Cenevrə nümunəsi - ictimai-siyasi sabitliyin hüquqi düsturu
15.03.2012 [01:07]
Xəbər verildiyi kimi, bu günlərdə İsveçrənin ikinci ən böyük şəhəri olan Cenevrədə ümumxalq səsverməsi-referendum keçirilib. Həmin referendumun yekunlarına əsasən təsbit edilib ki, bundan sonra icazəsiz etiraz aksiyalarında iştirak etmək istəyən hər bir Cenevrə sakini şəhər hakimiyyətinə 100 min İsveçrə frankı (110 min ABŞ dolları) məbləğində cərimə ödəməli olacaq. Məlumat üçün deyək ki, şəhər sakinlərinin yüksək fəallığı ilə keçirilmiş referendumda cenevrəlilərin 90 faizi iştirak edib. Şəhər sakinlərinin 55 faizi icazəsiz mitinqlərə görə cərimə tətbiq olunmasını nəzərdə tutan qanunun qəbul edilməsinin lehinə səs verib. Eyni zamanda, yeni məhdudiyyətlər tətbiq edilməsi insanlar və onların əmlakı üçün risk yarandıqda küçə yürüşlərinin marşrutlarını dəyişməyə, o cümlədən, şəhərin mərkəzində nümayişlər keçirilməsini qadağan etməyə imkan verəcək. Bundan əlavə, qaydaları pozanların beş ilə qədər müddətdə aksiyalarda iştirak etmələri qadağan oluna bilər.
Sözügedən məsələni şərh edən bir sıra xarici KİV-lər yazır ki, indi şəhərin hakim dairələri müvafiq icazə olmadığı halda nümayişdə iştirak edən və ya aksiyanın keçirilməsinə verilmiş cəza qaydalarını pozan hər kəsə 100 min İsveçrə frankı məbləğində cərimə təyin edə biləcəklər. Beləliklə, demokratik idarəetmə sisteminə malik olan İsveçrədə vətəndaşların icazəsiz mitinqlərə görə cərimə tətbiq olunmasını nəzərdə tutan qanunun qəbul edilməsinin lehinə səs vermələri ona dəlalət edir ki, şəhər sakinləri ictimai-siyasi sabitliyin təmin və mühafizə olunmasının əsasını asayişi pozacaq destruktiv hallara qarşı mübarizə aparılmasında görürlər. Və təbii ki, bu istiqamətdə qanuni əsasın formalaşdırılması, yaxud qanunvericiliyin zənginləşdirilməsi mühüm hüquqi zərurət kimi çıxış edir. Sözügedən qanun isə məhz ictimai-siyasi asayişin təmin olunmasının hüquqi əsası qismində çıxış edir.
ümumiyyətlə, təcrübi gerçəklikdir ki, milli dövlətlərin gücünü müəyyənləşdirən başlıca keyfiyyət ünsürlərindən biri məhz həyata keçirilən idarəetmə strategiyasının, başqa sözlə, daxili və xarici siyasət kursunun səmərəlilik səviyyəsidir (bir çox araşdırmaçılar bunu milli hökumətin keyfiyyəti kimi səciyyələndirirlər). Bu baxımdan, idarəetmə strategiyasını rasional və praqmatik prinsiplər, meyarlar və substratlar əsasında reallaşdıran milli dövlətlər ictimai-siyasi sabitliyin yüksək səviyyədə təşkil edildiyi və ardıcıl səciyyə daşıdığı subyektlər qismində çıxış edirlər. Əlbəttə ki, təmin edilmiş ictimai-siyasi sabitliyin mühafizə olunması üçün bir sıra hüquqi xarakterli institusional tədbirlər görmək lazımdır. Bunların başında isə asayişin pozulmasına səbəb olacaq hallara qarşı normativ aktların və qanunların qəbul edilməsi gəlir. Yuxarıda da qeyd etdiyimiz kimi, İsveçrədə belə bir qanunun qəbul olunması, heç şübhəsiz, müsbət xarakter daşıyır və ölkədəki ictimai-siyasi sabitliyin mühafizəsi məqsədinə xidmət edir.
Göründüyü kimi, Cenevrə nümunəsi ona dəlalət edir ki, hər bir xalqın və dövlətin “mərkəzdənqaçma” meyillərinə, ictimai-siyasi asayişi pozacaq hallara qarşı mübarizə aparması və bu çərçivədə bəhs olunan xarakterli qanunlar qəbul etməsi olduqca rasionaldır. Bu həm milli maraqların müdafiəsi mexanizmi kimi çıxış edir, həm də ictimai-siyasi sabitliyin, eləcə də, vətəndaşların təhlükəsizliyinin təmin olunmasının qarantı kimi səciyyələndirilə bilər.
çox təəssüflər olsun ki, Azərbaycanda da ictimai-siyasi sabitliyi pozmaq, vətəndaşların təhlükəsizliyinə qarşı təhdid yaratmaq istəyində olan bəzi destruktiv qüvvələr mövcuddur. Amma buna baxmayaraq, məqsədini inkişaf və sabitlik, yolunu isə demokratiya və qanunçuluq prinsipləri əsasında müəyyənləşdirən Azərbaycanda möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlik mövcuddur. Bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi səciyyələndirilə bilər. Bu məsələdə yerli və xarici ekspertlərin ümumi, yekun rəyi odur ki, ölkəmizdə hökm sürən və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara, ümummilli mənafeyə tam cavab verməsidir. Başqa sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional strateji kursun fonunda əhalinin maddi rifah halının mütəmadi olaraq yaxşılaşdırılması, sosial müdafiə və təminat sisteminin daha da gücləndirilməsi, müxtəlif inkişaf modellərinin tətbiq edilməsi, sosialyönümlü iqtisadiyyatın inkişaf etdirilməsi kimi fundamental göstəricilər ümummilli inkişafın strateji vəzifələrini təşkil edir. Bütün bunlar isə Azərbaycanı yüksək sürətlə ardıcıl olaraq inkişaf edən ölkəyə çevirməklə yanaşı, mövcud ictimai-siyasi sabitliyin əsaslarının daha da möhkəmlənməsini şərtləndirən əhəmiyyətli faktor qismində çıxış edir.
Eyni zamanda, Azərbaycanda möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyi şərtləndirən digər bir faktor mütəmadi surətdə siyasi-hüquqi islahatların həyata keçirilməsidir. Belə ki, insan və vətəndaş hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, sosial-siyasi təsisatların legitimləşdirilməsi, vətəndaşların siyasi həyatda iştirakına maksimum şəraitin yaradılması kimi göstəricilər və nəticələr deyilənləri təsdiq edir. Digər tərəfdən, seçki prosesi, reallaşdırılma vasitələri və demokratiklik səviyyəsi baxımından da Azərbaycan olduqca yüksək səviyyədə qiymətləndirilir. Bunu sübut edən bariz dəlillərdən biri budur ki, ölkəmizdə həyata keçirilən ümummilli və lokal səciyyəli seçkilər Azərbaycanın demokratik inkişafına mühüm töhfələr bəxş edən fundamental faktor qismində çıxış edir. Bu da nəticə etibarilə ölkəmizdə vətəndaş cəmiyyətinin mütləq komponentlərinin bərqərar olunması və hüquqi dövlətin əsaslarının daha da möhkəmləndirilməsinə əhəmiyyətli dərəcədə təsir göstərir. Bir sözlə, dövlət tərəfindən həyata keçirilən siyasi-hüquqi islahatlar birmənalı şəkildə sabitlik mənbəyi qismində çıxış edir...
Beləliklə, sadalananları ümumiləşdirərək qeyd edə bilərik ki, Azərbaycan bu gün ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasında avanqard yerlərdən birini tutur. Eyni zamanda, sadalananlar belə bir proqnoz verməyə əsas verir ki, ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlik uzunmüddətli olacaq və perspektiv inkişafın qarantı qismində çıxış edəcək.
NURLAN QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

