Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Hafiz Paşayev: Biz ABŞ-ı Dağlıq Qarabağ münaqişəsinin həllində daha fəal görmək istərdik

Hafiz Paşayev: Biz ABŞ-ı Dağlıq Qarabağ münaqişəsinin həllində daha fəal görmək istərdik

07.04.2012 [22:33]

“Biz ABŞ-ı Dağlıq Qarabağ münaqişəsinin həllində daha fəal görmək istərdik”. APA-nın verdiyi xəbərə görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Hafiz Paşayev Bakıda Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərin yaranmasının 20-ci ildönümü münasibətilə keçirilən tədbirdəki çıxışında deyib. O bildirib ki, ötən 20 ildə Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlərdə böyük tərəqqiyə nail olunub. Əlaqələr daha da dərinləşərək strateji tərəfdaşlıq xarakteri daşıyır. “ABŞ Azərbaycanla münasibətdə 3 prioritet sahəni səsləndirir: enerji, təhlükəsizlik və siyasi islahatlar. Azərbaycan isə prioritet olaraq ABŞ-ın ölkəmizin ərazi bütövlüyünü, müstəqilliyini və regionda sülhün və inkişafın dəstəkləməsini görür”.
Paşayev qeyd edib ki, ABŞ-da ilk Azərbaycan səfiri işləyən zaman, Vaşinqtonu Dağlıq Qarabağ münaqişəsində bitərəf və düzgün vasitəçi kimi görüb. Nazir müavini deyib: “Azərbaycanın ABŞ-la sülh, tolerantlıq və azadlıq kimi eyni dəyərləri var. Biz səylərimizi birləşdirərək çox böyük nailiyyətlər əldə edə bilərik”.
Paylaş:
Baxılıb: 941 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31