Xuntanın “dövlət naziri” cildinə girən...
16.11.2023 [10:55]
Beqlaryanın Cenevrə rüsvayçılığı
Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi Ermənistana havadarlıq edən beynəlxalq dairələri, o cümlədən erməni diasporu və lobbisini ciddi narahat edir. Bu səbəbdəndir ki, ölkəmizə qarşı qərəzli sənədlər qəbul olunur, eləcə də, Qarabağdan Ermənistana köçmüş erməni separatçılarını beynəlxalq gündəmə çıxarmaq istəyirlər. Belə ki, Azərbaycan ərazisində mövcudluğuna son qoyulmuş keçmiş separatçı rejimin nümayəndələri indi də Ermənistanın QHT-ləri tərkibində Avropada öz qeyri-qanuni təcrübələrinin təbliğatına cəhd göstərməyə çalışmaqdadırlar.
Erməni mənbələrinin məlumatına əsasən, bu dəfə özünü keçmiş “dövlət naziri” kimi təqdim edən Artak Beqlaryan “Ermənistanın Şəfqət Cəmiyyəti” QHT-si tərkibində BMT-nin Cenevrə Ofisində Azərbaycanla bağlı Universal Dövri İcmal üzrə işçi qrupunun iclasında iştirak etsə də, iddialarının əksinə ona çıxış üçün heç bir söz verilməyib. Bu uğursuzluqdan sonra Artak Beqlaryanın iştirakı ilə Cenevrədə “Artsaxın bərpasına aparan yol: Azərbaycanın məsuliyyətə cəlb olunması” adlı tədbir təşkil ediləcəyi barədə xəbərlər yayılıb. Lakin daha sonra yayılan şəkildən də məlum olub ki, 6-7 şəxsdən və bir ölkədən (Ermənistandan) başqa onun tədbirinə heç kim qatılmayıb.
Bununla da, bölgədəki reallıqları təhrif etməklə beynəlxalq ictimaiyyəti aldatmağa hesablanan, Ermənistanın Azərbaycana qarşı qarayaxma kampaniyasının tərkib hissəsi olan “blokada” və “soyqırımı” iddialarını yaymaq məqsədi daşıyan növbəti “tədbir” fiaskoya uğrayıb.
Qeyd edək ki, Ermənistnanın özündə də separatçıların “strukturlarının” fəaliyyəti qadağan edilib. Qanunsuz rejimin sonuncu başçısı Şahramaryan nə qədər cəhd göstərsə də, baş nazir Nikol Paşinyan onu qəbul etmir. Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan da bu yaxınlarda separatçıların İrəvanda fəaliyyət göstərməsinin qeyri-mümkün olduğunu bəyan etmişdi. O bildirmişdi ki, “Artsax”ın heç bir “dövlət qurumu” Ermənistan ərazisində fəaliyyət göstərə bilməz və bunu təhlükəsizlik məsələsi adlandırmışdı. Onun açıqlaması Ermənistanda ciddi müzakirə mövzusu oldu. Marukyanın səbəbsiz yerə deyil, birbaşa baş nazir Nikol Paşinyanın təlimatı əsasında belə danışdığı qeyd edilir. Eyni zamanda, Qarabağdakı separatçıların heç bir vəchlə İrəvanda siyasi fəaliyyətlə məşğul olmayacağı vurğulanır.
Separatçıların planlarını pozan başqa bir səbəb isə Qarabağdan Ermənistana könüllü köçən ermənilərin burada da dayanmayaraq, başqa ölkələrə getməsidir. Son bir ayda Ermənistanı tərk edən Qarabağdakı ermənilərin sayı rəsmi olaraq, 3000 nəfər göstərilsə də, “oragir.news” saytı hökumət mənbələrinə istinadən bildirib ki, açıqlanan rəqəmlər real deyil. Çünki Ermənistanı tərk edənlərin sayı daha çoxdur. Belə ki, son araşdırmalara görə, Ermənistanı tərk etmiş Qarabağdan köçən ermənilərin sayı 11 min nəfəri ötüb. Onların əsasən Rusiya və Fransaya köçdükləri bildirilir.
Qeyd edilir ki, ermənilərin kütləvi köçünə səbəb onlara Ermənistanda lazımi şəraitin yaradılmaması, bu ölkədə perspektiv görməmələri və xaricdəki qohumları tərəfindən dəvət olunmalarıdır. İrəvan rəsmilərindən bəziləri isə iddia edir ki, ermənilərin kütləvi köçünü diaspora təşkil edir. Onların iddiasına görə, son bir neçə ildə xaricdəki erməni diasporunun üzvlərinin sayı xeyli azalıb. Buna səbəb həmin təşkilatlara qoşulmaq istəməyən ermənilərin çoxalması göstərilir. Hətta bu yaxınlarda parlamentdə çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan da bəyan etmişdi ki, Qarabağdan köçən ermənilərin Avropa və Amerikaya köçmələrində erməni diasporunun əli var. Bəzi erməni ekspertlərin fikrincə, köç indiki sürətlə davam edərsə, ilin sonuna Ermənistanı tərk edən “qarabağlı”ların sayı 50 mini keçəcək. Onlar indiki şəraitdə bu qədər erməninin ölkəni tərk etməsini Ermənistan üçün zərərli hesab edirlər. Eyni zamanda, bu prosesin digər ermənilər üçün də presedent yaradacağı qənaətindədirlər.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

