilə ləğv edilmiş qondarma xunta üzvləri ilə görüşən bu “deputat”ların hərəkətləri Azərbaycan cəmiyyətində birmənalı olaraq etirazla qarşılanıb. Hər zaman özünün korporativ maraqları müstəvisindən çıxış edən Avropa Parlamentinin üzvlərinin bu növbəti ədalətsiz və beynəlxalq hüquqa qarşı mövqeyinin əsasında nə dayanır?

İrqçi Zemmourun “siyasi vəliəhdi”...

Vurğulamaq lazımdır ki, Ermənistanda baş tutan bu görüşdə iştirak edən avroparlament üzvlərinin “sicili” onlar haqda hər şeyi deyir - məsələn, Nikolas Bay Fransa parlamentinin qatı ermənipərəst üzvlərindəndir. Bu şəxsin seçki prosesinin belə erməni lobbisi tərəfindən yürüdüldüyü, onların dəstəyi ilə Avroparlament üzvü seçildiyi də bəllidir. Digər şəxs Mariyon Marişal isə “Yenidən fəth” (Reconquete) partiyasının siyahısına rəhbərlik edib - bu partiyanın əsası isə ötən il Fransada prezidentlik seçkisinə qatılan Erik Zemmur tərəfindən qoyulub. Zemmur hələ iki il öncə irqçi ayrı-seçkiliyi təbliğ edən şəxslərdəndir - o bildirmişdi ki, prezident seçiləcəyi təqdirdə, xüsusilə müsəlman adlarını qadağan etmək üçün ciddi tədbirlər görəcək. İrqçi ifadələr səsləndirən Zemmour “bir fransızın oğluna Məhəmməd deməyə haqqı olmayacaq. Müsəlmanlara yeni doğulan övladlarına Məhəmməd adını qoymağı qadağan edəcəyik”, - deyə vurğulamışdı.

Belə bir şəxsin siyasi “vəliəhdi”ndən gözlənti isə çox ola bilməz. Bu kimi irqçi partiyanın təmsilçisinin Avropa Parlamenti kimi özünü “demokratiyanın keşikçisi” adlandıran qurumda iştirakı böyük sual doğurur...

Əsassız iddialar...

Ermənistanda baş tutan “görüşdə” də səslənən fikirlər birmənalı şəkildə irqçiliyə və ayrı-seçkiliyə yönəlik olub - erməni mətbuatının yaydığına görə, onlar Azərbaycan və Türkiyənin “xristian izlərini” silməsindən “qorxduqların”, “narahat olduqların” deyiblər.

Təbii ki, bu elə Avroparlamentin özü boyda bir yalandır - birincisi, Azərbaycan və ya Türkiyə Ermənistanda fərqli olaraq tarixi - dini abidələri məhv etmir, əksinə qoruyur, mühafizə edir. Ortada onlarla sübut kimi irəli sürüləcək fakt var. O ermənilərdir ki, nə dini, nə də tarixi abidələrə hörmət göstərir - onların vandal hərəkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki 70-ə yaxın məscidə vurduqları ziyandan da məlum olur.

Fransanın “Avroparlament oyunu”...

Adıçəkilən şəxslərin Ermənistana səfəri, ləğv edilmiş qondarma xunta üzvü ilə görüşü əvvəlcədən planlaşdırılmış təlimat əsasında baş tutub - oktyabrın əvvəlində Azərbaycana qarşı Avropa Parlamentinin qəbul etdiyi qondarma “qətnamənin” davamı məhz bu kimi “görüşlərdir”. Avropa Parlamenti, xüsusilə Fransa Cənubi Qafqaza daxil olmağın yollarını axtarsa da, bunu tapa bilmir. Öz adından etdiyi cəhdlərin hər biri “suya düşür” - son bir ildə dəfələrlə BMT müstəvisində Azərbaycana məğlubiyyətini həzm edə bilməyən Fransa artıq “Avropa Parlamenti” çətiri altında gizlənərək özünün çirkin niyyətlərini həyata keçirməyə çalışır. Fransanın emissarları qondarma xuntanın “var olduğunu” “bəyan etmək” üçün bu kimi əsassız və heç bir işə yaramayan görüşlərə cəhdlər göstərir. Onlar yalan dezinformasiyalar üzərindən Azərbaycana qarşı aparmağa çalışdıqları təzyiq kampaniyalarını “arqumentləşdirməyə” çalışırlar. Müzakirə predmetləri ortadadır - Azərbaycanın bölgədə “etnik təmizləmə” həyata keçirdiyini iddia edənlər ortaya bir dənə də olsun fakt qoya bilmirlər. Bunun əksinə isə Azərbaycan Qarabağdan Ermənistana gedən ermənilərin məhz könüllük prinsipi ilə, öz xoşu ilə bu addımı atmaları haqda minlərlə videofakt nümayiş etdirir.

Bu baxımdan, Avroparlament Fransanın fitvasına uyaraq onsuz da yerlə sürünən, korrupsiya və rüşvət dolu ittihamlara tuş gələn imicini xilas etmək üçün bu kimi yersiz və beynəlxalq hüquqa zidd fəaliyyətindən əl çəkməlidir. Əks halda, bu quruma olan minimal inam və etimad da aradan qalxacaq - nəticədə erməni marağının girovuna çevrilən AP-nin özünün legitimliyi şübhə altına düşəcək...

SADİQ 

Paylaş:
Baxılıb: 581 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31