6 milyon 524 min 203 seçki bülleteni çap ediləcək
25.01.2024 [10:20]
Prezident seçkilərini izləmək üçün 400-ə yaxın beynəlxalq müşahidəçi qeydiyyatdan keçib
Fevralın 7-nə təyin olunmuş prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) müxtəlif statuslu seçki prosesi iştirakçılarını əhatə edən layihələri ardıcıl və sistemli şəkildə davam edir. Mərkəzi Seçki Komissiyası genişmiqyaslı maarifləndirmə proqramı çərçivəsində yanvarın 24-dən etibarən daha bir layihəyə - dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssisləri üçün seminarlara başlayıb.
Layihənin həyata keçirilməsində başlıca məqsəd dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssislərini Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin (DAİS) yenilənərək daha da təkmilləşdirilən imkanları barədə məlumatlandırmaq, Sistemin proqram təminatları ilə birbaşa və praktiki istifadəni təmin etmək, habelə iştirakçıları maraqlandıran məsələləri əyani şəkildə izah etməkdir. Seminarlarda informasiya texnologiyaları üzrə mütəxəssislər prezident seçkiləri günü seçicilərin fəallığına və səsvermənin nəticələrinə dair protokol məlumatlarının birbaşa Mərkəzi Seçki Komissiyasına ötürülməsi üçün xüsusi proqram təminatından istifadə etməklə, praktiki məşğələlərlə test rejimində işləyəcəklər. Bu, həm onların praktiki biliklərinin daha da artırılmasına, peşəkar vərdişlərinin və təcrübələrinin yüksəlməsinə, həm də seçki günü DAİS sistemindən dəqiq, operativ və rahat istifadə olunmasına imkan yaradacaq.
Dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssisləri üçün seminarların 3 gün davam etməsi və yanvarın 26-da yekunlaşması nəzərdə tutulur.
Eyni zamanda, prezident seçkiləri ilə əlaqədar Milli Məclisin mətbəəsində seçki bülletenlərinin çapına başlanılıb. Yanvarın 24-də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çap prosesinin gedişi və yaradılmış şəraitlə tanış olub. Komissiya üzvlərinin və media mənsublarının iştirakı ilə keçirilən tədbirdə MSK sədri seçicilərin səsvermə hüquqlarının azad, sərbəst şəkildə reallaşdırılmasında mühüm əhəmiyyət daşıyan seçki bülletenlərinin hazırlanmasında və çapında Seçki Məcəlləsinin tələblərinə dəqiqliklə riayət olunmasının vacibliyini diqqətə çatdırıb. O, seçki bülletenlərinin qanunvericiliklə müəyyənləşdirilmiş vaxtda və qaydada çap edilməsi, aşağı seçki komissiyalarına çatdırılması ilə bağlı tövsiyələrini də verib. Həmçinin vurğulayıb ki, seçki bülletenlərinin çap prosesi təhlükəsizliyin təmin edilməsi şərti ilə, seçkilərin iştirakçısı olan bütün maraqlı subyektlər, beynəlxalq təşkilatlar, seçki müşahidə missiyaları və media nümayəndələri üçün tamamilə açıq həyata keçirilir.
Seçki bülletenlərinin çap prosesi ilə tanışlıqdan sonra MSK sədrinin jurnalistlər üçün brifinqi keçirilib. Məzahir Pənahov mediaya açıqlamasında seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblərin Seçki Məcəlləsinə əsasən MSK-nın qərarı ilə müəyyən olunduğunu, prezident seçkiləri ilə əlaqədar 6 milyon 524 min 203 seçki bülleteninin çap edilməsinin nəzərdə tutulduğunu bildirib. Qeyd edib ki, seçki bülletenləri çap olunduqca qanunvericiliyin tələblərinə uyğun qaydada və müddətdə MSK-dan dairə seçki komissiyalarına, dairə seçki komissiyalarından isə məntəqə seçki komissiyalarına veriləcək.
Brifinqdə MSK sədri prezident seçkilərinin yüksək səviyyədə təşkil olunub azad, ədalətli və şəffaf keçirilməsi istiqamətində son hazırlıq işləri barədə də ətraflı məlumat verib, media nümayəndələrinin suallarını cavablandırıb. Məzahir Pənahov deyib: “İki gündən sonra, artıq burada kifayət qədər bülleten hazır olanda birinci Naxçıvanda, sonra ucqar rayonlarda yerləşən dairələrin komissiyalarını dəvət edirik. Məcəllənin tələbinə uyğun olaraq nümayəndə heyətləri gəlir və bülletenləri rəsmi şəkildə təhvil alıb dairələrə çatdırırlar. Seçki gününə üç gün qalanadək onlar bülletenləri rəsmi şəkildə məntəqə seçki komissiyalarına təqdim etməlidirlər”.
“Seçki prosesində xəstələrin və qocaların səs vermələrini təmin etmək üçün mobil səsvermə qutuları da təşkil olunacaq. Bu, Seçki Məcəlləsinin tələbinə əsasən həyata keçirilir. Yəni, bu, bizim komissiyaların vəzifəsidir. Əgər səsvermə günü obyektiv səbəbdən məntəqəyə gələ bilməyən seçici varsa, onlar qeydiyyata alınır”,-deyən MSK sədrinin sözlərinə görə, mobil qutuların çatdırılması da Məcəllənin tələbinə uyğun olaraq, müəyyən tərəflərin müşayiətilə həyata keçirilir: “Eyni zamanda, bütün məntəqələrdə brayl əlifbası ilə də səsvermə imkanı yaradacağıq. Həmçinin hərəkət məhdudiyyətli insanlar üçün pandusların quraşdırılmasına başlanılıb. Maksimum dərəcədə çalışmışıq ki, bu qəbildən olan bütün seçicilərimizin hüquqlarını təmin edək”.
M.Pənahov deyib ki, bu günədək 64 minə yaxın müşahidəçi qeydiyyatdan keçib. Onların 400-ə yaxını beynəlxalq müşahidəçilərdir. “Artıq veb-kameraların sınağına başlamışıq. Hesab edirəm ki, səsvermə gününədək bu prosesi tam başa çatdıracağıq”, - deyə M.Pənahov əlavə edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45

