"012 Bakı Public Art Festivalı" çərçivəsində gənc rəssamın "Recycled" əsəri təqdim olunub
17.03.2012 [00:55]
AzərTAc xəbər verir ki, müəllif bu installyasiyasında əsas element kimi köhnə pəncərə çərçivələrini seçib. Əsər fərqli, çoxsaylı hissələrdən ibarətdir. Bu hissələrdən bəziləri köhnə pəncərə çərçivəsinin əvvəlki yerini, yəni yolun digər tərəfində yerləşən dükanın pəncərələrini əks etdirir. Bəzi hissələrdə isə digər tərəfin ümumi görüntüsü əks olunur.
Bu layihə ötərilik havası ilə doludur. Fərz edək ki, nə vaxtsa göz oxşayan bu pəncərə barmaqlıqlarına konkret binanın üzərində tamaşa edə bilərdik, sonralar isə onlar binanın yeni üslubuna və ya memarlıq trendlərinə uyğun olmadıqlarına görə ləğv edilib. Ancaq bu barmaqlıqlar uzun illər boyunca xüsusi aura yaradıb, bu yerə ayrıca nəfəs gətirib. Beləliklə, təsvir edilənlərdəki dəyişikliklər yalnız fiziki görüntünün deyil, həm də auranın, mənəvi mühitin dəyişilməsi deməkdir.
Müəllif öz layihəsində, məhz aşağıdakı sualları ön plana çıxarır: ilkin görüntüsünə xələl gətirmədən köhnə əşyaları təkrarən istifadə etmək olarmı? Tamamilə ayrı kontekstdə istifadə olunmalarına baxmayaraq, onlar öz aktuallığını qoruyub saxlayarmı? Bu nadir əşya, öz dəyərini itirmədən digəri ilə əvəzlənə və yaxud təkrar emal edilə bilərmi?
Aida Mahmudovanın “Recycled”inə tamaşa edərkən anlayırsan ki, əslində, bunların hamısı çox ciddi suallardır və təkcə əşyalara deyil, bizim özümüzə, insani təbiətimizə də aiddir. Axı, zamanın axarında biz yalnız əşyaları deyil, fikirlərimizi də yeniləyirik, köhnə və istifadə olunmuşları tullayırıq. Bəs bu o demək deyilmi ki, özümüz də zaman axarının təsirinə məruz qalırıq? Axı, yenidən yaradılmış əşyalar və fikirlər bizim həyata olan münasibətimizi, nəticədə isə özümüzü də dəyişdirir. Bu dəyişiklikləri isə çox zaman filosofcasına “tərəqqi” adlandırırlar. Lakin həqiqətdə belədirmi? Keçmişin dağıdılması tərəqqiyə necə apara bilər? Gənc rəssamın əsərinin qayəsi də məhz budur ki, köhnənin dağıdılmasındansa, onun transformasiyası, yəni yeni şəraitə və yeni kontekstə uyğunlaşdırılması, daha səmərəli olar. Yalnız bu halda yeniliklər və dəyişikliklər bir tərəfdən tərəqqiyə doğru atılan addım, digər tərəfdən isə keçmişimizə və mədəni qatlarımıza hörmət anlamına gələcəkdir!
Əslində Aida xanım demək istəyir ki, köhnənin yeniyə transformasiyası həyatın inkişaf dinamikasıdır. Bu dinamikanı qədim və müasir Bakının timsalında aydın görmək olar.
Qeyd edək ki, “012 Bakı Public Art Festivalı”nda həm tanınmış, həm də yeni fəaliyyətə başlayan 21 rəssam iştirak edir. Onlar Bakıda tarixi keçmişi olan bir sıra yerləri öz əsərlərində əks etdiriblər. Layihə sentyabrın 1-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

